Azərbaycan bayrağı, arxiv şəkli

Londonda erməni terrorunun qurbanları yad edildilər

36
(Yenilənib 10:39 02.11.2020)
Əllərində Azərbaycan bayrağı tutan həmvətənlərimiz yerli ictimaiyyətin diqqətini ermənilərin günahsız insanlara qarşı törətdikləri vandalizm aktlarına yönəldiblər

BAKI, 1 noyabr - Sputnik. Böyük Britaniyada yaşayan azərbaycanlılar “London Eye”ın qarşısında toplanaraq Ermənistan silahlı qüvvələrinin  Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktları nəticəsində həlak olan şəxslərin xatirəsini yad ediblər.

Sputnik Azərbaycan-a Diaspor Komitəsindən daxil olan məlumata görə, erməni terrorunun qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra aksiya iştirakçıları Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son!”, “Uşaq ölümünə son!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!” kimi şuarlar səsləndiriblər.

Əllərində Azərbaycan bayrağı tutan həmvətənlərimiz yerli ictimaiyyətin diqqətini  ermənilərin günahsız insanlara qarşı törətdikləri vandalizm aktlarına yönəldiblər. Anım mərasimi Azərbaycan Dövlət Himninin oxunması ilə yekunlaşıb.

36
Teqlər:
dəstək, aksiya, London, terror, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1190)
Əlaqədar
Osloda yaşayan azərbaycanlılar Parlament binası qarşısında etiraz aksiyası keçiriblər
Budapeştdə Bərdə terroruna etiraz bildirilib
Nyu-Yorkdakı Azərbaycan Ordusuna dəstək aksiyasından görüntülər
Sidneydə etiraz yürüşü keçirən azərbaycanlılara ermənilər mane olmağa çalışıblar
Dünyanın ən möhtəşəm şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı

Şuşada səslənən bu kəlmələr hər kəsi göz yaşına boğdu VİDEO

470
Mayın 12-13-də keçirilən tədbirə Azərbaycanın dövlət başçısı İlham Əliyev və ailə üzvləri, eləcə də çox sayda mədəniyyət və ictimaiyyət xadimləri qatılıblar.

Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Xarı-bülbül” festivalının ikinci günündə də kövrək anlar yaşanıb.

Sputnik Azərbaycan bildirir ki, festival zamanı ulu öndər Heydər Əliyevin Şuşa haqda dediyi fikirlər səsləndirilərkən tamaşaçılar göz yaşlarına hakim ola bilməyiblər.

Qeyd edək ki, "Xarı-bülbül" festivalı təxminən 30 il sonra yenidən Şuşada keçirilir. Mayın 12-13-də keçirilən tədbirə Azərbaycanın dövlət başçısı İlham Əliyev və ailə üzvləri, eləcə də çox sayda mədəniyyət və ictimaiyyət xadimləri qatılıblar.

Eləcə də oxuyun: 

Şuşada bu ifa hamını təsirləndirdi - Prezident kövrəldi, Nazir ağladı - Video

* Şuşada atəşfəşanlıq olub - VİDEO

Könlüm keçir Qarabağdan: Şuşa bu dəqiqələrdə - VİDEO

 

470
Teqlər:
Heydər Əliyev, İlham Əliyev, video, xarı-bülbül, festival, Şuşa

Könlüm keçir Qarabağdan: Şuşa bu dəqiqələrdə - VİDEO

37
Mehriban Əliyeva paylaşımında: "Şükür Allaha! Ulu Tanrı, Azərbaycanı və Azərbaycan xalqını daim qoru!" - qeydini edib.

BAKI, 13 may - Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Şuşa şəhərində keçirilən "Xarı-bülbül" beynəlxalq festivalından görüntülər paylaşıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Mehriban xanım paylaşımında: "Şükür Allaha! Ulu Tanrı, Azərbaycanı və Azərbaycan xalqını daim qoru!" - qeydini edib.

Görüntülərdə Azərbaycanın Xalq artisti Alim Qasımov və qızı Fərqanə "Qarabağ şikəstəsi"ni ifa edirlər. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

Qeyd edək ki, Prezident İlham Əliyev və ailəsi mayın 12-dən Şuşadadırlar. Onlar Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xarı-bülbül" festivalının açılışında iştirak ediblər. Bu gün festival qala-konsertlə davam edib.

Eləcə də oxuyun: 

Şuşada "Xarı-bülbül" festivalının qala-konserti keçirilir

* Şuşa məscidi öz orijinallığı və memarlıq üslubu ilə görənləri heyrətə gətirəcək - FOTOLAR

Şuşada atəşfəşanlıq olub - VİDEO

* Şuşada bu ifa hamını təsirləndirdi - Prezident kövrəldi, Nazir ağladı - Video

"Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm" - İlham Əliyev

 

37
Teqlər:
Qarabağ, Alim Qasımov, video, Mehriban Əliyeva, xarı-bülbül, festival, Şuşa

Rusiyalıların 55%-i Vladimir Putinə etibar edir - SORĞU

0
Bu sorğu mayın 6-8-də Rusiya Federasiyasının 53 subyektində 104 yaşayış məntəqəsində 18 yaşdan yuxarı 1,5 min respondentin arasında keçirilib.

BAKI, 14 may — Sputnik. Rusiyalıların yarıdan çoxu (55%) RF prezidenti Vladimir Putinə etibar edir. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın "İctimai fikir" fondunun keçirdiyi sorğunun nəticələri göstərir.

Sorğunun nəticələinə görə, respondentlərin 55%-i prezidentə inandıqlarını, 32%-i isə inanmadıqlarını bildiriblər. 13% rspondent cavab verməkdə çətinlik çəkib.

Rəyi soruşulanların 58%-i hesab edirlər ki, Putin öz vəzifəsinin öhdəsindən yaxşı gəlir. 26% əks fikirdədir. 16% respondent bu suala cavab verməkdə çətinlik çəkib.

Bu sorğu mayın 6-8-də Rusiya Federasiyasının 53 subyektində 104 yaşayış məntəqəsində 18 yaşdan yuxarı 1,5 min respondentin arasında keçirilib. Statistik xəta 3,6%-də yuxarı deyil.

0