ABŞ bayrağı, arxiv şəkli

"Los Angeles Times" Ermənistanın işğalçı siyasətindən yazdı

58
(Yenilənib 12:25 15.10.2020)
Ağayev 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini hədəf aldığını və nəticədə indiyədək 3 uşaq da daxil olmaqla 41 dinc sakinin həlak olduğunu və Azərbaycanın buna cavab olaraq özünü müdafiə etdiyini vurğulayır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr — Sputnik. Azərbaycanın Los Ancelesdəki Baş konsulu Nəsimi Ağayevin Ermənistanın işğalçılıq siyasəti haqda yazdığı məqalə 14 oktyabr 2020-ci il tarixində ABŞ-ın nüfuzlu "Los Angeles Times" qəzetində dərc edilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, məqalədə Baş konsul Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, Azərbaycanın tərkib hissəsi olduğunu və bunun beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edildiyini diqqətə çatdırır. N.Ağayev Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışaraq, ölkəmizin 20% ərazisini təşkil edən Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistan tərəfindən qanunsuz şəkildə işğal edildiyini və 800 min dinc azərbaycanlının öz doğma yurdlarından didərgin salındığını bildirir.

ABŞ-ın nüfuzlu "Los Angeles Times" qəzeti

Baş konsul Ermənistanın bu işğalını pisləyən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, eləcə də 30 ilə yaxındır davam edən və heç bir nəticə verməyən danışıqlara baxmayaraq, Ermənistanın Azərbaycan torpaqlarının bu qanunsuz işğalını davam etdirdiyini qeyd edir.

N. Ağayev 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini hədəf aldığını və nəticədə indiyədək 3 uşaq da daxil olmaqla 41 dinc sakinin həlak olduğunu və Azərbaycanın buna cavab olaraq özünü müdafiə etdiyini vurğulayır.

Münaqişənin həlli haqqında danışan baş konsul sülhün əldə olunması üçün Ermənistan qoşunlarının bütün işğal olunmuş ərazilərimizdən çıxarılmalı və azərbaycanlı məcburi köçkünlərin öz doğma evlərinə qayıtmalı olduğunu qeyd edir. Bundan sonra Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birlikdə sülh və əmin-amanlıq içərisində yaşayacaqlarını bildirir. N.Ağayev bu münaqişənin nə etnik, nə də dini münaqişə olmadığını, uzun əsrlər boyu azərbaycanlılar və ermənilərin Dağlıq Qarabağda və Azərbaycanın digər bölgələrində sülh içərisində birgə yaşadıqlarını qeyd edir.

Sonda Baş konsul vurğulayır ki, ABŞ və digər böyük dövlətlər beynəlxalq hüququn aliliyini təmin edərək, iki ölkə arasında sülhün bərqərar olması üçün Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarının çıxarılması ilə bağlı Ermənistana təzyiq göstərməlidirlər.

Baş Konsulluqdan o da bildirilib ki, Qarabağ həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılması üçün Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu məqsədyönlü fəaliyyətini davam etdirir. Bu səpkidə sentyabrın 27-dən bəri baş konsul N.Ağayev ABŞ-ın müxtəlif qəzetlərinə və bir sıra nüfuzlu televiziya kanallarına, o cümlədən ABC, CBS, NBC, FOX, KTLA, TELEMUNDO, CURRENT TIME kanallarına və NPR/KCRW radiosuna 20-dən çox müsahibə verərək, Ermənistanın işğalçılıq siyasətini ifşa edib. Baş konsulun fikirlərinin işıqlandırılmasından qəzəblənən yerli erməni lobbisi sözügedən mətbu orqanlarına təzyiqlər göstərib, hətta buna görə "Los Angeles Times" qəzetinin binası və CBS telekanalı qarşısında etiraz aksiyaları keçiriblər.

58
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)

İdman zalı sağlam qidalanma: rus sülhməramlıları Qarabağda necə yaşayır

25
(Yenilənib 10:26 15.01.2021)
Rus hərbçiləri Dağlıq Qarabağda üç blok-modul tipli şəhərcik inşa edib. Orada təhlükəsizliyi təmin etmək və atəşkəs rejiminə nəzarət məqsədi ilə təxminən 400 sülhməramlı yerləşdirilib.

Videodakı kadrlardan da göründüyü kimi yaradılmış infrastruktur hərbçilərə özlərini evlərindəki kimi hiss etməyə imkan verir. Hər belə obyekt avtonom olmaqla yanaşı, istənilən təbii şərait üçün uyğundur.

Modul tipli şəhərcik fasiləsiz elektrik, su və istilik təchizatı ilə təmin olunub. Hərbi şəhərciklərin ərazisində idman zalı, hamam, yeməkxana, istirahət otağı və tibb məntəqəsi də var. Yaşayış hissəsi bütün lazımi mebel və məişət texnikası ilə təchiz edilib.

Yaxın gələcəkdə daha beş belə obyektin inşası planlaşdırılır ki, orada da təxminən 540 hərbçinin yerləşdirilməsi nəzərdə tutulur.

25

Ağdam rayonunun Şelli kəndi - VİDEO

6
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata görə, erməni işğalçıları Ağdam rayonunu 2020-ci il noyabrın 20-də tərk ediblər

BAKI, 16 yanvar — Sputnik. Müdafiə Nazirliyi erməni işğalından azad olunan Ağdam rayonunun Şelli kəndindən videogörüntülər hazırlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

6
Teqlər:
video, kənd, Ağdam
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

21
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

21
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət