MN: Ermənistana məxsus taktiki PUA Tovuz üzərində məhv edildi

75
(Yenilənib 14:51 17.10.2020)
Düşmənin növbəti PUA-sı Hava Hücumundan müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib

BAKI, 17 oktyabr — Sputnik. Oktyabrın 17-si gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Düşmənin növbəti PUA-sı Hava Hücumundan müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib", - məlumatda bildirilib

75
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (776)
Əlaqədar
Ordumuz erməni silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsini məhv edib - VİDEO
Ermənistan ordusunun Su-25 təyyarəsi məhv edilib
Prezidentin xalqa müraciəti: "Ermənistana qaçaq yollarla silahlar, texnika göndərilir"
Ermənistana məxsus S-300 zenit-raket kompleksi belə məhv edildi - VİDEO
MN: Ermənistanın xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib - VİDEO
Sami Yusuf, arxiv çəkli

Azərbaycan əsilli müğənnidən növbəti dəstək

4
(Yenilənib 22:40 27.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna növbəti dəfə dəstəyini ifadə edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib.

Qeyd edək ki, Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar dəfələrlə Azərbaycan Ordusuna dəstəyini ifadə edib: "Davamlı uğurlarınız, firavanlığınız və torpağınızın və suverenliyinizin qorunması üçün dua edirəm".

4
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (776)
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Biz Qarabağda oyanmaq istəyirik - VİDEO
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"
Eldar Qasımov, arxiv şəkli

Biz Qarabağda oyanmaq istəyirik - VİDEO

15
(Yenilənib 22:02 27.10.2020)
"Mən Qarabağda oyanmaq istəyirəm" adlı mahnının bəstəkarı Vaqif Yaqubov, söz müəllifi Leyla Nəsibli, aranjmançısı isə Osman Həmidovdur

BAKI, 27 oktyabr — Sputnik. Eldar Qasımov Şuşaya həsr olunmuş mahnısını təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycana Avroviziya qalibiyyəti bəxş edən müğənni Eldar Qasımov Şuşaya həsr olunmuş yeni mahnısını təqdim edib. Rus dilində olan mahnı "Mən Qarabağda oyanmaq istəyirəm" adlanır və vətənpərvərlik mövzusundadır.

Mahnının bəstəkarı Vaqif Yaqubov, söz müəllifi Leyla Nəsibli, aranjmançısı isə Osman Həmidovdur. Mahnı qısa zamanda sosial şəbəkələrdə paylaşılıb.

 

15
Teqlər:
mahnı, Eldar Qasımov, Şuşa şəhəri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (776)
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Daha bir rəzalət - Sərdar Ortacı şəhid Azərbaycan əsgəri kimi təqdim etdilər
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"