SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezidentin köməkçisi: "Paşinyan, böyük səhv etdin"

© Sputnik / Murad OrujovPrezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev - Sputnik Azərbaycan
Abunə olmaq
"Böyük səhvinizi etdiniz. Hesabınıza daha bir hərbi cinayət əlavə etdiniz. İndi cinayətlərinizi göstərmək üçün Tərtərə gedirik"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. "Nikol Paşinyan, kasetli raket hücumu ilə Bərdədəki günahsız mülki insanları qorxutmaq istədiniz? Bərdə möhkəm qətiyyəti ilə əvvəlkindən daha gözəl və güclüdür".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

"Böyük səhvinizi etdiniz. Hesabınıza daha bir hərbi cinayət əlavə etdiniz. İndi cinayətlərinizi göstərmək üçün Tərtərə gedirik", - deyə Hikmət Hacıyev qeyd edib.

Xatırladaq ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdəyə endirdiyi raket zərbələri nəticəsində 21 mülki şəxs həlak olub, 70-dən artıq şəxs yaralanıb.

Xəbər lenti
0