BAKI, 26 oktyabr — Sputnik. “Sual verirlər, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var də, görmürsünüz, nə gəzir? Gedin baxın da, F-16 neyləyir, havadadır, ya yerdədir?”
Sputnik Azərbaycan bildirir ki, bunu Prezident İlham Əliyev bu gün xalqa müraciətində deyib.
Dövlət başçısı deyib ki, hər kəs bilir ki, təyyarələr yerdədir: “Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər. Yaxşı, cəmi 5-6 təyyarə aeroportda qalıbdır. Bunu hər dəfə sual verirlər”.
BAKI, 5 mart — Sputnik. Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndindən videogörüntülər yayıb.
Sputnik Azərbaycan görüntüləri təqdim edir.
Yuxarı Rəfədinli Qarabağ silsiləsinin ətəyində yerləşir. Keçmiş adı Rəfədinli olub. Ondan yaranmış məntəqə Aşağı Rəfədinli, əvvəlki kənd isə Yuxarı Rəfədinli adlandırılıb. Rəfədinli - kəndin əsasını qoymuş nəslin adıdır.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.
“Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib”. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Sputnik Azərbaycan xəbər verir ki, hərbçilərin maaşlarına edilən əlavələri şərh edən hərbi ekspert Emin Həsənli bu əlavələrin bərpa edilmiş sərhəd zonalarında xidmət edən, həmçinin Qarabağın içində Rusiya sülhməramlı qüvvələrinin olduğu ərazidə xidmət aparan hərbi qulluqçulara şamil ediləcəyini bildirib:
“Ali Baş Komandan və vitse-prezident bu şəxslərə xüsusi diqqət göstərir. Onların qayğısı nəticəsində digər məsələlərin həll olunmasının şahidi olacağıq. İyirmi ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçular mənzillərlə təmin edilir. Yaxın illərdə mənzilsiz hərbi qulluqçu, şəhid ailəsi qalmayacaq”.
Emin Həsənlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 5 mart - Sputnik. "Gürcüstan və Ukrayna tarixi və coğrafi baxımdan müxtəlif ölkələr olsalar da, hər ikisi NATO-ya üzv olmağa can atır və biz bu işdə onlara kömək edəcəyik".
Sputnik Azərbaycan Rossiya1 telekanalına istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüggedə Avropa Kollecindəki çıxışı zamanı bəyan edib.
"NATO-nun qapıları açıq olaraq qalır. Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik. Çünki bu ölkələr NATO-ya üzv olmaq üçün alyansın standartlarına cavab verməlidirlər", - deyə Y.Stoltenberq bildirib.
Onun sözlərinə görə, adıçəkilən ölkələr bütün diqqətini islahatlar, demokratik institutların möhkəmlənməsi və korrupsiyaya qarşı mübarizə istiqamətinə yönəltməlidir. Bu, Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq üçün kömək edəcək.
Baş katib həmçinin heç bir ölkənin, o cümlədən də Rusiyanın bu prosesə mane ola bilməyəcəyini qeyd edib.