QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan silahlı qüvvələri mövqelərindən sıxışdırılıb - Müdafiə Nazirliyi

© AFP 2023Армянские солдаты, фото из архива
Армянские солдаты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan tərəfinin cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlki mövqelərinə atıldığı barədə yaydığı məlumat tamamilə həqiqətə uyğun deyil.

3 noyabr - Sputnik. Ermənistan silahlı qüvvələri Azərbaycan ordusu tərəfindən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir. 

"Ermənistan tərəfinin cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlki mövqelərinə atıldığı barədə yaydığı məlumat tamamilə həqiqətə uyğun deyil.

Azərbaycan Ordusu cəbhənin bütün sahələrində düşmən üzərində tam taktiki və atəş üstünlüyünə malikdir. Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır", - deyə Nazirlik bildirib.

Xəbər lenti
0