QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan hərbi əməliyyatlar zamanı uşaqlara qarşı ağlasığmaz cinayətlərə əl atıb

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidПомощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев
Помощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев - Sputnik Azərbaycan
Abunə olmaq
"Ermənistan və qondarma rejim Azərbaycanın işğal altındakı ərazilərinin birində uşaq bağçasında hərbi qərargah yaradıb".

BAKI, 3 noyabr — Sputnik. Etibarlı mənbələrin məlumatına görə, hazırda Ermənistanın silahlı qüvvələrinin tərkibində Livan və Suriyadan tutmuş Avropa İttifaqı ölkələrinə, Kanadaya qədər olan muzdlular xidmət göstərir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, hazırda işğal edilmiş ərazilərimizdə muzdlular yerləşdirilib və onlardan Azərbaycan Silahlı Qüvvələrinə qarşı istifadə edilir:

"Onların əksəriyyətini erməni əsilli insanlar təşkil etsə də, aralarında digər etnik mənsubiyyəti olan insanlar da var. Erməni terrorçular açıq şəkildə internet vasitəsilə müxtəlif ölkələrdən olan muzdluları Ermənistana cəlb edir və bunun müqabilində onlara maddi mükafat vəd edir".

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycanın muzdlulara ehtiyacı yoxdur və Azərbaycan Ordusu döyüş tapşırıqlarını layiqincə yerinə yetirir.

H.Hacıyev onu da qeyd edib ki, Ermənistan azyaşlıları hərbi əməliyyatlara cəlb edir:

"Bu, beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır. Ermənistan hərbi əməliyyatlarda bir sıra cinayətlərə əl atıb. Bunlardan biri də uşaqların hərbi əməliyyatlara cəlb edilməsi, bu əməliyyatlarda uşaq əməyindən istifadədir. Ermənistan bu cür cinayətləri Azərbaycan uşaqlarına qarşı da törədib. Xocalıda bu proses körpələrimizə qarşı həyata keçirilib. Cəbhəyanı ərazilərdə 50-dən artıq orta məktəbə ziyan dəyib və dağılıb. Ermənistan və qondarma rejim Azərbaycanın işğal altındakı ərazilərinin birində uşaq bağçasında hərbi qərargah yaradıb. Onlar hərbçiləri həmin yerə cəlb edirlər. Gəncə, Bərdə və digər şəhərlərdəki təcavüzlərdə 11 azyaşlı uşağa qarşı cinayət törədilib".

Xəbər lenti
0