Ermənistan Gəncə cinayətini ört-basdır etmək üçün növbəti yalana əl atdı

190
(Yenilənib 03:26 17.10.2020)
Oktyabrın 17-də təxminən 00:52-də Ermənistan ordusu Gəncə və Mingəçeviri raket atəşinə tutub, ilkin məlumata görə, 5 nəfər həlak olub, 35 nəfər yaralanıb. Ölənlərdən ikisi uşaqdır.

BAKI, 17 oktyabr - Sputnik. Ermənistan xarici işlər nazirliyinin bu ölkənin ərazisində silahlı qüvvələrin infrastrukturu və mülki obyektlərə guya Azərbaycan PUA-ları ilə zərbə endirilməsi ilə bağlı bəyanatla çıxış etməsi Ermənistanın törətdiyi qanlı əməllərin üstünü ört-basdır etmək məqsədini güdür.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

"Qəti surətdə bu xəbəri təkzib edir və bildiririk ki, Azərbaycan Ordusu yalnız işğal olunmuş ərazilərin azad olunması istiqamətində legitim hərbi hədəflərə atəş açır. Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur", - məlumatda deyilir.

Oktyabrın 17-də təxminən 00:52-də Ermənistan ordusu Gəncə və Mingəçeviri raket atəşinə tutub, ilkin məlumata görə, 5 nəfər həlak olub, 35 nəfər yaralanıb. Ölənlərdən ikisi uşaqdır.

ANAMA-ya görə, Ermənistanın Gəncəyə atdığı raketlər SCUD/Elbrus əməliyyat-taktik ballistik raketidir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Oktyabrın 12-də isə yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

 

 

190
Teqlər:
təkzib, Azərbaycan Müdafiə Nazirliyi, yalan, Ermənistan XİN, raket zərbələri, erməni təxribatı, Gəncə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (769)
Əlaqədar
Gəncəyə SCUD atması Ermənistan rəhbərliyinin şizofreniya düşüncəsini göstərir - Hacıyev
Hikmət Hacıyev: "Gəncəyə hücum Ermənistanın zəifliyi və çarəsizliyini göstərir"
Ermənistan XİN Gəncə cinayətinə görə dövlət məsuliyyətini inkar etməyə çalışır - Hacıyev
Gəncədə Ermənistanın raket hücumundan ilkin məlumatlar: 5 ölü, 35 yaralı
Ermənistan ordusu Gəncə və Mingəçeviri raket atəşinə tutdu
Erməni qüvvələrinin açdıqları atəşdən sonra Bərdədə vəziyyət

Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman

0
(Yenilənib 20:05 27.10.2020)
"Təəssüflər olsun ki, Ermənistanın qeyri-insani hərəkətlərdən çəkindirilməsi istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülməməsi onları daha da azğınlaşdırır və yeni cinayət əməlləri törətməyə sövq edir"

BAKI, 27 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələri 26 oktyabr 2020-ci il tarixdə saat 08:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini növbəti dəfə pozaraq və müharibə cinayətlərini davam etdirərək Bərdə rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutmuşlar. Nəticədə mülki əhalidən 4 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Həlak olanlar və yaralananlar içərisində uşaqlar da var. Dağıntılar altında hələ də çoxlu insan qaldığından bu rəqəmlər hər an arta bilər. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə ombudsman Səbinə Əliyevanın mətbuata açıqlamasında deyilir.
Vurğulanır ki, mülki insanlara qarşı törədilən bu terror bir daha onu göstərir ki, işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinin, beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının, eləcə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkmir.
Təəssüflər olsun ki, Ermənistanın qeyri-insani hərəkətlərdən çəkindirilməsi istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülməməsi onları daha da azğınlaşdırır və yeni cinayət əməlləri törətməyə sövq edir.

Dünya ictimaiyyəti səsimizə səs verərək Ermənistan tərəfindən törədilən son dərəcədə qəddar, amansız və qeyri-insani hadisələrə laqeyd qalmamalı, beynəlxalq müharibə cinayətlərinə yol vermiş işğalçı Ermənistan dövlətindən beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin tələblərinə əməl etməyi, mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan cinayətkar əməllərdən çəkinməyi, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalarını, dinc əhalinin qətlə yetirilməsində təqsirkar olan şəxslərin cəzalandırılması ilə bağlı təsirli tədbirlər görülməsini tələb etməlidir.

0
Teqlər:
ombudsman, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, atəş, Bərdə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (769)
Əlaqədar
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil

11
"Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşıyır"

BAKI, 27 oktyabr - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonunun atəşə tutulması barədə məlumat yayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, məlumatda bildirilir ki, 27 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 4 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla 13 nəfər ciddi xəsarət alıb.

“Bu, son günlər ərzində beynəlxalq vasitəçilərin davamlı səyləri ilə üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliklərini heçə sayaraq törətdiyi növbəti müharibə cinayətidir. İki ölkənin Xarici İşlər nazirlərinin Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirəcəyi görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti qanlı cinayətin törədilməsi, təcavüzkar Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının və hər vəchlə danışıqlara maneə törətmək məqsədi güddüyünün bariz göstəricisidir.

Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşıyır. Cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verməsini təmin etmək üçün beynəlxalq ictimaiyyəti qəti mövqe sərgiləməyə çağırırıq”, - deyə məlumatda qeyd olunub.

11
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (769)
Əlaqədar
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Atəşkəs Tərtərə dinclik gətirmədi: Rayon dağıntılar içində qalıb – VİDEO