Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin və Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

© Sputnik / Aleksey Nikolskyi / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган во время встречи
Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган во время встречи - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Prezidenti hərbi əməliyyatlarda Yaxın Şərq regionundan olan silahlıların iştirakından ciddi narahatlığını dilə gətirib.

BAKI, 14 oktyabr - Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Sputnik Azərbaycan-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət ətraflı  müzakirə olunub.

Hər iki tərəfdən oktyabrın 10-da Moskvada əldə olunmuş razılaşmaya əsasən elan olunmuş humanitar atəşkəsə riayət olunmağın vacibliyi vurğulanıb. 

Putin və Ərdoğan ATƏT-in Minsk qrupunun işləmələri əsasında siyasi prosesin aktivləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Rusiya Prezidenti hərbi əməliyyatlarda Yaxın Şərq regionundan olan silahlıların iştirakından ciddi narahatlığını dilə gətirib. 

Tezliklə Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına keçilməsi üçün həmrəy səylərə qətiyyətli ehtiyac olduğu vurğulanıb. Türkiyənin ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişənin sülh yolu ilə həllinə konstruktiv töhfə verəcəyinə ümid ifadə edilib.

Xəbər lenti
0