Erməni hərbçiləri, arxiv şəkli

MN: Ermənistan silahlı qüvvələrinin taboru döyüşlərdə iştirak etməkdən imtina edib

126
(Yenilənib 10:16 19.10.2020)
"Döyüşlərdə darmadağın edilən hərbi hissəyə əlavə qüvvə və texnika verilmir. Şəxsi heyət ilə komplektləşdirilə bilməyən və sursat baxımından çətinlik çəkən tabor müdafiə zolağını tam bağlaya bilmir".

BAKI, 18 oktyabr - Sputnik. Ağır döyüşlərdə xeyli canlı qüvvə və döyüş texnikası itirən Ermənistan silahlı qüvvələrinin 527-ci motoatıcı alayının atıcı taboru praktiki olaraq iflic vəziyyətindədir.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Ermənistan silahlı qüvvələrinin 1-ci korpusunun hərbi hissələrinə əlavə qüvvə olaraq kömək məqsədilə göndərilən taborun ölən və yaralıları əsasən zabit və gizir heyətidir: "Döyüşlərdə darmadağın edilən hərbi hissəyə əlavə qüvvə və texnika verilmir. Şəxsi heyət ilə komplektləşdirilə bilməyən və sursat baxımından çətinlik çəkən tabor müdafiə zolağını tam bağlaya bilmir. Bu səbəbdən də taborun şəxsi heyəti döyüşlərdə iştirak etməkdən imtina edib".

126
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (707)
Azərbaycan HHQ-nin helikopteri, arxiv şəkli

Müdafiə Nazirliyi: Havadan qurudan darmadağın davam etdirilir

28
(Yenilənib 20:42 25.10.2020)
Eyvazov deyib ki, düşmənin artıq döyüş sursatı tükənir və bölmələrimiz döyüş şəraitinə nəzarət edir.

BAKI, 25 oktyabr — Sputnik. "Ötən sutka ərzində qoşunlarımız işğaldan azad edilmiş əraziləri bir qədər də genişləndirib".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

Eyvazov deyib ki, düşmənin artıq döyüş sursatı tükənir: "Hazırda bölmələrimiz döyüş şəraitinə nəzarət edir. Hərbi hava qüvvələrimiz düşmənin hərbi infrastrukturunu hədəfə alır. Düşmən havadan və qurudan darmadağın edilir".

28
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (707)
Ermənilərin döyüş meydanında qoyub qaçdığı texnikalar

Ermənistan ordusu itki verərək geri çəkilməyə məcbur edilib - VİDEO

98
(Yenilənib 19:37 25.10.2020)
Qubadlı istiqamətində işğalçıların silah-sursatla dolu dörd avtomobili və bir zirehli texnikası ələ keçirilib.

BAKI, 25 oktyabr — Sputnik. Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.

Ələ keçirilən avtomobil və zirehli texnikanın görüntülərini təqdim edirik:

98
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (707)

Ali Baş Komandanın rəhbərliyi ilə operativ müşavirə keçirilib

0
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

BAKI, 25 oktyabr - Sputnik. Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, İlham Əliyev operativ müşavirədə çıxış edib.

0