Tərtər yenə mərmi yağışı altında – şəhərdən son kadrlar

Ağdamda evlərə mərmi düşüb, mülki şəxslər yaralanıb

30
Səhər saatlarında Ağdam rayonu, Birinci Baharlı qəsəbəsində fərdi yaşayış evlərinə mərmi düşməsi nəticəsindəiki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, yaşayış evlərinə isə ciddi ziyan dəyib.

BAKI, 15 oktyabr — Sputnik. Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, 15.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 09 radələrində Ağdam rayonu, Birinci Baharlı qəsəbəsində fərdi yaşayış evlərinə mərmi düşməsi nəticəsində 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu və 1979-cu il təvəllüdlü Musayev Loğman Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, yaşayış evlərinə isə ciddi ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

30
Əlaqədar
Tərtərin atəşə tutulması zamanı mülki şəxs yaralanıb
Kəmaləddin Heydərov: "Dağıdılmış mülki obyektlərin hamısı bərpa olunacaq"
Müdafiə Nazirliyi: "Azərbaycan PUA-ları mülki əhaliyə qarşı tətbiq olunmur"
Azərbaycanın mülki əhalisini hədəfə almış hərbi hədəflər zərərsizləşdirilib
Azərbaycanda mülki şəxslərin məruz qaldığı itkilər

Vəzir ailəsinin kəndi görün haldadır: yol var, çay var, adam yoxdur - VİDEO

5
(Yenilənib 14:25 16.01.2021)
Yaşayış məntəqəsi Qarabağ xanları nəslindən olan vəzir və tarixçi Mirzə Camal Cavanşirə (təqr. 1773-1853) məxsus ailələrin məskunlaşması nəticəsində yaranıb və onun adı ilə adlanıb

BAKI, 16 yanvar - Sputnik. Füzuli rayonunun Mirzəcamallı kəndindən videogörüntülər yayılıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir.

Yaşayış məntəqəsi Qarabağ xanları nəslindən olan vəzir və tarixçi Mirzə Camal Cavanşirə (təqr. 1773-1853) məxsus ailələrin məskunlaşması nəticəsində yaranıb və onun adı ilə adlanıb. XVIII əsrdə Türkman, XIX əsrdə Tərəkəmə adlanıb. 1842-ci ildən bəri Mirzə Camal bəy Məhəmmədxan bəy оğlu Hacılı-Cavanşirin adıyla bağlıdır. Kənd Köndələnçayın sahilində, dağətəyi ərazidədir.

Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüblər.

Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan sonra 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad olunub. Füzuli şəhəri oktyabrın 17-də, bütövlükdə rayon isə noyabrın 7-dək erməni işğalçılarından təmizlənib.

5
Teqlər:
video, işğaldan azad edilmiş ərazilər, kənd, Azərbaycan, Qarabağ, Füzuli
Reza Deqati

Dünya şöhrətli fotoqraf Fransa telekanalında erməni vandalizmindən danışıb - VİDEO

7
(Yenilənib 13:51 16.01.2021)
Fransa mediasının bütün jurnalistləri müharibə zamanı Ermənistan tərəfinə getdilər. Təxminən yüzə yaxın fransız jurnalist münaqişəni Ermənistan tərəfindən işıqlandırırdı.

BAKI, 16 yanvar — Sputnik. Məşhur fotoqraf Reza Deqati Fransanın TV5MONDE televiziya kanalının qonağı olub. O, verilişdə Şuşa şəhərinin tarixindən danışıb, onun əsasının Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulduğunu diqqətə çatdırıb.

Sputnik Azərbaycan xəbər verir ki, Reza Deqati vurğulayıb ki, Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Şuşa məşhur bəstəkarlar, musiqiçilər, şairlər, yazıçılar yetişdirib. Veriliş zamanı Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarları nümayiş etdirilib. Şəhərin 30 illik erməni işğalından azad olunduğu bildirilib.

Məşhur fotoqraf İkinci Qarabağ müharibəsi zamanı Fransa mediasının nümayiş etdirdiyi qərəzdən də bəhs edib. O deyib ki, Fransa mediasının bütün jurnalistləri müharibə zamanı Ermənistan tərəfinə getdilər. Təxminən yüzə yaxın fransız jurnalist münaqişəni Ermənistan tərəfindən işıqlandırırdı. "Azərbaycan tərəfində isə mən Fransadan olan yeganə jurnalist idim. Mən adətim üzrə münaqişə zonalarına gedərək insanların çəkdikləri iztirabları işıqlandırmağa çalışıram. Birinci Qarabağ müharibəsi zamanı - 1992-ci ildə də mən Azərbaycan tərəfində idim. Mən Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş kütləvi qırğını, Azərbaycan xalqının əzablarını gördüm və bütün bunları lentə alaraq yaymağa çalışdım", - deyə o qeyd edib.

Reza Deqati verilişdə Ermənistanın döyüş zonalarından uzaqda yerləşən Azərbaycan şəhərlərini, mülki əhalini kasetli bombalarla hədəfə almasından da danışıb. O, Bərdə şəhərinin Ermənistan tərəfindən raket atəşinə məruz qaldığını, mülki əhalinin qətlə yetirildiyini qeyd edib.

 Fotoqraf erməni bombardmanının qurbanı olmuş Bərdə sakininin dəfn mərasimini əks etdirən şəkli göstərərək, müharibə zamanı Ermənistanın mülki əhalini qətlə yetirdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, kasetli bombaların Cenevrə Konvensiyaları ilə qadağan olunmasına baxmayaraq, Ermənistan bu silahlardan istifadə etdi və təkcə Bərdədə 20-dən çox mülki şəxs həlak oldu.

Fotojurnalist bildirib ki, o, yalnız müharibədən əziyyət çəkən mülki insanların əzabını dünyaya çatdırmaq istəyir.

Reza Deqati veriliş zamanı Azərbaycandakı multikulturalizmdən də bəhs edib, bununla bağlı çəkdiyi fotoları nümayiş etdirib. O, Azərbaycanda müxtəlif dini icmaların birgə mehriban şəraitdə yaşadıqlarını vurğulayıb. Fotojurnalist Azərbaycanın dini tolerantlığı ilə həmişə diqqəti cəlb etdiyini bildirib. O vurğulayıb ki, Azərbaycan dini tolerantlıq baxımından dünya dövlətlərinə nümunədir və hətta Avropa ölkələrində də bu cür tolerantlıq yoxdur.

7
Qəssab, arxiv şəkli

Azərbaycana dörd ölkədən ət məhsullarının daxil olmasına qadağa qoyuldu

0
(Yenilənib 14:25 16.01.2021)
Bəzi ölkələrdə yüksək patogen quş qripi xəstəliyi, Rumıniyanın Qorj ərazi vahidinin ərazisində isə blutanq xəstəliyi qeydə alınıb.

BAKI, 16 yanvar — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Polşanın Kuyavsko-Pomorsk (Kujawsko-Pomorskie) inzibati ərazisinin, Kamboca Krallığının Battambanq (Battambang) və Vyetnam Sosialist Respublikasının Phu Yen (Phu Yen) əyalətlərinin ərazilərində yüksək patogen quş qripi xəstəliyi, Rumıniyanın Qorj (Gorj) ərazi vahidinin ərazisində isə blutanq xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, Polşanın bütün ərazisindən və OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Kamboca Krallığının Battambanq əyalətindən və Vyetnam Sosialist Respublikasının Phu Yen əyalətindən bütün növ diri quş və quşçuluq məhsullarının, Rumıniyanın Qorj ərazi vahidindən bütün növ diri iribuynuzlu və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə, Vyetnam Sosialist Respublikasından, Kamboca Krallığından, Polşa və Rumıniyadan gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.

0
Teqlər:
qadağa, idxal, məhsul, quş, ət