Hikmət Hacıyev: "Ermənistan tərəfinə necə etibar edə bilərik?"

79
Hikmət Hacıyev: "Ermənistan humanitar atəşkəsi açıq şəkildə pozaraq döyüş təyyarələrindən Azərbaycan silahlı qüvvələrinin mövqelərini bombalamaq üçün istifadə etdi"

BAKI, 18 oktyabr - Sputnik. “Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi açıq şəkildə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bombalamaq üçün qırıcılardan istifadə edib”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev twitterdə yazıb.

“Ermənistan tərəfinə necə etibar edə bilərik?”, - o əlavə edib.

79
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (690)
Erməni hərbçisinin çəkməsi, arxiv şəkli

Hikmət Hacıyev: Ermənistanda uşaqlardan əsgər kimi istifadə humanitar qanunlara ziddir

17
Prezidentin köməkçisi Ermənistanda uşaqlardan əsgər kimi istifadənin beynəlxalq humanitar qanunlara zidd olduğunu bildirib.

BAKI, 24 oktyabr — Sputnik. “Video Ermənistanda uşaq əsgərlərin olduğunu əks etdirir. Bu araşdırılmalıdır. 15 yaşınadək uşaqların əsgər kimi götürülməsi və istifadəsi beynəlxalq humanitar hüquq - müqavilə və qaydaya görə qadağandır və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müharibə cinayəti kimi təyin olunur. UNICEF, ICRC”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev tvitter hesabında paylaşıb.

17
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (690)

Ermənistan ordusunun döyüş texnikaları məhv edilib VİDEO

119
(Yenilənib 23:01 24.10.2020)
Rəşadətli Azərbaycan Ordusu tərəfindən işğalçıların döyüş texnikalarının məhv edilməsi davam etdirilir.

Ermənistan silahlı qüvvələrinin döyüş texnikaları məhv edilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən bildirilib.

Həmin görüntüləri təqdim edirik.

119
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (690)
Ginnesin Rekordlar kitabının sertifikatı, arxiv şəkli

Çinli iki metr yarıma yaxın boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək istəyir - VİDEO

0
14 yaşlı Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

BAKI, 24 oktyabr — Sputnik. Çində yaşayan 14 yaşlı Keyu Ren 2 metr 21 santimetr boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək üçün müraciət edib.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. 14 yaşlı Reni yaşıdlarından fərqləndirən ən vacib xüsusiyyət 2 metr 21 santimetr uzunluğunda olmasıdır. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

Ren 13-18 yaş kateqoriyasında 2 metr 21 santimetr hündürlüyündə Rekordlar Kitabına namizəd kimi göstərilib. Ren müsbət cavab alacağını gözləyir.

Qeyd edək ki, indiyədək dünyada ən uzun yeniyetmə kimi 2015-ci ildə 2 metr 15 santimetr boyu ilə ABŞ-dan olan Kevin Bradford Rekordlar Kitabına düşüb.

0