QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlham Əliyev: Əsas məqsədim Azərbaycan xalqının etimadını doğrultmaqdır

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev bələdiyyə seçkilərində səs verib
Prezident İlham Əliyev bələdiyyə seçkilərində səs verib - Sputnik Azərbaycan
Abunə olmaq
"Mənim əsas məqsədim Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum illər ərzində verdiyim vədlərə əməl etməkdir", – Prezident İlham Əliyev

BAKI, 15 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, onun əsas məqsədi Azərbaycan xalqının etimadını doğrultmaqdır.

"Tarixdəki rola gəldikdə isə, bilirsiniz, mən əvvəllər bu barədə heç düşünməmişəm, indi isə ümumiyyətlə. Mənim əsas məqsədim Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum illər ərzində verdiyim vədlərə əməl etməkdir, ölkəni inkişaf yolu ilə aparmaq və ərazi bütövlüyünü təmin etməkdir", – Prezident İlham Əliyev Azərbaycan və Ermənistan liderlərinin Sputnik-ə paralel müsahibəsində "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova deyib.

Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Xəbər lenti
0