Bizim razılığımız olmadan, Qarabağda müşahidəçilər yerləşdirilə bilməz - Ceyhun Bayramov

20
Ceyhun Bayramov: "Biz Azərbaycanın suveren ərazisindən danışırıq. Nəzarətçilər də daxil olmaqla, istənilən qüvvələrin yerləşdirilməsi Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır".

BAKI, 29 oktyabr — Sputnik. Ermənistanda Qarabağ münaqişəsinin danışıqlarla nizamlanmasında maraqlı deyil. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

Azərbaycan Xarici İşlər naziri eyni zamanda qeyd edib ki, istənilən müşahidəçilərin Qarabağda yerləşdirilməsi rəsmi Bakı ilə razılaşdırılmalıdır.

"Nəzərə almaq lazımdır ki, biz Azərbaycanın suveren ərazisindən danışırıq. Nəzarətçilər də daxil olmaqla, istənilən qüvvələrin yerləşdirilməsi Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır”, - deyə Ceyhun Bayramov qeyd edib.

O, əlavə edib ki, atəşkəs rejiminə nəzarət üzrə monitorinq mexanizminin tətbiqi nizamlanma prosesi ilə sinxronlaşdırılmalıdır.

20

Dağlıq Qarabağda sutka ərzində 100-dən artıq partlayıcı obyekt aşkar edilib video

6
(Yenilənib 11:54 30.11.2020)
Rusiyalı mütəxəssislər Dağlıq Qarabağda rus sülhməramlılarının öhdəliyi altındakı ərazilərdə mühəndis kəşfiyyatı və ərazilərin minalardan təmizlənməsi üzrə işlərini davam etdirir. Daha ətraflı videoda izləyin.

Rusiya sülhməramlılarının əraziləri minalardan təmizləmək ilə məşğul olan mühəndis-istehkamçı hissələri Şuşa-Lısoqorski yolunun təxminən 3 kilometrlik kəsiyini təmizləyib. Sutka ərzində 100-dən artıq partlayıcı obyekt aşkar edilib. Bunlar xüsusi olaraq təchiz edilmiş poliqona aparılaraq məhv edilib.

6
Vüqar Muradov

Əsgərlərin ölümü indiyəcən gözümün önündən getmir: Muradov qələbəmizi fərqli yaşayır

364
(Yenilənib 00:18 30.11.2020)
Vüqar Muradov etiraf edib ki, ön cəbhədə olarkən öz peşəsi barədə tamamilə unudub və əsgərlərə kömək etmək üçün əlindən gələni edib – yemək bişirib, bərbərlik edib, hətta sürücü kimi də çalışıb

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr - Sputnik. İndiyədək əsgərlərin ölüm səhnəsi gözümün önündən getmir, ona görə də Qələbəyə ürəkdən sevinmək alınmır. Bunu Sputnik Azərbaycan-a  müsahibəsində tanınmış müğənni, “yeni ulduz” müsabiqəsinin qalibi Vüqar Muradov deyib. Vüqar Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı başlayanda könüllü olaraq cəbhəyə yollanmışdı.

Muradov danışır ki, könüllü yazılmazdan öncə öz rayonunun hərbi komissarlığından bildiriş gözləsə də o sənəd heç cür gəlməyib. Ona görə də İkinci Qarabağ müharibəsi başlayandan bir neçə gün sonra müğənni özü hərbi komissarlığa gedib.

Посмотреть эту публикацию в Instagram

Публикация от VÜQAR MURADOV BARİTON (@vuqar_muradov_bariton)

“Cəbhəyə getmək istəyənlərin sayı çox idi. Oturub məni çağıracaqlarını gözləyə bilməzdim. Hərbi komissarlığın əməkdaşlarından xahiş elədim ki, adımı siyahıda birinci yazsınlar ki, məni cəbhəyə tez göndərsinlər. Onlar bunu etmək istəmirdilər. Amma mən dedim ki, əgər göndərməsələr, özüm gedəcəm, məni də heç kim saxlaya bilməyəcək. Sağ olsunlar ki, xahişimi yerə salmadılar”, - Muradov qeyd edir.

Müğənni etiraf edir ki, hərbi hissədəki əsgərlər onu görəndə xeyli təəccübləniblər. Onlar hesab ediblər ki, Muradov onlara mahnı oxuyaraq əhval-ruhiyyələrini yüksəltməyə gəlib.

Посмотреть эту публикацию в Instagram

Публикация от VÜQAR MURADOV BARİTON (@vuqar_muradov_bariton)

“Müharibə şou yeri deyil. Mən oraya oxumağa yox, döyüşməyə getmişdim. Orada öz sənətimi tamamilə unutdum, lazım olan hər şeyi eləməyə, köməklik göstərməyə çalışırdım. Həm sürücü oldum, həm əsgərlərə kabab çəkdim, həm ayrı yeməklər bişirdim, əsgərlərin başını qırxdım, saçını kəsdim, maşınlarını təmir elədim. Nə iş görməyin mənimçün fərqi yox idi. Bizim hər birimiz bir-birimizə kömək etməyə, bir-birimizin yolunda canından keçməyə hazır idik, halbuki heç tanış da deyildik”, - Muradov danışır.

Müğənni hər şeylə təmin olunmalarına rəğmən, cəbhəyə yemək və geyim göndərən Azərbaycan xalqına xüsusi münnətdarlığını bildirir.

İkinci Qarabağ müharibəsində qələbə qazanmağımıza baxmayaraq, Muradov deyir ki, ürəkdən sevinə bilmir. Birlikdə döyüşdüyü, çörək kəsdiyi əsgərlərin ölüm səhnələrini heç cür unuda bilmir.

“Gözlərimi yuman kimi sanki cəbhəyə qayıdıram. Yuxuda da özümü ön cəbhədə görürəm. Bunların hamısını yaşamaq çox çətindir. Müharibədə həmişə çətindir. Oradan tamamilə başqa adam kimi qayıtmışam. Allaha şükür, biz qalib gəldik, şəhidlərimizin ölümü hədər olmadı. Uzun illər işğal altında qalan torpaqlarımızı gördüm. O anlarda heç birimiz göz yaşlarımızı saxlaya bilmədik”, - müğənni danışır.

O etiraf edir ki, bir çox ölkələrdə olub, hər dəfə Qarabağ münaqişəsi barədə az da olsa məlumatı olan əcnəbilərlə söhbətində hiss edib ki, onlar azərbaycanlıları uduzmuş  xalq hesab ediblər. İndi isə Azərbaycan qalib dövlət olub.  

Muradov ümid edir ki, birlikdə döyüşdüyü əsgərlərlə tezliklə yenidən görüşəcək. Onların çoxu hələ evlərinə qayıtmayıb.

364
Teqlər:
Vüqar Muradov, Yeni ulduz, müğənni, döyüş, müharibə, ön cəbhə, Azərbaycan, Qarabağ
Plazma olan paketlrə, arxiv şəkli

TƏBİB-dən açıqlama: İmmun plazmaya ehtiyac var

0
(Yenilənib 13:39 30.11.2020)
İndiyə qədər ölkəmizdə 180-ə yaxın vətəndaş donor olmaq üçün müraciət edib, onların 100 nəfərindən immun plazma toplanılaraq 238 xəstəyə köçürülüb.

BAKI, 30 noyabr — Sputnik. Mərkəzi Qan Bankı "Donor ol, həyat qurtar!" şüarı ilə yeni növ koronavirusdan (COVID-19) sağalmış xəstələrə müraciət edib. Müraciətdə bildirilir ki, onlar ağır xəstələrə donor ola bilərlər. Sputnik Azərbaycan-ın məlumatına görə, Qan Bankının müdiri, TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərovanın sözlərinə görə, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xeyli xəstə var. Onların sağalması üçün immun plazma müalicəsi lazımdır: "COVID-19 xəstəliyini keçirərək sağalanlarda anticisimlər formalaşır. Anticisimlər həmin xəstələrin heç də hamısında formalaşmır. Anticisimlər olan xəstələrdən immun plazma toplanılaraq ağır xəstələrə köçürülür. 18 yaşdan 60 yaşadək hər kəsin xəstəliyi keçirəndən 14 gün sonra donor olması mümkündür, qadınlardan hamiləlik keçirməyənlər donor ola bilər. İndiyə qədər ölkəmizdə 180-ə yaxın vətəndaş donor olmaq üçün müraciət edib, onların 100 nəfərindən immun plazma toplanılaraq 238 xəstəyə köçürülüb".

Proses tamamilə ağrısız və təhlükəsizdir, immun plazma qapalı və steril şəraitdə toplanılır. Həmin müalicə üsulunun səmərəsi pandemiyanın birinci dalğası zamanı sübut olunub. Virusun yoluxma dinamikasına fikir verəndə görürük ki, infeksiyadan minlərlə sağalan var, amma nədənsə onlar bəzən bunu gizlədirlər. Mütəxəssislər deyirlər ki, sağalanlar tərəddüd etmədən digər xəstələrin xilaskarı ola bilərlər.

0
Teqlər:
müraciət, vətəndaş, donor, TƏBİB