ANAMA əməkdaşı minaya düşdü, cinayət işi başlandı

24
(Yenilənib 18:33 02.11.2020)
Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunmuş ANAMA əməkdaşı Zeynalov Telman Bəbir oğlu minaya düşməsi nəticəsində “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti alıb

BAKI, 2 noyabr - Sputnik. Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni metodlardan istifadə edib dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, 2 noyabr 2020-ci il tarixdə partlamamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunmuş Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı Zeynalov Telman Bəbir oğlu minaya düşüb. 

ANAM-nın verdiyi məlumata görə, partlayış nəticəsində T.Zeynalovun sol ayağı topuq nahiyəsindən amputasiya olunub. Hal-hazırda, o Füzuli rayon Diaqnostika Mərkəzinə yerləşdirilib və vəziyyəti stabil ağırdır.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

24
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1136)
Əlaqədar
Dörd rayonumuza ANAMA əməkdaşları çağırıldı
Azərbaycanın 6 rayonunun yaşayış ərazilərində müxtəlif növ raketlər aşkarlandı
Ermənistanın yaşayış məntəqələrimizə atdığı top mərmiləri aşkarlandı
Ermənistan daha bir kəndimizə "Smerç" atdı
Cəbhəyanı ərazilərdə müxtəlif növ döyüş sursatları aşkarlanıb

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

15
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

15
 Rusiya sülhməramlıların Xankəndində hospitalı

Rusiya sülhməramlıları Xankəndində hospital açıb

17
(Yenilənib 14:45 30.11.2020)
Hospitalda reanimasiya şöbələri, funksional diaqnostika, laboratoriya diaqnostikası, əməliyyat bölməsi, stomatologiya və oftalmologiya kabinetləri var

BAKI, 30 noyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyi Xankəndidə səhra hospitalı yaradıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Pnevmokarkas modulların yerləşdirilməsi başa çatıb. İlk növbədə biz sülhməramlı kontingentin tibbi təminatını həyata keçirəcəyik. Biz dinc əhaliyə də yardım etməyə hazırıq. Öz fondumuz hesabına 40-a qədər insanı hospitalda yerləşdirə bilərik", - deyə tibbi bölmənin rəisi Yaroslav İvanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hospitalda reanimasiya şöbələri, funksional diaqnostika, laboratoriya diaqnostikası, əməliyyat bölməsi, stomatologiya və oftalmologiya kabinetləri var: "Hospitalda süni nəfəs aparatı, UZİ və rentgen cihazları da var".

17
Teqlər:
laboratoriya, Rusiya, sülhməramlılar, Xankəndi