Azərbaycan hərbçisi, arxiv şəkli

Heç bir təxribat qələbə əzmimizə mane ola bilməz - Müdafiə Nazirliyi

24
(Yenilənib 20:14 28.10.2020)
"Humanitar atəşkəs rejimini kobudcasına pozaraq, şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib"

BAKI, 28 oktyabr - Sputnik. “Bu gün düşmənin Bərdəni “Smerç” tipli raketlə atəşə tutması nəticəsində xeyli ölən və yaralananlar var”.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, ötən müddət ərzində humanitar atəş rejimini pozan düşmən Berd, Vardenis, Gorus rayonları ərazisindən ərazilərimizi “Smerç” və “Qrad”lardan, artilleriyadan atəşə tutub: “Ötən müddət ərzində işğal altındakı daha 13 kənd işğaldan azad edilib. Düşmən bilməlidir ki, Azərbaycanda dövlət-xalq-Ordu birliyi sarsılmazdır, heç bir təxribat qələbə əzmimizə mane ola bilməz. Humanitar atəşkəs rejimini kobudcasına pozaraq, şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib. Qələbə bizimlədir!”

24
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1121)
Əlaqədar
Bölmələrimiz şəhər və rayonlarımıza atəş açanları məhv edib - VİDEO
Ermənistan Tərtəri yaylım atəşli reaktiv sistemlərdən və toplardan atəşə tutub
Ərdoğan Putinlə Qarabağa dair danışığı barədə: Atamızın oğlu olsa belə, gözümüz görməz...
Ermənistan yeni itkilərini etiraf etdi
Ermənistan dezinformasiya yayaraq törətdiyi cinayətlərdən diqqəti yayındırmaq istəyir

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16

Azad edilmiş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin yeni VİDEOgörüntüsü

25
Üçtərfəli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu noyabrın 25-də Ermənistan işğalçı qüvvələrindən azad olunub.

BAKI, 25 noyabr - Sputnik. Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb.

Sputnik Azərbaycan həmin görüntünü təqdim edir.

25