Erməni hərbçisi, arxiv şəkli

Ermənilərin "Dağ-atıcı ehtiyat batalyonu"nunda terror təşkilatlarının üzvləri aşkarlandı

63
(Yenilənib 20:57 05.11.2020)
Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistanın öz işğalçı ordusuna muzdluları və terrorçuları cəlb etməsi beynəlxalq qanunvericiliyə zidddir.

BAKI, 3 noyabr — Sputnik. Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən digər dövlət qurumları ilə birgə zəruri tədbirlərin görülməsi davam etdirilir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, həyata keçirilən bu tədbirlərin davamı kimi, Ermənistan Respublikasının vətəndaşı Vladimir Vartanov və qeyrilərinin Ermənistan Respublikasından kənarda yaşayan müxtəlif millətlərdən olan digər ölkə vətəndaşlarını cəlb edərək, həmin şəxslərdən ibarət "VoMa" ("Voxj Mnalu Arvest" - sağ qalmaq sənəti) adı altında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmə yaratmaları, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim keçmələri, həmin silahlı birləşmə tərkibində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində terrorçuluq əməllərini törətmələri və sair cinayət əməllərinə dair Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş materiallar əsasında Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb.

Araşdırmalarla, Vladimir Vartanov və digərlərinin Azərbaycan Respublikasına və vətəndaşlarına qarşı terror aktları törətmək məqsədilə 2014-cü ildə Ermənistan Respublikası ərazisində "VoMa" adlı hərbiləşdirilmiş təşkilat təsis edərək internet resurslarından istifadə etməklə xarici ölkələrin erməni əsilli vətəndaşlarını, eləcə də "Asala", "PKK" və digər terror təşkilatlarının üzvlərini "VoMa"nın üzvülüyünə cəlb edib hərbi təlimlərdə iştiraklarını təşkil edərək "Dağ-atıcı ehtiyat batalyonu"nun ("VoMA batalyonu") tərkibində cinayətkar birlik halında birləşmələri müəyyən edilib.

Həmçinin, qeyd olunan şəxslərin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, "Dağlıq Qarabağ Respublikası" adı altında fəaliyyət göstərən qanunsuz rejimin dəstəklənməsi məqsədilə, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

  • Azərbaycan Baş Prokurorluğu tərəfindən təqdim eidlən sübutlar
    © Photo : General's Prosecutor Office of the Republic of Azerbaijan
  • Azərbaycan Baş Prokurorluğu tərəfindən təqdim eidlən sübutlar
    © Photo : General's Prosecutor Office of the Republic of Azerbaijan
  • Azərbaycan Baş Prokurorluğu tərəfindən təqdim eidlən sübutlar
    © Photo : General's Prosecutor Office of the Republic of Azerbaijan
1 / 3
© Photo : General's Prosecutor Office of the Republic of Azerbaijan
Azərbaycan Baş Prokurorluğu tərəfindən təqdim eidlən sübutlar
Bundan başqa, həmin təşkilat üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə, habelə terrorçuluq əlaqədar Azərbaycan Respublikasının ayrı-ayrı rayonlarında yaşayan hərbi əməliyyatlarda iştirak etməyən dinc sakinlərinə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmələri, habelə həmin məqsədlərlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının öz işğalçı ordusuna muzdluları və terrorçuları cəlb etməsi beynəlxalq qanunvericiliyə zidd olduğundan, Azərbaycan Respublikası Baş Prokurorluğu beynəlxalq təşkilatları işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması üçün bütün lazımi tədbirlərin görülməsini təmin edir.

63
Əlaqədar
Baş Prokurorluq azad olunmuş ərazilərdə istintaq hərəkətləri keçirir
Baş Prokurorluq: Vurulan zərərin məbləğinin müəyyən edilməsi üçün komissiyalar yaradılır
Baş Prokurorluq Bərdə ilə bağlı açıqlama yaydı
Türkiyənin Vitse-prezidenti Fuad Oktay, arxiv şəkli

Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər

15
(Yenilənib 12:54 28.11.2020)
Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib ki, Azərbaycanın hüquq və mənafeyini bundan sonra da qorumaq üçün Türkiyə hərbçiləri qardaş ölkədəki vəzifələrini ən qısa zamanda icra edəcəklər.

BAKI, 28 noyabr — Sputnik. Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.

O deyib ki, Türkiyə Şərqi Aralıq Dənizi, Kipr və Liviya ilə bərabər, Qarabağ məsələsində də Azərbaycana qeyd-şərtsiz dəstək verməkdə davam edir:

"Qarabağdan işğalçı Ermənistanın qovulması Türkiyə-Azərbaycan dostluğunu meydanda da bütün dünyaya nümayiş etdirdi. 30 ildir Ermənistanın Qarabağdakı zülmünə, son hücumlar zamanı mülki əhalini və şəhərləri bombalamasına laqeyd qalmadıq, bu ədalətsizliklərə bəzi ölkələr kor və kar qaldığı halda biz bütün imkanlarımızla qardaş Azərbaycanın yanında olduq".

F. Oktay qeyd edib ki, Azərbaycanın hüquq və mənafeyini bundan sonra da qorumaq üçün Türkiyə hərbçiləri qardaş ölkədəki vəzifələrini ən qısa zamanda icra edəcəklər: "Bundan sonra da ədalət mübarizəsində qardaşlarımızın yanında olacağıq".

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə TBMM-ə təqdim edilən Türkiyə hərbi qüvvələrinin Azərbaycana göndərilməsini dəstəkləyən qanun layihəsi qəbul edilib. Qanun layihəsinə görə, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

15
Teqlər:
Aralıq dənizi, Liviya, Şimali Kipr Türk Respublikası, Kipr problemi, Kipr, Dağlıq Qarabağ, Qarabağ, Azərbaycan, Türkiyə, Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay
Diplomatik korpusun nümayəndələri Tərtərdə

Diplomatik korpusun nümayəndələri Tərtərdədir - onlara dağıntılar mərmilər göstərilib

23
(Yenilənib 12:29 28.11.2020)
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov diplomatik korpusun nümayəndələrini hərbi əməliyyatların gedişi zamanı baş verənlər barədə ətraflı məlumatlandırıb.

BAKI, 28 noyabr — Sputnik. Diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Tərtərdə səfərdədir.

Sputnik Azərbaycan xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov diplomatik korpusun nümayəndələrini hərbi əməliyyatların gedişi zamanı baş verənlər barədə ətraflı məlumatlandırıb.

© Photo : AZƏRTAC
Diplomatik korpusun nümayəndələri Tərtərdə

O bildirib ki, sentyabrın 27-dən atəşkəs sazişinin imzalandığı noyabrın 10-na qədər Tərtər şəhərinə 16 277 raket və top, minaatan mərmisi, 21 ədəd isə qadağan olunmuş “Smerç” raketi atılıb.

İcra başçısının sözlərinə görə, həmin hadisələr zamanı 17 dinc sakin dünyasını dəyişib, 63 dinc sakin isə yaralanıb:

"Rayon ərazisində olan 102 ictimai yaşayış binasında 83-ü zərər görüb, 2-si isə tamamilə dağılıb. Ümumilikdə 4 004 ailəyə ziyan dəyib. Həmin ailələrdən isə 271-nin evi tamamilə dağılıb. Hətta bir evə ardıcıl olaraq 7 mərmi düşüb".

Mərmilərin bir qismi və dağıntılar diplomatlara nümayiş etdirilib.

Səfərdə diplomatik korpusun nümayəndələrini Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

23
Teqlər:
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Hikmət Hacıyev, diplomatik korpus, raket mərmisi, mərmi, "Smerç" zenit-raket kompleksi, Tərtər rayonu, Tərtər şəhəri, Tərtər
İranda Möhsün Fəxrizadəni öldürdüyü yer

ABŞ İran vahid mövqedə: Hər ikisi alimin ölümündə İsraili günahlandırır

17
(Yenilənib 14:36 28.11.2020)
İranlı fizik Möhsün Fəxrizadənin İsrail tərəfindən öldürdüyünü düşünən Ağ Ev və Mərkəzi Kəşfiyyat İdarəsi bu məsələ ilə bağlı jurnalistlərə şərh verməkdən imtina edib.

BAKI, 28 noyabr — Sputnik. Birləşmiş Ştatların kəşfiyyat xidmətləri İsrailin İranın nüvə proqramının yaradıcılarından biri, iranlı fizik Möhsün Fəxrizadəni öldürdüyünü düşünürlər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "The New York Times" nəşri yayıb.

Nəşrin məlumatına görə, adı çəkilməyən bir amerikalı məmur və kəşfiyyat orqanlarının iki əməkdaşı alimin öldürülməsinin arxasında İsrailin durduğunu bildirib.

Qəzet, həmçinin ABŞ-ın bu əməliyyat barədə əvvəlcədən məlumatlı olmasına dair dəqiq məlumatın olmadığını da qeyd edib.

Ağ Ev və Mərkəzi Kəşfiyyat İdarəsi bu məsələ ilə bağlı jurnalistlərə şərh verməkdən imtina edib.

İran da alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

İran Prezidenti, həmçinin qeyd edib ki, bu cinayət İranın atom sahəsindəki inkişafına təsir etməyəcək.

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

17
Teqlər:
Amerika Mərkəzi Kəşfiyyat İdarəsi, Mərkəzi Kəşfiyyat İdarəsi, Ağ Ev, nüvə, İsrail, İran, ABŞ