Уполномоченный по правам человека Азербайджанской Республики (омбудсмен) Сабина Алиева

İslam ölkələrinin ombudsmanlarına Ermənistanın təcavüzü barədə məlumat verilib

37
(Yenilənib 11:52 15.10.2020)
Yekunda Müvəkkil Ermənistan silahlı qüvvələrinin mülki yaşayış məntəqələrinə hücumlarının ağır nəticələri ilə yerində tanış olmaq üçün həmkarlarını Azərbaycana dəvət edib. Assosiasiyanın Prezidenti Müvəkkilin bu təklifini dəstəkləyib.

BAKI, 15 oktyabr - Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva idarə heyətində təmsil olunduğu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının toplantısında iştirak edib.

Sputnik Azərbaycan Ombudsman Aparatının məlumatına istinadla xəbər verir ki, ölkəmizlə yanaşı Türkiyə, İran, Mərakeş, Sudan və Cibuti Ombusdman institutlarının iştirakı ilə keçirilən iclasın məqsədi insan hüquqları sahəsində əməkdaşlığın gücləndirilməsi, insan hüquqlarının pozulmasına qarşı səmərəli mübarizə, COVID-19 pandemiyası dövründə ombudsman institutlarının faəliyyəti, təhsil, mediasiya və digər məsələlərin müzakirəsi olub.

Ombudsman: Azərbaycana qarşı törədilənlər terrordur
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov

Tədbiri giriş sözü ilə açan Assosiasiyanın prezidenti və Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç gələcək əməkdaşlıq strategiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri haqqında məlumat verib. O, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları və təcavüzünü qınayaraq işğal olunmuş ərazilərimizin dərhal azad olunmasının vacibliyini qeyd edib.

Ombudsman Səbinə Əliyeva çıxışında dünyanın COVID-19 infeksiyası ilə mübarizə apardığı bir zamanda Ermənistanın mövcud vəziyyəti fürsət bilərək Azərbaycana qarşı yeni işğalçılıq iddiaları ilə hərbi təcavüzünü davam etdirdiyini bildirib.

Ombudsman 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin məqsədli şəkildə Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərini, Füzuli rayonunun Horadiz şəhəri, Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər, Cəbrayıl, Xızı, Abşeron, habelə mülki əhalinin sıx məskunlaşdığı digər yaşayış məntəqələrini ağır artilleriya və raketlərdən istifadə etməklə atəşə tutması barədə iştirakçıları məlumatlandırıb. O, hücumlar nəticəsində dinc əhali arasında qadınlar və uşaqlar da olmaqla çoxsaylı həlak olan və yaralananlar olduğunu, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara, təhsil müəssisələrinə və sosial obyektlərə ciddi ziyan dəydiyini qeyd edib.

Xarici diplomatlar Gəncədə törədilən cinayətin fəsadlarını öz gözləri ilə görüblər – VİDEO >>

Səbinə Əliyeva bildirib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində insan hüquqlarının pozulmasına dair faktları araşdırmaq və həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə ağır artilleriya atəşinə məruz qalan ərazilərdə faktaraşdırıcı missiyalar həyata keçirib. O, beynəlxalq təşkilatlara faktaraşdıcı missiyanın nəticələrinə əsaslanan hesabatlarını ünvanladığını və hüquqi məsuliyyət müəyyən edən tədbirlərin görülməsi məqsədilə çağırış etdiyini qeyd edib.

Ombudsman əlavə edib ki, faktaraşdırıcı missiyalar zamanı əldə etdiyi dəlillər bir daha göstərir ki, qəsdən müki əhalini və strateji əhəmiyyətə malik olan infrastruktur obyektləri hədəf alan hücumlar beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və müharibə cinayətidir, buna görə Ermənistan məsuliyyət daşıyır.

Səbinə Əliyeva tədbirdə iştirak edən ombudsmanları mülki şəxslərə qarşı Ermənistanın hərbi hücumlarını pisləməyə və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd müvafiq qətnaməsinin icra edilməsi yolu ilə münaqişənin həllini dəstəkləməyə çağırıb.

Ombudsman əlavə edib ki, hazırda Azərbaycan dövləti bu hücumlardan əziyyət çəkən insanların ehtiyaclarını təmin etmək üçün bütün lazımi tədbirləri görür, lakin bu mərhələdə beynəlxalq ictimaiyyətin, insan hüquqları təsisatlarının diqqət və dəstəyi də xüsusi əhəmiyyətə malikdir.

Ermənistan humanitar atəşkəs xəbərini almayıb? Ağdamda dağıntılar davam edir – VİDEO >>

Yekunda Müvəkkil Ermənistan silahlı qüvvələrinin mülki yaşayış məntəqələrinə hücumlarının ağır nəticələri ilə yerində tanış olmaq üçün həmkarlarını Azərbaycana dəvət edib. Assosiasiyanın Prezidenti Müvəkkilin bu təklifini dəstəkləyib. İdarə heyətinin digər üzvləri də Ermənistanın Azərbaycana qarşı hərbi hücumlarını qınayaraq münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyini vurğulayıblar.

37
Erməni hərbçiləri, arxiv şəkli

Hadrut, Füzuli Cəbrayılda erməni hərbçilərin meyitləri aşkarlandı

43
Sabah Qubadlıda, Hadrutda, Füzulidə və Cəbrayılda itkin erməni hərbçilərin axtarışları davam etdiriləcək.

BAKI, 17 yanvar - Sputnik. Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha 3 erməni hərbçinin meyiti tapılıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, erməni hərbçilərin meyitləri Hadrut, Füzuli və Cəbrayılda aşkarlanıb. Ermənistanın itkin hərbçilərinin axtarışları Şuşada da davam etdirilib. Lakin şəhərdə hər hansı meyit tapılmayıb.

Qeyd edilir ki, sabah Qubadlıda, Hadrutda, Füzulidə və Cəbrayılda itkin erməni hərbçilərin axtarışları davam etdiriləcək. Axtarışlara iki qrup ayrılacaq. Onlardan biri həlak olanların meyitlərini, digəri isə gizlənən erməniləri axtaracaq.

Məlumata görə, bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 235 nəfərə çatıb.

43

TÜRKSOY-un baş katibi: “Ağdamda baş verən vəhşilik bütün insanlığa qarşıdır”

9
“Əsrlər boyu Azərbaycan xalqının və türk xalqlarının yaratdığı sivilizasiyanın burada necə ölməyini gördükdə hiss edilən duyğuları çatdırmaq çətindir"

BAKI, 17 yanvar - Sputnik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndələri Ağdam şəhərində Cümə Məscidində olduqdan sonra, Ağdam Dram Teatrının qalıqları ilə də tanış olublar.

APA-nın verdiyi məlumata görə, qonarlar çörək muzeyinə də baş çəkib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov jurnalistlərə bildirib ki, o arzu edir ki, Ağdamda türk mədəniyyətinin dağıdılan qədim abidələri bərpa olunsun:

“Əsrlər boyu Azərbaycan xalqının və türk xalqlarının yaratdığı sivilizasiyanın burada necə ölməyini gördükdə hiss edilən duyğuları çatdırmaq çətindir. Mən əvvəlcə də Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə təbrik məktubu göndərmişdim. O zaman da bildirmişdim ki, işğal dövründə dağıdılmış bütün tarixi və mədəni irsimizin qısa zaman ərzində bərpa ediləcəyinə inanıram. İndidə onu arzulayıram. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının nümayəndələri də mədəni irsimizin qısa zaman ərzində bərpa edilməsində öz dəstəyini göstərəcək.

Burada baş verən vəhşilik yalnız Azərbaycana qarşı deyil, bütün insanlığa qarşıdır”.

9

Postlardan keçməyə cəhd göstərən 4000 nəqliyyat vasitəsi geri qaytarılıb

0
Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edilir.

 

BAKI, 18 yanvar — Sputnik. Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, yanvarın 16-dan 18-dək nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 4000 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 5 nəfər barəsində inzibati həbs, 2746 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

Eyni zamanda ev şəraitində müalicə təyin edilən 4 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik.

0