Hərbçilərimiz mühasirəyə düşməyiblər, növbəti yalandır - Azərbaycan MN

702
(Yenilənib 02:37 18.10.2020)
"Həqiqətdə real vəziyyət tam fərqlidir. Bütün cəbhə boyu əməliyyat üstünlüyü Azərbaycan Ordusunun tərəfindədir"

BAKI, 18 oktyabr - Sputnik. Azərbaycan hərbçilərinin guya mühasirəyə düşməsi barədə Ermənistan tərəfinin yaydığı xəbər yalan və dezinformasiyadır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

"Həqiqətdə real vəziyyət tam fərqlidir. Bütün cəbhə boyu əməliyyat üstünlüyü Azərbaycan Ordusunun tərəfindədir".

Qeyd edək ki, bir az öncə erməni separatçılarının nümayəndəsi Vaqram Poğosyan brifinq keçirərək, əgər Azərbaycan "humanitar atəşkəsə sadiq qalarsa, mühasirəyə düşmüş Azərbaycan əsgərləri üçün dəhliz yaratmağa hazır olduqlarını" deyib.

Azərbaycan Müdafiə Nazirliyi isə bunun növbəti dezinformasiya olduğunu bəyan edib.

702
Teqlər:
təkzib, Azərbaycan Müdafiə Nazirliyi, Azərbaycan Ordusu, mühasirə, yalan, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (808)
Əlaqədar
Azərbaycanın “Stalinqrad”ı mətinliklə müdafiə olunur – Tərtərdən VİDEO
Türkiyə Müdafiə Nazirliyi: "Biz susmayacağıq"
Ermənistan ordusunun “S-125” zenit raket kompleksi sıradan çıxarıldı
Ağdərə-Ağdam istiqamətindən əsgərlərimizi atəşə tutan qurğu məhv edildi
MN: Ermənistan ordusunun "Tor-M2KM" zenit-raket kompleksləri məhv edilib

Diplomatik korpusların nümayəndələri Bərdə Tərtərə gedir

1
(Yenilənib 09:47 29.10.2020)
Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 29 oktyabr - Sputnik. “Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq media və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Bizim diplomatik korpusumuza canı yanma üçün təşəkkür edirik!”

Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

1
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Füzuli, Xocavənd Qubadlıda Ermənistan ordusunun hücum cəhdlərinin qarşısı alınıb

62
(Yenilənib 08:04 29.10.2020)
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

BAKI, 29 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

62
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (808)