Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

MN: “Ermənilər Azərbaycan əsgərinə heç bir aidiyyəti olmayan saxta videolar paylaşırlar”

318
"Beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu videolar təxribat xarakteri daşıyır"

BAKI, 15 oktyabr - Sputnik. Son günlər sosial şəbəkələrdə guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davranması barədə videolar yayılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

"Bildiririk ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu videolar təxribat xarakteri daşıyır. Bu videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə heç bir aidiyyəti yoxdur.
Bir daha xatırladırıq ki, Azərbaycan Ordusu hərbi qanunvericiliyə uyğun olaraq Cenevrə Konvensiyasının tələblərinə riayət edərək hərəkət edir", - deyə məlumatda bildirilir.

318
Əlaqədar
Müdafiə Nazirliyi: Erməni tərəf yalan danışır, Su-25 havaya qaldırılmayıb
"Los Angeles Times" Ermənistanın işğalçı siyasətindən yazdı
Ombudsman: “Azərbaycana qarşı törədilən hücum terror hadisəsidir”
Azərbaycan Müdafiə Nazirliyi ermənilərin daha bir yalanını təkzib etdi
Tərtərdə daha bir dinc sakinin erməni terrorunun qurbanına çevrildiyi evdən videogörüntü
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

20
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

20
Флаг Международного комитета Красного Креста, фото из архива

Qırmızı Xaç Qızıl Ayparanın könüllüsü Bərdədəki erməni terroru zamanı həlak olub

35
(Yenilənib 00:41 29.10.2020)
Ermənistan silahlı birləşmələrinin Bərdəyə raket hücumu zamanı Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də həlak olub

BAKI, 28 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində həlak olanlar arasında Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü var. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin Avropa bürosunun rəsmi "Twitter" səhifəsində məlumat verilib. 

"Bu gün günortadan sonra Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə humanitar yardım çatdırarkən könüllülərimizdən birinin həlak olması xəbəri bizi dərindən kədərləndirdi.  

39 yaşlı ata Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin təcili mobil qrupunun əməkdaşı idi və raket hücumunda həlak olub. Humanist, xeyriyyəçilər hədəf deyil!", - Qırmızı Xaç və Qırmızı Aypara təşkilatının Avropa bürosu bildirib.

35