QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Füzuli şəhərinin ən son əldə olunmuş peyk təsviri

© Photo : AZƏRTACFüzuli rayonu
Füzuli rayonu - Sputnik Azərbaycan
Abunə olmaq
Özünəməxsus təbiəti olan Füzuli ərazisində Ermənistanın işğalı nəticəsində uzunömürlü Şərq çinarları, o cümlədən Ərgünəş meşəsinin böyük hissəsi məhv edilib

BAKI, 17 oktyabr — Sputnik. Hər birimizin qürur mənbəyi olan Silahlı Qüvvələrimiz bu gün də cəbhədən şad xəbərlər göndərib. Bu gün Füzuli şəhərinin erməni işğalından azad olunması bizi çox da uzaqda olmayan qələbəmizə daha da yaxınlaşdırır. Sputnik Azərbaycan "Azersky" peyki vasitəsilə Füzuli şəhərinin ən son əldə olunmuş peyk təsvirini təqdim edir.

Mədəniyyət və memarlıq abidələri ilə zəngin olan Füzuli şəhəri tam 27 ildir ki, erməni vandalizminin qurbanına çevrilib. Özünəməxsus təbiəti olan Füzuli ərazisində Ermənistanın işğalı nəticəsində uzunömürlü Şərq çinarları, o cümlədən Ərgünəş meşəsinin böyük hissəsi məhv edilib. Bu gün artıq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumuzun şücaəti sayəsində Vətənimizin ərazi bütövlüyünün tam bərpa olunmasına sayılı günlərin qaldığına əminik! Zəfər bizimdir! Qarabağ Azərbaycandır!

Xəbər lenti
0