Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, arxiv şəkli

Minsk qrupunun üzvü olan dövlətlər Ermənistana silah bağışlayırlar -TBMM-in spikeri

35
(Yenilənib 10:28 19.10.2020)
Mustafa Şəntop: "Bu silahları Ermənistan almır, bu silahlar onlara bağışlanır. Siz Ermənistana silah verirsinizsə, bu münaqişəni necə həll edə bilərsiniz?"

BAKI, 19 oktyabr - Sputnik. Bu gün artıq dünya dəyişir, müharibə cinayətlərini törədənlər cəzalandırılır. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib. 

Xocalı soyqırımı olanda dünyada bir sistemsizliyin hökm sürdüyünü qeyd edən Şəntop, "artıq Xocalı soyqırımının olduğu dünyada yaşamırıq, başqa dünyada yaşayırıq", deyib.

TBMM sədri qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin Ermənistana silah yardımı etdiyi məlumdur:

"Bu silahları Ermənistan almır, bu silahlar onlara bağışlanır. Siz Ermənistana silah verirsinizsə, bu münaqişəni necə həll edə bilərsiniz? Yəni 30 il ərzində münaqişəni həll etmək nəticə vermədi deyil, belə niyyətləri olmayıb. ABŞ Dövlət katibi deyir, ümid edir ki, Ermənistan torpaqlarını müdafiə edər. O, yəqin ki, tarixi və coğrafiyanı bilmir".

Şəntop vurğulayıb ki, Azərbaycan 30 il ATƏT-in Minsk Qrupu həmsədrlərinin apardığı müzakirələr nəticəsiz qaldığı üçün hərəkətə keçdi.

O, bildirib ki, təkcə dost olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadırlar. Dağlıq Qarabağ hər zaman Azərbaycanın olub:

"Azərbaycan tarix və beynəlxalq hüquq baxımından haqlıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurası və ATƏT-in qərarlarında Ermənistanın işğalçı olduğu əksini tapıb”.

TBMM sədri Ermənistanın Gəncəyə hücumunun müharibə cinayəti olduğunu da qeyd edib:

"Bu gün olmasa, sabah, digər gün müharibə cinayətləri törədənlərin mühakimə olunduğu dünyada yaşayırıq. Bosniya və Herseqovinada müharibə cinayətlərini törədənlər mühakimə olunacaqlarını gözləmirdilər. Ermənistan tək Azərbaycan üçün deyil, bölgə və dünyada sülh üçün bir təhdiddir. Bütün bunlara görə Türkiyə Azərbaycanın yanındayıq".

Şentop sülh yolu, yaxud Azərbaycan Ordusu tərəfindən torpaqların işğaldan azad ediləcəyinə inandığını bildirib. 

35
Əlaqədar
TBMM-in spikeri: Ermənistanın qarşısındakı 90-cı illərin Azərbaycanı deyil
TBMM sədri: "Ermənistan regionda sülh baxımından islaholunmaz terror dövlətidir"

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

13
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

13

Azad edilmiş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin yeni VİDEOgörüntüsü

24
Üçtərfəli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu noyabrın 25-də Ermənistan işğalçı qüvvələrindən azad olunub.

BAKI, 25 noyabr - Sputnik. Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb.

Sputnik Azərbaycan həmin görüntünü təqdim edir.

24