QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - Müdafiə Nazirliyi

© Sputnik / Mediabanka keçidXankəndi şəhəri
Xankəndi şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Azərbaycan Ordusunun Xankəndini atəşə tutması barədə yaydığı xəbəri təkzib edib. 

BAKI, 31 oktyabr - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Azərbaycan Ordusunun Xankəndini atəşə tutması barədə yaydığı xəbəri təkzib edib. 

Təkzib mətnində deyilir: 

"Ermənistan KİV-nin səhər saatlarından başlayaraq guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndini raket atəşinə tutması və nəticədə mülki əhaliyə maddi zərər vurulması barədə yaydığı xəbər yalandır və vəziyyətin gərginləşdirilməsinə yönəlib.
Bildiririk ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir." 

Xatırladaq ki, Ermənistan Azərbaycan Ordusunun guya Xankəndinin mülki obyektlərini və dinc əhalisini atəşə tutduğu barədə növbəti feyk məlumat yayıb.

Xəbər lenti
0