Azərbaycan Ordusunun zirehli texnikası, arxiv şəkli

Müdafiə Nazirliyi: Arsenalımızda kifayət qədər zirehli texnika var

90
(Yenilənib 10:16 24.10.2020)
Ordumuzun arsenalında düşmənə zərbə endirməyə yetərincə zirehli texnika var və onlar relyefə, əməliyyat şəraitinə, müxtəlif taktiki üsul və metodlara uyğun komandanlığın qərarına əsasən tətbiq edilir

BAKI, 23 oktyabr - Sputnik. Ermənistan müdafiə nazirliyi rəsmisinin guya döyüşlərdə Azərbaycan Ordusunun xeyli sayda zirehli və avtomobil texnikasını itirməsi ilə bağlı səsləndirdikləri fikirlər onun əməliyyat şəraitindən tam xəbərsiz olmasının göstəricisidir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

"Yayılan məlumatın reallıqla heç bir əlaqəsi yoxdur və qorxu içində olan erməni cəmiyyətini sakitləşdirmək məqsədilə hazırlanmış dezinformasiyadır. Hansı tərəfin nə qədər döyüş texnikasının məhv edildiyini və nə qədər qaldığını təyin etmək üçün Azərbaycan Müdafiə Nazirliyinin təqdim etdiyi videoları izləmək kifayətdir.

Ordumuzun arsenalında düşmənə zərbə endirməyə yetərincə zirehli texnika var və onlar relyefə, əməliyyat şəraitinə, müxtəlif taktiki üsul və metodlara uyğun komandanlığın qərarına əsasən tətbiq edilir", - məlumatda deyilir.

90
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1121)

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

13
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

13

Azad edilmiş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin yeni VİDEOgörüntüsü

24
Üçtərfəli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu noyabrın 25-də Ermənistan işğalçı qüvvələrindən azad olunub.

BAKI, 25 noyabr - Sputnik. Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb.

Sputnik Azərbaycan həmin görüntünü təqdim edir.

24