Azərbaycan və Türkiyə bayraqları olan tablo, arxiv şəkli

Türk dünyası yazarları Azərbaycan üçün birləşdilər

44
(Yenilənib 17:17 17.10.2020)
Türk dünyası yazarları Ermənistanın Azərbaycana qarşı apardığı terror siyasətinin dayandırılmasına dair bəyanat yayıblar

BAKI, 17 oktyabr — Sputnik. Türk dünyası yazarları Ermənistanın Azərbaycana qarşı apardığı terror siyasətinin dayandırılmasına dair bəyanat yayıblar.

Sputnik Azərbaycan xəbər verir ki, bəyanatda deyilir:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

"Bu ilin iyul ayının 13-dən başlayaraq, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozmaqla, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və sərhəd kəndlərini artilleriya qurğuları və minaatanlardan atəşə tutub, bu təxribat nəticəsində Azərbaycan Ordusu şəhidlər verib, yerli sakinlər həlak olub, evləri dağıntıya məruz qalıb. Bundan başqa, otuz ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunu işğal altında saxlayan Ermənistan Azərbaycanın mövqelərinə atəş açmaqla kifayətlənməyib, müxtəlif vaxtlarda diversiya fəaliyyətləri və atəşkəs rejimini kobud şəkildə pozmaqla mülki əhalini hədəf olaraq seçib.

Bütün bunlarla yanaşı, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistanın Azərbaycana qarşı terror siyasətinin nəticəsi olaraq, uşaqlar, qocalar da daxil olmaqla 205 nəfər mülki şəxs yaralanıb, 41 nəfər isə həyatını itirib. Oktyabrın 4-dən başlayaraq Azərbaycanın ikinci böyük şəhəri, dünya ədəbiyyat-mədəniyyət tarixində öz xüsusi yeri olan qədim Gəncə şəhərinə raket hücumları təşkil olunub, 11 mülki şəxs həyatını itirib, 70 nəfərdən çox insan isə yaralanıb. Şəhərdə tarixi əhəmiyyət daşıyan bir çox tikililərə zərər dəyib. İşğalçı ölkənin atəşkəs rejimini pozması və Azərbaycanın dinc əhalisinə, mülki obyektlərinə artilleriya zərbələri endirməsi bu ölkənin işğalçı mahiyyətini və beynəlxalq hüquqa məhəl qoymamasını bir daha göstərmiş olur. İndiyə qədər Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməkdən imtina etməklə beynəlxalq hüquqa açıq şəkildə hörmətsizlik etdiyini isbatlayıb.

Türk Dünyası yazarları olaraq işğalçı Ermənistanın təcavüzkarlıq siyasətini qətiyyətlə pisləyir, dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, Avropa Parlamenti, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Birləşmiş Millətlər Təşkilatına səslənərək Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini və Ermənistanın Azərbaycan xalqına qarşı apardığı terror siyasətini bir an öncə dayandırmasının vacibliyini ifadə edirik".

1. Dərya Akdəmir - yazar, "ANKA" başqanı, Türkiyə Cümhuriyyəti

2. Özgür Bacaqsız - yazar, Türkiyə Cümhuriyyəti

3. Mirzohid Müzaffər - şair, Özbəkistan Respublikası

4. Muhammed Siddiq - şair, Özbəkistan Respublikası

5. Erkinbek Serikbay - "Türk xalqları arasında ədəbi əlaqələri inkişaf etdirmə vəqfi" başqanı (Qazaxıstan Respublikası)

6. Akberen Elgezek - Qazaxıstan Yazıçılar Birliyi sədrinin birinci müavini (Qazaxıstan Respublikası)

7. Çalğın Məhəmməd - şair, (Təbriz)

8. Həsən Ümidoğlu - şair, (Təbriz)

9. Kaliça Yaqubova - şair, (Qırğız Respublikası)

10. Çolpan Orozoliyeva - şair, (Qırğız Respublikası)

11. İntiqam Yaşar - Dünya Gənc Türk Yazarlar Birliyi başqanı, (Azərbaycan Respublikası)

12. Əfsanə Ələsgərli - yazar, jurnalist, (Azərbaycan Respublikası)

13. Fanil Gilaji - şair, (Tatarıstan)

14. Ayqız Baymuhammed - yazar,(Başqırdıstan)

15. Alla Böyük - yazar, (Qaqauz eli)

44
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (561)
Əlaqədar
Gecə bombardmanından sonra Gəncədə axtarış-xilasetmə əməliyyatları necə gedir – VİDEO
BMT ermənilərin Gəncədə mülki şəxsləri hədəf alan hücumunu kəskin şəkildə qınadı
Gəncənin Ermənistan tərəfdən raket atəşinə tutulması nəticəsində 2 azyaşlı itkin düşüb
Erməni faşizminin Gəncədə üzə çıxan sübutları - Bu kadrlar ürək ağrıdır
Gəncənin dəhşətli gecəsi – şəhərin ballistik raket atəşinə məruz qalmış ərazisindən video
Artilleriya atəşi, arxiv şəkli

Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - VİDEO

103
(Yenilənib 20:33 20.10.2020)
Oktyabrın 20-də Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

BAKI, 20 oktyabr - Sputnik. Qubadlı istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun artilleriya bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələri məhv edilib.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

103
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (561)
Беспилотный летательный аппарат (БПЛА)

Ermənistanın Goranboya PUA hücumu nəticəsiz qaldı - o, məhv edildi

34
(Yenilənib 20:00 20.10.2020)
Goranboy rayonunun Tapqaraqoyunlu kəndi üzərində Ermənistan silahlı qüvvələrinə məxsus PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

BAKI, 20 oktyabr - Sputnik. Oktyabrın 20-də saat 19.30 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi üzərində Ermənistan silahlı qüvvələrinə məxsus PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bir qədər əvvəl isə Nazirlik axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən vurulduğunu bildirmişdi.

34
Əlaqədar
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi
Bakıda maska taxmış şəxs

Yoluxanların sayı artdı, sərtləşməyə hazır olun!

0
Azərbaycanda koronavirus xəstələrinin 40 min 272 nəfəri müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4972 nəfərdir.

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 45 min 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4972 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 241 min 664 test aparılıb. Bugünkü test sayı isə 9028-dir.

0