Partlayış, arxiv şəkli

"S-300"lər, "Elbrus"lar Əliyev ermənilərin məhv edilən texnikalarını açıqladı

230
(Yenilənib 14:46 21.10.2020)
241 tank məhv edilib, 39 tank götürülüb, toplam 280 tank. 50 ədəd piyada döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb, özüyeriyən artilleriya qurğusunun 17-si məhv edilib

BAKI, 20 oktyabr — Sputnik. Prezident İlham Əliyev xalqa müraciətində düşmənin məhv edilən və ələ keçirilən texnikalarının sayını açıqlayıb.

Sputnik Azərbaycan həmin siyahını təqdim edir:

"241 tank məhv edilib, 39 tank götürülüb, toplam 280 tank. 50 ədəd piyada döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb, özüyeriyən artilleriya qurğusunun 17-si məhv edilib, 58 minaatan məhv edilib, 12 minaatan götürülüb, 25 qumbaraatan hərbi qənimət kimi götürülüb, 53 tank əleyhinə vasitə məhv edilib, 70 "Qrad" qurğusu, 2 "Uraqan", 2 YARS (Yaylım Atəş Raket Sistemi), 1 ədəd "TOS", 4 ədəd "S-300" qurğusu məhv edilib. 3 ədəd "Tor" zenit-raket kompleksi, 40-a yaxın "Osa" zenit raket kompleksi, 5 ədəd "Kub" və "Kruq" zenit raket kompleksi, 6 PUA məhv edilib, 2 əməliyyat taktiki raket kompleksi "Elbrus", 1 ballistik raket, 1 "Toçka-U", 8 radioelektron mübarizə vasitələri, 198 yük avtomobili məhv edilib, onlardan 15-i sursatlarla dolu olub. 102 hərbi maşın qənimət kimi götürülüb".

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti xalqa müraciətində daha bir neçə yaşayış məntəqəmizin erməni işğalından azad olunması xəbərini verib.

“Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib”, - Ali Baş Komandan qeyd edib.

230
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1121)
Əlaqədar
İlham Əliyev: "Mənim əsas vəzifəm torpaqları qaytarmaqdır. Və biz bunu edirik"
Ali Baş Komandan: Zəngilan bizimdir!
İgidlərimizi tanıyın: onlar torpağımızı işğalçılardan təmizləyirlər - FOTO
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO
MN: Ermənistan ordusu Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutur
Xəritə, arxiv şəkli

Tsakurinin Hünərli, Quşçubabanın isə Baharlı adlandırılması təsdiqlənib

0
(Yenilənib 19:06 25.11.2020)
Prezident "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

BAKI, 25 noyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qanuna əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılıb.

Prezident İlham Əliyev həmçinin "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

Qanuna əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılıb.

0
Teqlər:
təsdiq, qanun, Xocavənd, Xocalı

Qarabağdakı hava limanları ICAO reyestrinə daxil ediləcək

2
Hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

 

BAKI, 25 noyabr — Sputnik. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha 6 hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib.

Sputnik Azərbaycan bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.

“Əlamətdar haldır ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə - Ağdam, Füzuli və Xankəndində yerləşən hava limanları da daxil olacaq. Bu, beynəlxalq aviasiya qurumlarının ölkəmizin ərazi bütövlüyünü tanımasının növbəti təzahürüdür”, – deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

Qeyd edilən hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aeronaviqasiya xidmətinə görə məsuliyyət Çikaqo konvensiyasının (ICAO-nin 7300 nömrəli sənədi) prinsiplərinə uyğun olaraq, AZANS Hava Hərəkəti İdarəsinə həvalə edilib. Bu məsuliyyət hədləri ICAO Şurası tərəfindən təsdiq edilib və Azərbaycanın suveren ərazilərinə müvafiqdir.

Qeyd etmək lazımdır ki, ICAO Azərbaycanın öz ərazisi üzərindəki hava məkanında mütləq suverenliyini dəfələrlə təsdiq və qeyd edib.

Məkanın işarələri 7910/178 nömrəli Sənədin müddəalarına müvafiq olması məqsədilə ICAO tərəfindən yoxlanılır. Rüblük sənədə dəyişikliklər yalnız müvafiq qaydada nəzərdən keçirildikdən sonra daxil edilir.

Qeyd etməliyik ki, işğal edilmiş ərazilər üzərində hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olub. Həmin ərazidəki mülki aviasiya infrastukturu ciddi şəkildə zərər çəkmiş və tam dağılmış vəziyyətə gətirilib.

Beynəlxalq uçuşların həyata keçirilməsi məqsədilə, uzun illər Ermənistan işğalı altında qalan ərazilər üzərində aeronaviqasiya təminatının bərpa edilməsi üzrə işlər yerinə yetiriləcəkdir. Bütün bunlar mülki aviasiyanın təkcə regional səviyyədə deyil, həm də qlobal miqyasda inkişaf etməsinə kömək edəcək.

2
Teqlər:
Xocalı hava limanı, hava limanı, AZAL