QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarşı tərəfə məxsus daha bir PUA məhv edilib

© AR Ministry of DefenceErmənistan ordusunun PUA-sı
Ermənistan ordusunun PUA-sı - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini pozmaqda və ciddi itkilər verməkdə davam edirlər.

BAKI, 18 oktyabr - Sputnik. Oktyabrın 18-i saat 13:00-da Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Xatırladaq ki, oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Xəbər lenti
0