Xudafərin körpüləri

İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı

596
(Yenilənib 17:44 18.10.2020)
Bu gün Azərbaycan Ordusu daha bir uğura imza atıb. Belə ki, ölkəmizin bayrağı qədim Xudafərin körpüsünün üzərində qaldırılıb.

BAKI, 18 oktyabr — Sputnik. Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Twitter" səhifəsində paylaşım edib.

​Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

596
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)

Dövlətyarlı kəndinin xarabalıqlarına qar yağır - kədərli VİDEO

10
(Yenilənib 20:14 25.01.2021)
Videogörüntülər çəkilərkən Dövlətyarlı kəndinin xarabalıqlarına aram-aram qar yağır, erməni vandallarının törətdiyi əməlləri sanki ört-basdır etməyə çalışır.

BAKI, 25 yanvar - Sputnik. Azərbaycanın Müdafiə Nazirliyi işğaldan azad edilmiş yaşayış məntəqələrindən hazırladığı videogörüntüləri yaymaqda davam edir. Bu dəfə Nazirliyin əməkdaşları Füzuli rayonunun Dövlətyarlı kəndindən videogörüntülər hazırlayıblar.

Videogörüntülər çəkilərkən Dövlətyarlı kəndinin xarabalıqlarına aram-aram qar yağır, erməni vandallarının törətdiyi əməlləri sanki ört-basdır etməyə çalışır. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

10

Şuşa niyə erməni şəhəri ola bilmədi - Paşinyanı töhmət altında qoyan həqiqətlər

50
(Yenilənib 18:11 25.01.2021)
Ermənistan hökumət rəhbərinin illərdir Azərbaycanın dediklərini təsdiq edən fikirlər səsləndirməsi ona müxalif olan şovinist tarixçiləri və siyasi rəqiblərini hiddətləndirməyə bilməzdi

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Yanvarın 21-də Ermənistan hökumətinin parlamentdə keçirilən iclasında baş nazir Nikol Paşinyanın Şuşa haqqında fikirləri Ermənistan ictimaiyyətində böyük narazılıqlara səbəb olub. Belə ki, Paşinyan “Firavan Ermənistan” fraksiyasının üzvü Naira Zöhrabyanın sualına cavab olaraq bildirib ki, münaqişədən əvvəl Şuşa sakinlərinin 90 faizindən çoxu azərbaycanlılar olub. Baş nazir parlament üzvlərinə ritorik sualla müraciət edərək bildirib ki, “əhalisinin əksəriyyəti azərbaycanlı olan Şuşa şəhəri həmin statusla erməni şəhəri ola bilərmi?!” Paşinyanın sözlərinə reaksiya verən erməni tarixçiləri və politoloqları bu fikirləri Şuşa məğlubiyyətini unutdurmaq cəhdi kimi qəbul edirlər. Azərbaycan ordusunun Şuşanı azad etməsindən bir müddət sonra Paşinyan Şuşanı bədbəxt və boz şəhər adlandırmışdı.

© Official website of President of Azerbaijan Republic

Şuşa azərbaycanlılar üçün tarixi yüksəlişin istinadgahlarından biridir. O, mədəniyyətimizin beşiyi olmaqla yanaşı, tariximizi yaradanlara yurd olub. Erməni baş nazirin Şuşaya biganə münasibəti də şəhərə olan yadlığından qaynaqlanırdı.

Paşinyandan fərqli olaraq Azərbaycan dövlətinin Şuşaya münasibəti tamam fərqlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib. Prezident bildirib ki, Şuşa şəhəri nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər.

Azərbaycan Şuşada və ümumilikdə azad edilmiş bütün torpaqlarda quruculuq işləri ilə bağlı planları həyata keçirdiyi bir zamanda Ermənistan cəmiyyəti ikinci Qarabağ müharibəsindəki ağır məğlubiyyət üçün günah keçisi axtarışındadır. Belə həssas məqamda Ermənistan hökumət rəhbərinin illərdir Azərbaycanın dediklərini təsdiq edən fikirlər səsləndirməsi ona müxalif olan şovinist tarixçiləri və siyasi rəqiblərini hiddətləndirməyə bilməzdi. Maraqlısı budur ki, Şuşa ilə bağlı erməni tarixçilərin müraciət etdikləri bütün mənbələr bu şəhərin tarixinin azərbaycanlılarla bağlı olduğunu ortaya qoyur. Azərbaycan torpaqlarının işğal altında olduğu otuz ilə yaxın müddət ərzində ermənilər bu ərazilərdəki qədim Albaniya dövlətinə məxsus tarixi memarlıq abidələrini Qarabağa olan iddialarının isbatı üçün hədəf seçiblər. Qarabağın işğalda qaldığı illər ərzində tarixi memarlıq abidələrinin əksəriyyəti ermənilər tərəfindən ya dağıdılıb, ya da restavrasiya adı ilə üzərindəki alban dilində yazılmış sözlər dəyişdirilərək qədim erməni irsi kimi təqdim edilib.

Şuşada onların izi-tozu qalmayıb, bundan sonra heç vaxt da olmayacaq - İlham Əliyev>>

Erməni tarixçilərinin Şuşada, ümumən Qarabağda yerləşən bütün türk, islam, alban mədəni irsini qədim erməni tarixinin bir parçası hesab etməsinə Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov da münasibət bildirib. Tarixçi deyib ki, Şuşanı qalaya, şəhərə çevirən Azərbaycan xalqının əcdadlarıdır:

“Tarixin bütün dövrlərində bu şəhərdə əhalinin əksəriyyətini Azərbaycan türkləri təşkil edib. Bu məsələyə tarixi nöqtədən yanaşdıqda görürük ki, Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə qatılarkən bağlanan Kürəkçay müqaviləsində ermənilərlə bağlı hər hansı müddəa yoxdur. Ermənilər isə Sovet hakimiyyəti qurulduqdan sonra Şuşanın ətrafında məskunlaşmağa başlayıblar. Onların Şuşadakı xristian abidələrinə olan iddiaları tamam əsassızdır. Ermənilər Şuşada yerləşən qədim alban irsinə aid kilsəni və iki rus pravoslav kilsəsini sonradan dəyişərək erməni kilsəsinə çevirmişdilər. Ancaq fakt faktlığında qalır ki, bu şəhərin ermənilərlə tarixi bağlılığı yoxdur”.

Bu gün azad edilmiş Şuşada Azərbaycan bayrağı dalğalanır. Bu həmin “bədbəxt” Şuşadır ki, Paşinyan bir vaxtlar orada yallı gedib, milyonlarla azərbaycanlının sülhə olan ümidlərini dəfn etmişdi. İndi isə hər şey tamam fərqlidir. Azərbaycan Prezidentinin Şuşanın azad edilməsi xəbərini xalqa elan edərkən dediyi “əziz Şuşa, biz səni dirçəldəcəyik” fikirləri reallaşdırılır, Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Eyni zamanda Mədəniyyət Nazirliyi Prezident İlham Əliyevin Şuşada bu il “Xarı-bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi tapşırığı ilə bağlı işlərə başlayıb. Bütün görülən işlərə hərəkətverici qüvvə isə azərbaycanlıların Şuşaya duyduqları maddi və mənəvi varislik hissidir.

50
Teqlər:
mədəniyyət, tarix, Azərbaycan, Qarabağ, Şuşa

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

0
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

0