Ağdamın atəşə tutulması nəticəsində bir nəfər yaralanıb

37
(Yenilənib 09:35 18.10.2020)
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

BAKI, 18 oktyabr - Sputnik. Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 17.10.2020-ci il tarixdə saat 21 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması səbəbindən Mahrızlı kənd sakini, 1981-ci il təvəllüdlü Həsənov Ramil Kamal oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaşayış evinə isə külli miqdarda ziyan dəyib. 

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

37
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)

Azad edilmiş Göyərçinveysəlli kəndindən VİDEO

2
(Yenilənib 11:00 27.01.2021)
Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 19-da Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndi işğalçılardan azad edib.

BAKI, 27 yanvar - Sputnik. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndinin videogörüntülərini yayıb.

Göyərçinveysəlli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 19-da kəndi işğalçılardan azad edib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

2
Teqlər:
Azərbaycan ordusu, Ermənistan, Cəbrayıl
Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar

Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır - VİDEO

201
(Yenilənib 10:46 27.01.2021)
Hazırlıq çərçivəsində hərbçilər Birgə Mərkəzin strukturunu, vəzifələrini, məqsəd və funksiyalarını, mərkəzin işinin təşkilini, həmçinin ərazilərində tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər.

BAKI, 27 yanvar — Sputnik. Dağlıq Qarabağda bütün hərbi əməliyyatlara və atəşkəsı nəzarət üzrə Rusiya – Türkiyə Birgə Monitorinq Mərkəzinin tərkibində fəaliyyət göstərəcək Rusiya sülhməramlıları atəşkəs rejiminə nəzarəti birgə şəkildə yerinə yetirmək üçün təlim keçir və Azərbaycan Respublikası ərazisinə getməyə hazırlaşırlar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Hazırlıq çərçivəsində hərbçilər Birgə Mərkəzin strukturunu, vəzifələrini, məqsəd və funksiyalarını, mərkəzin işinin təşkilini, həmçinin ərazilərində tapşırıqları yerinə yetirməli olduqları ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər", - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, Rusiya və Türkiyənin bərabər əsasda təmsil olunduğu Birgə Monitorinq Mərkəzinin heyəti vəziyyətin monitorinqi, həmçinin atəşkəsə PUA vasitəsilə nəzarəti yerinə yetirəcək.

Xatırladaq ki, Rusiya – Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdam şəhərində yerləşəcək.

  • Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar
    © Photo: Russia Defense Ministry
  • Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar
    © Photo: Russia Defense Ministry
  • Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar
    © Photo: Russia Defense Ministry
1 / 3
© Photo: Russia Defense Ministry
Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

201
Azay Quliyev şuranın yeni elektron xidmətlərinin tətbiqi ilə bağlı ictimai dinləmə keçirib

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

0
(Yenilənib 11:05 27.01.2021)
Qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

BAKI, 27 yanvar — Sputnik. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.

"Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

1. Maliyyə vəziyyəti haqqında hesabat

2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat

3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər

Eyni zamanda, maliyyə fəaliyyəti olmayan QHT-lər üçün müvafiq qərarla "Maliyyə fəaliyyəti olmaması barədə arayış" forması təsdiq edilib.

Göstərilənləri nəzərə alaraq, WWW.QHT-HESABAT.MALİYYE.GOV.AZ sayt vasitəsilə "Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı"nda qeydiyyatdan keçməyiniz və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatlarınızı və ya maliyyə fəaliyyətinizin olmamasına dair təsdiq edilmiş arayış formasına uyğun olaraq hesabatı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etməyiniz tələb olunur.

Əlavə məlumat üçün telefon nömrələri: Tel: 404 46 99, daxili nömrələr – 129 Sevinc Məmmədova, 292 Ülkər İsmayılova, 469 Günay Mamedova.

0
Teqlər:
QHT-lərə Dövlət Dəstəyi Şurası, QHT, Maliyyə Nazirliyi