Ermənistan ordusunun ağır silahları havadan yerdən aşkar olunaraq məhv edilir

55
"Hər gün apardığımız əməliyyatları şəffaf şəkildə əlimizdə olan görüntülərlə həm öz ictimaiyyətimizi və beynəlxalq ictimaiyyəti məlumatlandırırıq", - MN sözçüsü bildirib.

BAKI, 31 oktyabr - Sputnik. "Düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir.

Bu əməliyyatlar davam edəcək və bu əməliyyatları yekunlaşdırmaq üçün bir yol var ki, bütün torpaqlar işğaldan azad edilsin və bizim ərazilərimizdə heç bir silahlı düşmən qalmasın".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

"Bizim bütün əməliyyatlarımız yalnız əməliyyat sahəsi çərçivəsindədir. Bizim Ermənistan Respublikasında heç bir hədəfimiz yoxdur. Bizim bütün hədəflərimiz yalnız əlində silah olan düşmən bölmələridir və düşmənin legitim hərbi obyektləridir ki, biz bu obyektlərə qarşı havadan və qurudan əməliyyatlarımızı davam etdiririk", - A.Eyvazov əlavə edib.

"Hər gün apardığımız əməliyyatları şəffaf şəkildə əlimizdə olan görüntülərlə həm öz ictimaiyyətimizi və beynəlxalq ictimaiyyəti məlumatlandırırıq", - MN sözçüsü bildirib.

55
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1121)

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

13
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

13

Azad edilmiş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin yeni VİDEOgörüntüsü

24
Üçtərfəli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu noyabrın 25-də Ermənistan işğalçı qüvvələrindən azad olunub.

BAKI, 25 noyabr - Sputnik. Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb.

Sputnik Azərbaycan həmin görüntünü təqdim edir.

24