Baş Nazirdən Suqovuşan kəndi ilə bağlı sərəncam

63
Ədliyyə Nazirliyi Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında" Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində NK-ya təqdim etməlidir.

BAKI, 16 oktyabr — Sputnik. Baş Nazir Əli Əsədov "Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında" Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 173-VIQ nömrəli Qanununun tətbiqinin təmin edilməsi məqsədilə Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamda deyilir:

"1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında" Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 173-VIQ nömrəli Qanununa (bundan sonra ― Qanun) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etsinlər.

3. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Qanunun tətbiqinin təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

63
Əlaqədar
Milli Məclis on səkkiz məsələyə baxır - Madagizin Suqovuşan adlandırılması rəsmiləşdirilir
Parlament Madagiz kəndinin Suqovuşan adlandırılması barədə qanunu qəbul etdi
Suqovuşandan üç rayona suyun verilməsinə başlanılıb
Müdafiə Nazirliyi Suqovuşan kəndinin videogörüntüsünü yayımlayıb
Vüqar Muradov, arxiv şəkli

Tanınmış müğənni Şuşa fatehinə mahnı həsr edib - VİDEO

640
(Yenilənib 22:00 20.01.2021)
Müğənninin "Şəhid" ("Qarabağ") adlı mahnısının sözləri Abil İslama, musiqisi Arif Səlimova məxsusdur. Klipin rejissoru Tural Nusalovdur. Sözügedən mahnı baş leytenant Asəf Ağayev başda olmaqla, bütün şəhidlərimizə həsr olunub.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Tanınmış müğənni, "Yeni ulduz" müsabiqəsinin qalibi, Azərbaycanın Böyük Vətən müharibəsinin qazisi Vüqar Muradov 17 dekabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində minaya düşərək şəhid olmuş baş leytenant Asəf Ağayev də daxil olmaqla, bütün şəhidlərə mahnı həsr edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənninin "Şəhid" ("Qarabağ") adlı mahnısının sözləri Abil İslama, musiqisi Arif Səlimova məxsusdur. Klipin rejissoru Tural Nusalovdur.

Məlumat üçün bildirək ki, Asəf Ağayev 2020-ci il sentyabr 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonundan Şuşa şəhərinə qədər döyüş yolu keçib. Şuşa şəhərinin işğaldan azad edilməsində şücaət göstərmiş hərbçilərimizdən biri olub. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Asəf Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Bundan başqa, Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Asəf Ağayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

640
Teqlər:
şəhid, Şuşa, mahnı, Vüqar Muradov
Tünzalə Ağayeva hərbi qulluqçularla birgə

Xalq artisti Şuşada klip çəkdirib - VİDEO

43
(Yenilənib 19:33 20.01.2021)
Mahnı Xalq şairi Rəsul Rzanın eyniadlı şeirinə bəstələnib. Bəstəsi Tünzalə xanıma məxsusdur. Klipin ssenari müəllifi Günel Anarqızı, rejissoru Ülviyyə Könül, operatoru Elmir Süleymanovdur

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Xalq artisti, bəstəkar və müğənni Tünzalə Ağayeva mədəniyyət paytaxtımız olan Şuşada klip çəkdirib. Kliplə bağlı Sputnik Azərbaycan-a məlumat verən müğənninin prodüseri Yalçın Cabbarovun sözlərinə görə, mahnının adı "Şuşam mənim" adlanır: "Mahnı Azərbaycanın Xalq şairi Rəsul Rzanın eyniadlı şeirinə bəstələnib. Mahnının bəstəsi Tünzalə xanıma məxsusdur. Klipin ssenari müəllifi Günel Anarqızı, rejissoru Ülviyyə Könül, operatoru Elmir Süleymanovdur".

Посмотреть эту публикацию в Instagram

Публикация от TunzaleA (@tunzalea)

Prodüserin sözlərinə görə, klipin çəkilişləri artıq yekunlaşıb: "Klip mini-filmi xatırladır. Tünzalə xanım orada çox az rol alıb. Klip Qarabağda şəhid olan döyüşçülərimizə həsr olunub. Çəkilişlər bitib, hazırda montaj işləri gedir. Klip gələn həftə ictimaiyyətə təqdim olunacaq".

Посмотреть эту публикацию в Instagram

Публикация от TunzaleA (@tunzalea)

43
Teqlər:
klip, Tünzalə Ağayeva, Azərbaycan, Qarabağ, Şuşa
Koronavirus modeli, arxiv şəkli

Yalançı koronavirus təkcə orqanizmi deyil, ruhu da zədələyir

0
(Yenilənib 00:20 21.01.2021)
Bununla yanaşı, dermatoloji, kardioloji və mədə-bağırsaq sistemində müşahidə edilən əlamətlərin altında psixoloji problemlər ola bilər.

 

BAKI, 21 yanvar — Sputnik. COVID-19-a yoluxma qorxusu nəticəsində meydana gələn təşviş pozuntusu probleminə vaxtında müdaxilə edilmədiyi təqdirdə bəzi şəxslərdə psixoloji olaraq "yalançı koronavirus" meydana gələ bilər.

Sputnik Türkiyə xəbər verir ki, professor Ebru Salçıoğlunun fikrincə, bəzi vətəndaşlar koronavirus əlamətlərinin olduğuna inanaraq, xəstəxanaya gedirlər.

"Pandemiya səbəbilə dünyada hər 4 nəfərdən birində təşviş pozuntusu və depressiya müşahidə edilir. Bunun qarşısı alınmadığı təqdirdə hər kəs özünü koronavirusa yoluxmuş kimi hiss edə bilər", - deyə həkim bildirib.

Onun sözlərinə görə, bəzi vətəndaşlarda səbəbi məlum olmayan əlamətlər müşahidə edilə bilər. Bu zaman mütəxəssislər psixoloji səbəblərə baxırlar. Özünü ifadə edə bilməyən və ortaya çıxmayan duyğular bədənimizə təzahür edir. Bunlar çox zaman nevroloji əlamətlər şəklində özünü büruzə edir. Hərəkət pozuntuları və müvəqqəti korluq da müşahidə edilə bilər.

Bununla yanaşı, dermatoloji, kardioloji və mədə-bağırsaq sistemində müşahidə edilən əlamətlərin altında psixoloji problemlər ola bilər.

"Mütəmadi olaraq, təşviş pozuntusu yaşayan şəxslər təmiz olmaq üçün deyil, təmiz görünmək üçün gigiyenik qaydalara əməl edirlər. Məsələn, əlləri kirləndiyi zaman təmizləmək üçün deyil, təmiz görünmək üçün yuyurlar. Bəzi insanlar koronavirus haqqında danışdıqdan sonra əllərini yuyub, dezinfeksiya edirlər", - deyə həkim əlavə edib.

0
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası