Jurnalist, arxiv şəkli

Obyektiv xarici jurnalistlər ermənilər tərəfindən hədələnir - Hikmət Hacıyev

22
(Yenilənib 15:46 03.11.2020)
Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu erməni təxribatlarının qarşısını alır.

BAKI, 3 noyabr — Sputnik. Bu gün də cəbhənin müxtəlif istiqamətlərində ermənilər tərəfindən təxribatlar törədilir və Azərbaycan Ordusu həmin təxribatların qarşısını alır.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasında beynəlxalq ictimaiyyətin ölkəmizə dəstək göstərməsi Azərbaycanın xarici siyasətdə uzun müddət apardığı fəaliyyətin nəticəsidir.

H.Hacıyev onu da qeyd edib ki, beynəlxalq media nümayəndələrinin hazırladığı reportajlarda obyektivlik nümayiş olunduğu zaman onlar erməni lobbisi tərəfindən hədə ilə üzləşirlər:

"Biz bunları açıq şəkildə izləyirik və görürük, qəti halda pisləyirik. Jurnalistlərin hədələnməsi qəbuledilməzdir və beynəlxalq ictimaiyyəti erməni lobbisinin bu hərəkətinlərinin qarşısını almağa çağırırıq".

22
Teqlər:
Ermənistan, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdir müavini Hikmət Hacıyev, Hikmət Hacıyev
Əlaqədar
Hikmət Hacıyev: “Xocalı soyqırımına ədalətli qiymət verilsəydi, Ruanda soyqırımı olmazdı”
Hikmət Hacıyev: Cinayətlər Ermənistanın rəhbərliyi tərəfindən həyata keçirilib
Hikmət Hacıyev: "Bu Azərbaycan üçün dözülməzdir!"
Hikmət Hacıyev: Ermənilər fotodakı raketdə hörümçək torunu təmizləməyi də unudublar
"Diplomatlar danışmayanda hərbçilər danışır" - Hikmət Hacıyev

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16

Azad edilmiş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin yeni VİDEOgörüntüsü

25
Üçtərfəli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu noyabrın 25-də Ermənistan işğalçı qüvvələrindən azad olunub.

BAKI, 25 noyabr - Sputnik. Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb.

Sputnik Azərbaycan həmin görüntünü təqdim edir.

25