Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: "Mən əminəm ki, iki millət, iki xalq barışacaq"

67
(Yenilənib 14:23 24.10.2020)
"Biz orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik".

BAKI, 24 oktyabr — Sputnik. "Mən bunu dəfələrlə açıq şəkildə ifadə etmişəm və indi sizə deyə bilərəm, həmçinin mən vasitəçilər, Minsk qrupunun həmsədrləri vasitəsilə əvvəlki Ermənistan hökumətinə bizim gələcəyi necə görməyimizlə bağlı müəyyən mesajlar vermişəm. Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın bütün digər yerlərində etdiyimiz kimi, inkişaf etdirməyi planlaşdırdığımız ərazi kimi görürük".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın "Figaro" qəzetinə müsahibəsində "Sizin Qarabağın gələcəyi ilə bağlı baxışınız necədir?" sualına cavab verərkən deyib.

"Sizə deyə bilərəm ki, bizim çox əhəmiyyətli iqtisadi nailiyyətlərimiz var. Bizdə yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faizdir. Ermənistanda bu, 50 faizə yaxındır. Həmçinin bizdə işsizlik səviyyəsi çox aşağıdır. Pandemiyadan əvvəl bu, 5 faizə yaxın idi, indi 7 faizdir. Lakin bu amilin geniş vüsət aldığı Dağlıq Qarabağla müqayisədə fərq gecə ilə gündüz qədərdir. Beləliklə, biz orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik. Mən əminəm ki, iki millət, iki xalq barışacaq. Çünki XXI əsrdə özünü təcrid etmək, etnik təmizləmə aparmaq və de-fakto vəziyyəti ayrılmağa çevirməyə çalışmaq mümkün deyil. Bu, mümkün deyil. Ermənistan da daxil olmaqla indiyədək heç kim "Dağlıq Qarabağ respublikası"nı tanımayıb. Əminəm ki, heç kim onu tanımayacaq. Ona görə də Qarabağın gələcəyi üçün, təkcə Dağlıq Qarabağ üçün deyil, bütün Qarabağ üçün, - bu, Azərbaycanın böyük regionudur, - ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır – ermənilər və azərbaycanlılar. Mənim planım bundan ibarətdir",- ölkə başçısı əlavə edib.

67
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1127)
Tarix dərslikləri, arxiv şəkli

Qələbəmizdən sonra dərsliklərimiz belə dəyişəcək

23
(Yenilənib 12:10 27.11.2020)
"Dərsliklərə nələrin salınması Təhsil Nazirliyi ilə məsləhətləşmədən sonra bilinəcək. Nazirlik necə məsləhət bilərsə, biz də həmin məlumatları dərsliklərə əlavə edəcəyik".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Son günlərin ən çox  müzakirə edilən mövzularından biri də Qarabağda qazandığımız zəfərin dərsliklərdə öz əksini tapması ilə bağlıdır. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səslənsə də, dərsliklərdə Azərbaycanın şanlı döyüş salnaməsinin necə öz əksini tapacağına dair rəsmi fikir yoxdur. Sputnik Azərbaycan dərsliklərdə müharibə və qələbə mövzusunun necə və nə vaxtdan əks olunacağını araşdırıb. Mövzunu araşdırmazdan öncə qeyd edək ki, Azərbaycanda orta ümumtəhsil müəssisələrində "Qarabağ tarixi" dərsliyi ayrıca tədris olunur. Həmin dərsliyin Qarabağ işğaldan azad olunduqdan sonra dəyişdirilməsinə xüsusi ehtiyac olduğundan, Sputnik Azərbaycan 7-ci sinif "Qarabağ tarixi" dərsliyinin həmmüəllifi, elmlər doktoru Qasım Hacıyevlə söhbətləşib.

Q.Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Quruçay mədəniyyəti dövründən başlayaraq Qarabağla bağlı mövzular yığcam şəkildə hazırlanaraq çap edilib: “Burada Qarabağın xəritədə yerləşdiyi ərazilər, təbiəti, tarixi abidələr və ən mühüm hadisələrin şəkilləri verilib”. Onun sözlərinə görə, ilk çap edilən "Qarabağ tarixi" dərsliyi 90 min nüsxə, ikinci nəşrində 130 min Azərbaycan, 13 min rus bölməsi üçün çap olunub: “Dərslik ikinci dəfə dəyişildikdə, 2019-cu ildə aprel döyüşləri, Cocuq Mərcanlının bərpası əlavə olunub. Qeyd edim ki, Nadir şahdan bu günə Azərbaycanın işğal olunmuş bir qarış torpağı belə azad edilməyib. Ona görə də, bu tarixi zəfərə bütün dərsliklərdə, xüsusən də tarix dərsliklərində ayrıca yer verilməldiir. Bizə rayonlarımızın işğal tarixi, azad olunma tarixi, toponimlər məlumdur. Amma dərsliklərə nələrin salınması Təhsil Nazirliyi ilə məsləhətləşmədən sonra bilinəcək. Nazirlik necə məsləhət bilərsə, biz də həmin məlumatları dərsliklərə əlavə edəcəyik. Torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın döyüş tarixində ən şərəfli hadisədir. Qarabağın azadlığa çıxması xalqımız üçün fəxredici tarixdir. Qarabağın işğaldan azad edilməsi həyatımızın bütün sahələrinə - siyasi, iqtisadi, sosial və mədəni sahələrinə təsir edir. Ona görə də nəinki tarix, ictimai və humanitar fənlərə aid olan orta və ali məktəb dərsliklərində bu hadisələr əksini tapmalıdır. Çünki qeyd etdiyim kimi, bizim qələbəmiz xalqımızın, dövlətçiliyimizin tarixində mühüm hadisədir”.

Tarix fənni ilə bağlı əlavə vəsaitlərin müəllifi Hamlet Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ümumilikdə tarix fənni ilə bağlı konsepsiya hazırlanmalıdır: “Bizə tarixin mahiyyəti öyrədilməlidir. Təəssüf ki, sovet təhsil ideologiyası qalmaqdadır. Hazırda Ümumi tarix və Azərbaycan tarixi keçirilir. Amma elm olaraq vahid tarix elmi var. Ona görə də düşünürəm ki, tarix elm şəklində öyrədilməlidir. Türkiyədə İnqilab tarixi var. Aşağı sinifdən tədris edilir. Bizdə də  5-ci siniflərdə Azərbaycan tarixi qalmalıdır. 6-11 siniflərdə tarix elmi vahid şəkildə keçirilməlidir. 10-11-ci siniflərdə isə tarix dərsliyindən başqa, Vətən tarixi adlı dərslik nəşr olunaraq tədris edilməlidir”.

Həmsöhbətimiz deyir ki, tarix dərslikləri baş verən tarixi hadisələrlə bağlı müəyyən dövrdən bir dəyişdirilir, əlavələr edilir: “Məsələn, 10 il əvvəl çap olunan tarix dərsliyində Mübariz İbrahimovla bağlı məlumat yox idi. Amma son nəşrlərdə Aprel döyüşü, Mübariz İbrahimovla bağlı məlumatlar daxil olub. Qələbəmiz, Qarabağın işğaldan azad olunması da müəyyən paraqraflarla dərsliklərə əlavə oluna bilər. Qarabağ tarixi dərsliyinin əlavə çap olunması torpaqlarımız işğalda olduğu dövrlər üçün aktual idi. Qarabağı unutmamaq, torpaqlarımızın işğalda olması barədə dərsliklərdə ayrı-ayrı paraqraflarda tədris olunur. Qarabağla bağlı dərsliklərdə məlumatlar var. Amma artıq torpaqlarımız işğaldan azad edilib. Düşünürəm ki, Qarabağ tarixini ayrıca çap etməyə daha ehtiyac qalmır”.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanın qələbəsi, Qarabağın işğaldan azad olunması mütləq şəkildə dərsliklərə salınacaq. C.Valehov hələki bu dəyişikliyin hansı dərsliklərdə aparılacağı və sair məsələlərin tam dəqiqləşmədiyini söylədi: “Sosial şəbəkələrdə yazırlar ki, Tarix dərsliyinin üzərinə müharibədə qəhrəmanlıq edən topçunun şəkli vurulacaq. Qeyd edim ki, bunlar qeyri-rəsmi məlumatlardır. Hansı qəhrəmanımızın şəklinin harada olacağı barədə indidən qəti fikir söyləmək olmaz. Onların hər biri bizim üçün qəhrəmandır. Amma dərsliklərə müharibə tariximizlə bağlı nələrin əlavə ediləcəyi barədə müzakirə aparıldıqdan sonra qərar veriləcək. Müharibədə zəfər çalmağımız, Qarabağın işğaldan azad olunması mütləq şəkildə dərsliklərimizdə yer alacaq”. 

23
Teqlər:
Salnamə, Azərbaycan, döyüş, Qarabağ, dərslik, qələbə
Alban Klod, arxiv şəkli

Fransada yaşayan azərbaycanlı məşhur Qarabağa gələcək

7
(Yenilənib 12:04 27.11.2020)
Alban Klod: "Mənim məqsədim fransız oxuculardan ötrü müharibə və tarixi torpaqlar haqqında yazmaqdır".

BAKI, 27 noyabr — Sputnik. "Tezliklə Qarabağda olacağam. Məqsədim fransız oxucular üçün müharibə və tarixi torpaqlar haqqında yazmaqdır. Düşünürəm ki, bu yolla daha faydalı ola bilərəm".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan kötücəsi Alban Klod "Facebook" hesabında yazıb.

Qeyd edək ki, Alban Klod Tağıyevin ikinci oğlu Sadıxın nəticəsidir.

7
Teqlər:
Fransa, Hacı Zeynalabdin Tağıyev, Qarabağ
COVİD-19 xəstəsi, arxiv şəkli

Qubada yaşadıqları evi qanunsuz olaraq tərk edən koronavirus xəstələri aşkarlandı

0
(Yenilənib 13:30 27.11.2020)
Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

BAKI, 27 noyabr — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib.

Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna getmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə S.Mütəllimov yaşadığı ünvana geri qaytarılıb.

Gün ərzində şöbə əməkdaşları karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən daha iki şəxsi də aşkarlayıblar. COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

0