Baş Prokurorluq

Prokurorluq Tərtərdəki yanğınla bağlı məlumat yaydı

24
Baş Prokurorluq: Bu gün saat 16 radələrində Tərtər rayonunun Azadqaraqoyunlu kəndi ərazisinə top mərmisi düşməsi nəticəsində “Pambıq emalı zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətin Tərtər filialında yanğın baş verib.

BAKI, 19 oktyabr - Sputnik. Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalini, mülki infrastruktur obyektlərini ağır artileriya və raket atəşinə tutmaqda davam edir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 19.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və  ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 16 radələrində rayonun Azadqaraqoyunlu kəndi ərazisinə top mərmisi düşməsi nəticəsində “Pambıq emalı zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətin Tərtər filialında yanğın baş verib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən yanğın zamanı hər hansı şəxsin (şəxslərin) xəsarət alıb-almamasını müəyyən etmək məqsədilə mövcud  şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

24
Əlaqədar
Ermənistanın silahlı bölmələri Tərtərin yaşayış məntəqəsini atəşə tutmağa başlayıb
Atılan mərmilər daha bir Tərtər sakinini yaralayıb - video
Müdafiə Nazirliyi: Tərtər və Ağdamın yaşayış məntəqələri atəşə tutulur
Ermənistan Tərtər və Ağcabədidə dinc insanlara qarşı cinayətləri davam etdirir
Ermənistan Tərtərin axırına çıxmaq istəyir: İndi də pambıq zavodunu vurublar - VİDEO

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

5
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

5
 Rusiya sülhməramlıların Xankəndində hospitalı

Rusiya sülhməramlıları Xankəndində hospital açıb

16
(Yenilənib 14:45 30.11.2020)
Hospitalda reanimasiya şöbələri, funksional diaqnostika, laboratoriya diaqnostikası, əməliyyat bölməsi, stomatologiya və oftalmologiya kabinetləri var

BAKI, 30 noyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyi Xankəndidə səhra hospitalı yaradıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Pnevmokarkas modulların yerləşdirilməsi başa çatıb. İlk növbədə biz sülhməramlı kontingentin tibbi təminatını həyata keçirəcəyik. Biz dinc əhaliyə də yardım etməyə hazırıq. Öz fondumuz hesabına 40-a qədər insanı hospitalda yerləşdirə bilərik", - deyə tibbi bölmənin rəisi Yaroslav İvanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hospitalda reanimasiya şöbələri, funksional diaqnostika, laboratoriya diaqnostikası, əməliyyat bölməsi, stomatologiya və oftalmologiya kabinetləri var: "Hospitalda süni nəfəs aparatı, UZİ və rentgen cihazları da var".

16
Teqlər:
laboratoriya, Rusiya, sülhməramlılar, Xankəndi