BAKI, 31 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələri yenə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Əskipara kəndi, eləcə də Ağcabədi rayonunun Qiyaməddinli kəndi düşmən tərəfindən artilleriya atəşinə tutulur.
BAKI, 7 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Ağdam rayonunun Suma kəndindən videogörüntülər yayıb.
Suma kəndi rayon mərkəzindən 21 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir. Ağdam rayonunun Güllücə və Tağıbəyli kəndləriylə qonşudur. Suma kəndi 16 aprel 1994-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci ilin sonlarında Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində erməni işğalçılarından təmizlənib.
İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Suma kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin həmin kənddən hazırladığı ən son videogörüntüləri təqdim edir.
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Papı kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.
BAKI, 7 mart — Sputnik. Roma Papası Fransisk Beynəlxalq Qadınlar günü ərəfəsində qadınlara hörmət etməyə və onları qorumağa çağırıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Report Rusiya mediasına istinadla məlumat yayıb.
İraqda səfərdə olan Papa xristianlığın yerli mərkəzi hesab olunan Bahdid şəhərində xütbə ilə çıxış edib.
"Bu ölkənin bütün analarına və qadınlarına, bütün yaralara baxmayaraq həyat verməyə davam edən cəsur qadınlara təşəkkür edirəm. Qadına hörmət edilməli və qorunmalıdır", - Fransisk deyib.
O, qadınlara diqqət ayırmağa və imkanlar verməyə çağırıb. Fransisk həmçinin "Allahın müdafiə etdiyi" Məryəmin rolunu yada salıb.
Fransisk Roma-katolik kilsəsinin İraqa səfər edən ilk rəhbəridir.