QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan ordusu daha iki "Qrad"dan məhrum edildi - VİDEO

© Sputnik / Sergey Pivovarov / Mediabanka keçidБоевая машина БМ-21 реактивной системы залпового огня "Град" во время учений, фото из архива
Боевая машина БМ-21 реактивной системы залпового огня Град во время учений, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Ordusunun ön xətt bölmələri erməni təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür

BAKI, 1 noyabr - Sputnik. Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində bölmələrimizin mövqelərini atəşə tutan düşmənin 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan MÜdafiə Nazirliyi təqdim edib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib, mülki əhali arasında həlak olanlar var.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Xəbər lenti
0