Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

Hacıyev xarici KİV-i Ermənistanın Gəncə Ordubad təxribatları barədə məlumatlandırdı

31
Ermənistanın Naxçıvanın Ordubad rayonuna da raketlə hücum etdiyini söyləyən H.Hacıyev bununla rəsmi İrəvan tərəfindən müharibənin coğrafiyasının genişləndirilməsi istiqamətdində davamlı cəhdlərin olduğunu xüsusilə vurğulayıb

BAKI, 17 oktyabr — Sputnik. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə və Rusiyada akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (BBC, Nikkei, DPA, Deutsche Welle, Al Arabia, RAI, EFE, Reuters, Financial Times, ANSA, Al Jazeera, NBC, New York Times, NRK və s.) videoformatda mətbuat brifinqi verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Hikmət Hacıyev humanitar atəşkəsə əməl etməyən Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd olan son təxribatları barədə geniş məlumat verib və 2020-ci ilin oktyabrın 17-də Gəncə şəhərinin SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketlər ilə hədəfə alındığını diqqətə çatdırıb.

Prezident köməkçisi mülki şəxslərin və infrastrukturun Ermənistan tərəfindən davamlı olaraq bilərəkdən hədəfə alındığını söyləyib, Gəncədəki son təxribatlar nəticəsində 2-si uşaq olmaqla 13 nəfərin həlak olduğunu, 50-dən çox insanın yaralandığını və 2 uşağın itkin düşdüyünü təəssüflə bildirib.

Ermənistanın Naxçıvanın Ordubad rayonuna da raketlə hücum etdiyini söyləyən H.Hacıyev bununla rəsmi İrəvan tərəfindən müharibənin coğrafiyasının genişləndirilməsi istiqamətdində davamlı cəhdlərin olduğunu xüsusilə vurğulayıb.

Habelə, H.Hacıyev Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquqa ciddi əməl etdiyini və mülki şəxsləri müdafiə etmək üçün legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək hüququnu özündə saxladığını söyləyib.

Daha sonra, H.Hacıyev jurnalistlərin suallarını cavablandırıb.

31
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (749)
Tərtər rayonunda erməni qüvvələrinin açdıqları atəşin nəticəsi

Nazirlik: Tərtər şəhəri rayonun kəndləri atəşə tutulur

5
Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

BAKI, 27 oktyabr — Sputnik. Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini artilleriya atəşinə tutur.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

5
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (749)
Mən Gəncəyəm filmin hazırlanması

"Mən Gəncəyəm" - Gəncədə baş verən terror haqqında sənədli film çəkildi

11
(Yenilənib 12:47 27.10.2020)
Filmdə ilk dəfə Gəncəyə gedən aktyorun qeydləri və orada yaşanan hadisələr olduğu kimi, real hadisələr əsnasında öz əksini tapıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Gəncə hadisələrini özündə əks etdirən "Mən Gəncəyəm" adlı sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, filmdə ilk dəfə Gəncəyə gedən aktyorun qeydləri və orada yaşanan hadisələr olduğu kimi, real hadisələr əsnasında öz əksini tapıb. Daha böyük auditoriyaya çatdırmaq üçün filmdə ingilis dilində titr da yerləşdirilib.

© Sputnik / Stringer
"Mən Gəncəyəm" filmin hazırlanması

"Mən Gəncəyəm" filminin rejissoru Ramil Ağasıyev açıqlamasında bildirdi ki, oktyabrın 17-də növbəti dəfə Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni raket atəşinə tutaraq dinc sakinləri hədəf aldı: "Bu hadisə media vasitəsi ilə dünyaya çatdırılsa da biz bunu film şəklində yerli və xarici dildə təqdim etmək istədik. Bildiyiniz kimi, düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – "Skad" raketlərindən atəşə tutması nəticəsində 14 nəfər həlak olub, 48 nəfər yaralanıb. 10 dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Bu terrordur. Dinc sakinlərin hədəf alınması düşmənin sağlam təfəkkürünün olmamasından xəbər verir. Biz bu yaşanan hadisələri sənədli film şəklində təqdim etmək qərarına gəldik. Filmdə aktyor Ziya Ağa ilk dəfə Gəncəyə gedir və bu hadisələri öz gündliyində qeyd edir. Əslində, bu, bir insanlıq faciəsidir".

Rejissor açıqlamasında ordumuzun bu günlərdə bir tarix yazdığını və hər bir vətəndaşın öz cəbhəsində döyüşdüyünü əlavə etdi.

Qeyd edək ki, filmin quruluşçu operatoru Fahir Səmədoğlu, icraçı prodüseri Zamiq Əlövsətoğludur. Montajı isə Rasim Ramazanova məxsusdur. Filmdə yaşanan hadisələr aktyor Ziya Ağanın qeydləri ilə təsvir edilir.

11
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (749)