Partlayış, arxiv şəkli

Ordumuz rəqibinə aviazərbələr endirib - VİDEO

163
(Yenilənib 22:54 01.11.2020)
Endirilən aviazərbələr nəticəsində Ermənistan ordusunun səngərlərdə və yeraltı sığınacaqlardakı xeyli sayda canlı qüvvəsi məhv edilib

BAKI, 1 noyabr - Sputnik. Oktyabrın 31-də Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi düşmən mövqelərini bombardman edib.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Endirilən aviazərbələr nəticəsində düşmənin səngərlərdə və yeraltı sığınacaqlardakı xeyli sayda canlı qüvvəsi məhv edilib.
Düşmənin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsünü təqdim edirik.

163
Teqlər:
aviazərbə, Azərbaycan Ordusu, Ermənistan ordusu, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1190)
Əlaqədar
Ermənistan ordusunun hərbi avtomobil korteji məhv edilib – VİDEO
Səngəri qoyub qaçarkən yaxalandılar - VİDEO
MN: Ermənilərin köhnə raketləri trayektoriyasını dəyişib işğal altındakı ərazilərə düşür
Ermənistan ordusunun iki artilleriya batareyası məhv edilib - VİDEO
Ermənistan ordusu daha iki "Qrad"dan məhrum edildi - VİDEO
Arif Quliyev zərərçəkən

Ağdamda minaya düşən Xocalı sakini hadisənin necə baş verdiyini anladıb

21
(Yenilənib 14:52 18.04.2021)
“Özüm Xocalı rayonundan məcburi köckün düşmüşəm və Ağcabədi rayonun Yuxarı Qıyaməddinli kəndində məskunlaşmışam. Ağdam rayon ərazisində heyvan otararkən minaya düşdüm sol ayağımı itirdim."

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 18 aprel - Sputnik. Ötən gün axşam saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə bədbəxt hadisə baş verib. Xocalı rayonundan məcburi köçkün olan Arif Quliyev qoyun otararkən minaya düşüb.

Onun sözlərinə görə, hadisə baş verən vaxt o ərazidə tək olub.

“Özüm Xocalı rayonundan məcburi köckün düşmüşəm və Ağcabədi rayonun Yuxarı Qıyaməddinli kəndində məskunlaşmışam. Ağdam rayon ərazisində heyvan otararkən minaya düşdüm sol ayağımı itirdim.”, - deyə o, başına gələni Sputnik Azərbaycan-ın bölgə müxbirinə anladıb. 

Zərərçəkənin sözlərinə görə mina partlayışı zamanı heyvanlar xeyli uzaqda olduğundan tələfat olmayıb.

© Sputnik / Emin Alisahib
Çingiz Həsənov

Xəsarət alan şəxs Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Rayon mərkəzi xəstəxanasının travmotoloqu Çingiz Həsənov bildirib ki, yaralı gətrilərkən vəziyyəti ağır olub. Mina partlaması nəticəsində Arif Quliyev sol ayağın orta aşağı üçdə biri nahiyəsindən travmatik apmutasiya olunub.

"Xəstənin vəziyyəti ağır olduğu üçün Reanimasiyon tədbirlər aparıldı. Xəstənin sol baldırının yuxarı üçdə biri protokola uyğun olaraq travmatik amputasiya edildi. Hazırda xəstənin vəziyyəti kafidir.”, - deyə həkim bildirib.

Hazırda zərərçəkənin xəstəxanada müalicələri davam etdirilir.

21
Füzuli rayonunda yerləşən Araz qəzetinin nüsxəsi

Vətəninə qayıdan 90 yaşlı "Araz" bərpa olunacağı günü gözləyir

413
(Yenilənib 20:10 17.04.2021)
İşğaldan azad edilmiş Füzuli şəhərində ermənilər tərəfindən dağıdılmış "Araz" qəzetinin redaksiyası bərpa ediləcək.

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Füzulidə ermənilər tərəfindən dağıdılmış "Araz" qəzetinin redaksiyası bərpa ediləcək. Bunu mədəniyyət naziri Anar Kərimov bir neçə gün əvvəl "Twitter" hesabında yazıb. Nazir qeyd edib ki, əsası 1931-ci ildə Füzulidə qoyulmuş "Araz" qəzeti Ermənistanın işğalından öncə regionda əsas media orqanı olub: "Binanın fasadının yalnız bir hissəsi vandalizmdən xilas edilib. Biz onu bərpa edəcəyik".

Bu xəbərdən sonra üz tuturuq, Füzuli rayonunda olan "Araz" qəzetinin redaksiyasına. Qarşımıza dağılmış və vandalizmə məruz qalmış "Araz" qəzetinin redaksiyası çıxır.

  • Araz qəzetinin binası
    © Sputnik / Emin Alisahib
  • Araz qəzetinin binası
    © Sputnik / Emin Alisahib
  • Füzuli rayonunda yerləşən Araz qəzetinin nüsxəsi
    © Sputnik / Emin Alisahib
1 / 3
© Sputnik / Emin Alisahib
Araz qəzetinin binası

Əvvəlcə onu deyək ki, vaxtı ilə Füzuli rayonunda hamının abunə olduğu və oxuduğu yeganə qəzet "Araz" qəzeti olub. Qəzetlə bağlı ətraflı məlumat verən Füzuli Tarix-diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov deyir ki, "Araz"ın çoxlu oxucu kütləsi olub. "Günəş çıxmaya bilər, amma qəzet mütləq çıxmalıdır", prinsipi ilə çap edilən bu qəzet rayon mətbəəsində həftədə üç dəfə 3500-4000 nüsxə tirajla çıxıb: "Füzulidə nəşr olunan "Araz" qəzeti azsaylı redaksiyalardan idi ki, burada texniki işçilərin də çoxu universitetin Jurnalistika fakültəsinin məzunları idi. Yəni "Araz" redaksiyada sürücüdən və xidmətçidən başqa hamısı diplomlu idi. Doğrudan da korrektor, teletaypçı, makinaçı, hətta yerli radio verilişlərinin diktoru da ixtisasca jurnalist idi. Əlbəttə ki, belə bir kollektiv, dərc olunan qəzetdə rayonun sosial-iqtisadi və mədəni həyatını dolğun şəkildə işıqlandırırdı".

Müsahibimizin sözlərinə görə, "Araz" qəzetinin redaksiyası 1931-ci ildə yaradılıb. Lakin, qəzet 1966-cı ilə qədər "Qızıl Araz" adı ilə nəşr olunub. 1966-cı ildən sonra isə "Araz" adı ilə nəşrini davam etdirib. İşğaldan sonra isə "Qarabulaq" və hal-hazırda "Qayıdış" adı ilə nəşr olunur. Elçin Əsədov deyir ki, "Araz" qəzeti Ermənistanın işğalından əvvəl bölgədəki əsas media orqanı olub: "Ermənilər buranı işğal etməzdən əvvəl redaksiya tam heyəti ilə işləyirdi. İndi binanın fasadının yalnız bir hissəsi vandalizmdən xilas olub. Düzdür, "Araz" qəzetinin redaksiyasının bərpası nəzərdə tutulur. Əslində biz bərpanı da gözləyirdik. Çünki, bu qəzetin tarixi xeyli qədimlərə dayanır. 90 yaşlı "Araz" qəzetinin Füzuli Tarix-diyarşünaslıq Muzeyində 500-ə müxtəlif vaxtlarda nəşr olunmuş nümunələri saxlanılır".

© Sputnik / Emin Alisahib
Araz qəzetinin binası XX əsr

Qeyd edək ki, muzeydə qorunub, saxlanılan qəzetlərdə gündəlik olaraq Füzuli rayonunun mədəni, siyasi, iqtisadi və əmək sahələrində çalışan zəhmətkeş insanlar haqqında məlumatlar verilib. Səhifələrində sözlərin də inci kimi seçilib, yer aldığı "Araz" qəzeti yəqin ki, yaxın günlərdə öz əvvəlki adını da geri qaytaracaq. Ümidvarıq ki, qarşıdakı günlərdə biz "Qayıdış" yox, elə 30 il əvvəlki "Araz" qəzetinin abunəçisi olcağıq…

413
Президент РФ Владимир Путин и министр обороны РФ Сергей Шойгу во время прогулки в тайге

Putin həftə sonunu Şoyqu ilə birlikdə çox sevdiyi Sibirdə keçirdi

0
(Yenilənib 21:09 18.04.2021)
Peskov deyib ki, Putin Uzaq Şərqi də ziyarət edir, Soçini, Krasnaya Polyananı, Krımı da çox sevir. Bütün bu bölgələrin içində Rusiya Prezidenti ən çox Sibirə üstünlük verir.

BAKI, 18 aprel - Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin ölkəsinin hansı bölgələrini daha çox sevdiyindən bəhs edib. 

Sputnik Azərbaycan xəbər verir ki, "Rossiya 1" telekanalına müsahibəsində Peskov deyib ki, Rusiya Prezidenti Sibiri hər yerdən çox sevir.

"Digər tərəfdən, o, Uzaq Şərqi də ziyarət edir, Soçini və Krasnaya Polyananı sevir. Putin Krımı da çox sevir. Bütün bu bölgələrin içində Rusiya Prezidenti ən çox Sibiri sevir", - Peskov deyib. 

Peskov onu da qeyd edib ki, mart ayının sonunda prezident Müdafiə naziri Sergey Şoyqu ilə birlikdə bir həftə sonunu Sibirdə keçirib.

"Tayqa boyunca gəzdilər. Şoyqu Putinə hobbi olaraq quru ağacları emal etmək və onlardan əl işləri yaratmaqla məşğul olduğu atelyesini göstərdi", - Peskov əlavə edib.

Xatırladaq ki, Putin doğum günlərini də təbiət qoynunda ov edərək keçirməyi çox sevir. Son illərdə onbu belə səyahatlərində adətən Sergey Şoyqu müşayiət edir. 

0