Türkiyəyə məxsus hərbi təyyarə, arxiv şəkli

"Qara bazar"da satılan silahlar mülki təyyarələrdə Ermənistana daşınır

67
(Yenilənib 17:39 19.10.2020)
Hikmət Hacıyev: "Biz həmin ölkələrə müraciət etmək istəyərdik ki, mülki uçuşlar və mülki təyyarələr vasitəsi ilə "qara bazar"da satılan silahların, raket sistemlərinin, xüsusən də “Smerç” raketlərinin Ermənistana çatdırılmasının qarşısını alsınlar".

BAKI, 19 oktyabr - Sputnik. "Mən bir daha Azərbaycan Prezidenti İlham Əliyevin sözünü təkrarlamaq istəyirəm: Azərbaycan Ordusu üçün Ermənistanın ərazisində heç bir hədəf yoxdur".

Bunu bu gün ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Sputnik Azərbaycan xəbər verir ki, H.Hacıyev Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycanın suveren sərhədləri çərçivəsində addımlar atdığını və dinc əhaliyə qarşı heç bir əməliyyat keçirmədiyini bildirib:

"Azərbaycan münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Lakin bu danışıqlar bir nəticəyə gətirməlidir. Biz beynəlxalq ictimaiyyətə müraciət edirik ki, bizim səylərimizi dəstəkləsin. Ermənistan tərəfinin könüllü adı altında əraziyə gətirdiyi muzdlu döyüşçülərlə bağlı məsələyə də diqqət çəkmək istəyərdik. Bu, region üçün böyük bir təhdiddir. Hazırda onlardan Azərbaycana qarşı istifadə olunur. Biz, həmçinin, Ermənistana silah və sursat çatdırılması məsələsini də vurğulamaq istəyərdik. Bu silah-sursat bəzən mülki təyyarələrlə daşınır. Bizdə bu barədə ətraflı məlumatlar var.

Bu mülki təyyarələri idarə edən şirkətlər Avropa ərazisində yerləşir, bununla da, bütün konvensiyaları, beynəlxalq hüququ pozmuş olurlar. Biz həmin ölkələrə müraciət etmək istəyərdik ki, mülki uçuşlar və mülki təyyarələr vasitəsi ilə "qara bazar"da satılan silahların, raket sistemlərinin, xüsusən də “Smerç” raketlərinin Ermənistana çatdırılmasının qarşısını alsınlar. Çünki bu raketlər Azərbaycanın dinc əhalisinə qarşı istifadə olunur. Beynəlxalq ictimaiyyət anlamalıdır ki, Ermənistana çatan hər hansı silah Azərbaycanın dinc əhalisinə qarşı istifadə olunacaq". 

67
Baş Prokurorluq

Baş Prokurorluq əhaliyə müraciət etdi - səbirli olun

4
(Yenilənib 16:15 30.11.2020)
Prokurorluq işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir

BAKI, 30 noyabr — Sputnik. Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.

4
Teqlər:
Qarabag, Baş Prokurorluq, əhali, çağırış, təhlükə, mina, işğaldan azad edilmiş ərazilər

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

142
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

142