TÜRKPA ölkələrinin bayraqları, arxiv şəkli

TÜRKPA-nın Baş katibi Ermənistanın təxribatlarını kəskin şəkildə qınayıb

38
(Yenilənib 23:02 15.10.2020)
Baş katib bu hücum nəticəsində dinc vətəndaşların itkisi ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib və xəsarət alanların tezliklə sağalmasını diləyib

BAKI, 15 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin təxribatları, işğalçı ölkənin Azərbaycanın Gəncə və digər şəhər və rayonlarını ağır artilleriya və raket atəşinə tutması, mülki əhalini və mülki obyektləri hədəfə alması ilə bağlı Azərbaycan Respublikası Milli Məclisi tərəfindən beynəlxalq təşkilatlara və milli parlamentlərə ünvanlanan müraciətlərə cavab olaraq, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupovun göndərdiyi rəsmi məktubda Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı təxribatları, yaşayış məntəqələrini atəşə tutması və hərbi güc tətbiq etməsi bir daha kəskin şəkildə qınanıb.

Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Baş katib bu hücum nəticəsində dinc vətəndaşların itkisi ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib və xəsarət alanların tezliklə sağalmasını diləyib.

38
Teqlər:
TÜRKPA, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Əlaqədar
İlham Əliyev: "Siz Paşinyandan soruşmalısınız, onun əsgəri orada nə edir?"
"İki dövlət, tək millət. Azərbaycan, yanındayıq" - Qardaş ölkənin dəstəyi davam edir
İslam ölkələrinin ombudsmanlarına Ermənistanın təcavüzü barədə məlumat verilib
Mahsun Kırmızıgül Gəncədə baş verən erməni terroruna qarşı münasibətini bildirib
Hacıyev: "Ermənistan silahlı muzdluların istifadəsini qanuniləşdirmək istəyir"
Şuşada vəziyyət

Şuşanı işığa qərq elədilər - VİDEO

3
(Yenilənib 15:51 16.01.2021)
Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı nəticəsində Yuxarı Gövhər ağa məscidi və əsas küçələr işıqlandırılıb

BAKI, 16 yanvar — Sputnik. "Azərişıq" ASC Şuşa şəhərini elektrik enerjisi ilə təchiz edib. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, işğaldan azad edilmiş Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı nəticəsində Yuxarı Gövhər ağa məscidi və əsas küçələr işıqlandırılıb.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Şuşa şəhərinə səfər edib və çıxışı zamanı şəhərə elektrik enerjisinin verildiyini bildirib.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgərlərimiz əks-hücum əməliyyatlarına başlayaraq 44 gün ərzində 27 illik işğala son qoyublar. 2020-ci ilin noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.

3
Teqlər:
elektrik enerjisi, "Azərişıq" ASC, Şuşa

Vəzir ailəsinin kəndi görün haldadır: yol var, çay var, adam yoxdur - VİDEO

6
(Yenilənib 14:25 16.01.2021)
Yaşayış məntəqəsi Qarabağ xanları nəslindən olan vəzir və tarixçi Mirzə Camal Cavanşirə (təqr. 1773-1853) məxsus ailələrin məskunlaşması nəticəsində yaranıb və onun adı ilə adlanıb

BAKI, 16 yanvar - Sputnik. Füzuli rayonunun Mirzəcamallı kəndindən videogörüntülər yayılıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir.

Yaşayış məntəqəsi Qarabağ xanları nəslindən olan vəzir və tarixçi Mirzə Camal Cavanşirə (təqr. 1773-1853) məxsus ailələrin məskunlaşması nəticəsində yaranıb və onun adı ilə adlanıb. XVIII əsrdə Türkman, XIX əsrdə Tərəkəmə adlanıb. 1842-ci ildən bəri Mirzə Camal bəy Məhəmmədxan bəy оğlu Hacılı-Cavanşirin adıyla bağlıdır. Kənd Köndələnçayın sahilində, dağətəyi ərazidədir.

Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüblər.

Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan sonra 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad olunub. Füzuli şəhəri oktyabrın 17-də, bütövlükdə rayon isə noyabrın 7-dək erməni işğalçılarından təmizlənib.

6
Teqlər:
video, işğaldan azad edilmiş ərazilər, kənd, Azərbaycan, Qarabağ, Füzuli
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Peyvənddən yayınanlar cəzalanacaqlar?

0
(Yenilənib 16:05 16.01.2021)
Azərbaycanda risk qruplarının vaksinasiyasına yanvarın 18-dən başlanılacaq. Peyvəndləmə iki mərhələdə aparılacaq.

BAKI, 16 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə könüllü olacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bununla bağlı rəsmi açıqlama verilib.

Qeyd edilib ki, vaksinasiya könüllülük prinsipinə əsaslandığı üçün imtina olunacağı təqdirdə hər hansı inzibati tədbirin həyata keçirilməsi nəzərdə tutulmayıb.

Xatırladaq ki, risk qruplarının vaksinasiyasına yanvarın 18-dən başlanılacaq. Peyvəndləmə iki mərhələdə aparılacaq. Öncə səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslərə vaksin vurulacaq.

0
Teqlər:
Sinovac Biotech, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya