Qırmızı aypara, arxiv şəkli

BQXK: Bərdəyə raket atılması nəticəsində bir könüllümüz ölüb, ikisi yaralanıb

27
(Yenilənib 10:30 29.10.2020)
Bu, qəbuledilməzdir. Təəssüf ki, iki uşaq atası olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü də bu atışmalarda həyatını itirib. Daha iki könüllü isə yaralanıb

BAKI, 29 oktyabr — Sputnik. Beynəlxalq Qızıl Xaç Komitəsi mülki şəxslər arasında qurban sayının artmasına səbəb olan zorakılıq hallarını şiddətlə qınayır. Bununla bağlı BQXK-nin Avrasiya regionu üzrə direktoru Martin Şüepp bəyanat yayıb.

Sputnik Azərbaycan-a daxil olan bəyanatda bildirilir ki, BQXK ölüm hallarına, yaralanmalara və dağıntılara səbəb olan yaşayış yerlərinin intensiv şəkildə mərmi atəşinə məruz qalmasına şahid olub:

"Bu, qəbuledilməzdir. Təəssüf ki, iki uşaq atası olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü də bu atışmalarda həyatını itirib. Daha iki könüllü isə yaralanıb. BQXK, könüllünün ailəsinə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dərin hüznlə başsağlığı verir.

Sentyabr ayının sonunda gərginləşmənin yenidən başlamasından etibarən BQXK tərəfləri mülki şəxsləri və xəstəxana, məktəb, market və mədəni abidələr kimi mülki infrastrukturu fərqləndirmək və müdafiə etmək üçün lazım olan bütün mümkün tədbirləri görməyə çağırıb. Bunlar könüllü olaraq görülə biləcək tədbirlər deyil. Bunlar beynəlxalq humanitar hüquq əsasında müəyyən edilmiş öhdəliklərdir.

Sonuncu hadisələr onu göstərir ki, Dağlıq-Qarabağ münaqişəsinin nəzarət altından çıxma riski mövcuddur. Regionda yaşayan mülki şəxslər bu hadisələrin fəsadlarından əziyyət çəkirlər. Mülki şəxslərin ölüm halları narahatedici həddə artıb. Bununla bərabər, onlar bütün həyatlarını dəyişən yaralanmalara məruz qalırlar. Eyni zamanda, xəstəxanalar da daxil olmaqla mülki infrastruktura əhəmiyyətli dərəcədə ziyan dəyib.

BQXK tərəflərə beynəlxalq humanitar hüquq əsasında öhdəliklərini xatırlatmaq üçün ikitərəfli, konfidensial dialoq aparır. Şahidi olduğumuz bu dəhşətli mənzərə davam edə bilməz".

27
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1136)
Əlaqədar
Diplomatik korpusların nümayəndələri Bərdə və Tərtərə gedir
Bərdənin raket atəşinə tutulmasına görə cinayət işi başlanılıb
Bərdə bu gün - Dəhşətin mənzərəsi
İranın Azərbaycandakı səfirliyi Bərdəyə edilən hücumu pisləyir
Bərdədə nə baş verir: Raket atəşinə məruz qalan yerdən kadrlar
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə

Paşinyan Putinə niyə “yox” demişdi: erməni nazirin versiyası

35
Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb

BAKI, 29 noyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə oktyabrda, Dağlıq Qarabağ üzrə bəyannamənin imzalanmasından əvvəlki  telefon danışığının detallarını açılayıb.

Sputnik Azərbaycan bildirir ki, Paşinyan Putinlə “baş tutmayan” sövdələşmənin özünə məxsus versiyasını Facebook-da yazıb.

O qeyd edib ki, oktyabrın 19-da Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyan zəng edərək müharibənin dayandırılmasının vaciblyini vurğulayıb. Bundan sonra Paşinyan Putinə zəng edib. O isə öz növbəsində bunun Rusiyanın təklifləri əsasında gerçəkləşdiriməsini təklif edib.

“Yəni status məsələsini bir tərəfə qoymaq, rayonları Azərbaycana qaytarmaq, rusiyalı sülhməramlıları yerləşdirmək. Mən dedim ki, sülhməramlıları Dağlıq Qarabağın əvvəlki “sərhədləri” və Laçın dəhlizi boyunca yerləşdirmək lazımdır. O razı oldu, danışdıq ki, məsləhətləşmədən sonra mən bir də zəng edəcəm”, - Paşinyan yazıb.

Onun sözlərinə görə, sabahı gün Putin ona yenidən zəng edib və Azərbaycan Prezidenti İlham Əliyevin müharibəni dayandırmağa razı olduğunu, ancaq sülhməramlıların Dağlıq Qarabağın “sərhədləri” boyu yox, mövcud təmas xətti boyu yerləşdirilməsini tələb edib, çünki Bakı Hadrut və Talışdan geri çəkilməyəcəyini bəyan edib.

“Erməni tərəfi azərbaycanlıların Şuşaya qaytarılması məsuliyyətini də boynuna götürməliydi. Beləliklə, sülh alınmadı, çünki mən dedim ki, Hadrut məsələsində razılaşsam da, Şuşanın Azərbaycana təhvil verilməsini mümkün hesab eləmirəm”, - yazan erməni nazir qeyd edib ki, Putin bu qərara təəccüblənib.

“Mən öz fikirlərimi deyəndə Putin dedi ki, bu, məntiqlidir və bəzi detallardan xəbərsizdir”, - Paşinyan yazıb. Onun fikrincə, Yerevan Şuşanı təhvil versəymiş, Bakı yeni şərt – Qırmızı Bazar – Şuşa yolunu nəzarətə götürməyi – irəli sürəcəkmiş.

Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb. Onun sözlərinə görə, Ermənistanın baş naziri bu şərtin onun ölkəsinə və Qarabağa təhlükə olduğunu deyib. Putin ermənilərin niyə bunda təhlükə gördüyünü anlamadığını deyib və beləliklə danışıqlar iflasa uğrayıb.

35
Teqlər:
telefon danışığı, Vladimir Putin, Nikol Paşinyan, Ermənistan, Rusiya, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1136)
Rusiya sülhməramlılarının təminatı üzrə fəaliyyət gerçəkləşdirilir

Rusiyadan Azərbaycana gələn rus sülhməramlılar yükləri Xankəndiyə çatdırılıb - VİDEO

29
(Yenilənib 20:20 29.11.2020)
Sülhməramlılar üçün nəzərdə tutulan yük noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb

BAKI, 29 noyabr - Sputnik. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış protokola əsasən müvafiq fəaliyyətlər həyata keçirilir.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, noyabrın 28-də Rusiyadan ölkəmizə dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib.
Sülhməramlılar üçün nəzərdə tutulan yük noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb.


Vaqonlardan boşaldılan yüklər əvvəlcədən planlaşdırılmış qaydada Azərbaycan Müdafiə Nazirliyi Hərbi Polisinin müşayiəti altında Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil nəqliyyatı vasitəsilə təyinat məntəqəsinə çatdırılıb.
Qeyd edək ki, gələn bu heyət və yük üçtərəfli bəyanatda qeyd olunan Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçusu, müvafiq sayda hərbi texnika, avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentin bir hissəsidir.

29
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, polis, hərbi, Xankəndi, Ağdam, Bərdə, yük, hərbçi, Azərbaycan, Rusiya, sülhməramlılar, rus
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1136)
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

0
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

0
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona