QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlham Əliyev - Ordumuz hər gün yeni yüksəklikləri, strateji məntəqələri işğaldan azad edir

© Official website of President of Azerbaijan Republicİlham Əliyev, arxiv şəkli
İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu gün tarixi bir gündür. 17 oktyabr nəinki füzulilərin, Azərbaycan xalqının xatirəsində daima qalacaq. Biz xoşbəxtik ki, bu anları yaşayırıq"

BAKI, 17 oktyabr — Sputnik. "Azərbaycan ordusu, bütün Azərbaycan xalqı bir amal altında birləşib. Gedən döyüşlərdə rəşadətli Azərbaycan ordusu düşmənlərimizi bizim torpaqlarımızdan qovur". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.

İlham Əliyev qeyd edib ki, müzəffər Azərbaycan ordusu hər gün yeni məntəqələri düşmən işğalından azad edir: "Azərbaycan ordusu hər gün yeni yüksəklikləri, strateji məntəqələri işğaldan azad edir".

Azərbaycan Prezidenti, həmçinin vurğulayıb ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək: "Tək Füzuli əməliyyatı yox, bütün əməliyyatlar. Bu gün tarixi bir gündür. 17 oktyabr nəinki füzulilərin, Azərbaycan xalqının xatirəsində daima qalacaq. Biz xoşbəxtik ki, bu anları yaşayırıq".

İlham Əliyev vurğulayıb ki, sentyabrın 27-dən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıdıcı zərbələr vurulur: "Biz onlara demişik, onlar öz xoşları ilə bizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq".

Xəbər lenti
0