Silahlı şəxs, arxiv şəkli

“ASALA”nın üzvü olan Fransa vətəndaşı ilə dəstəsi barəsində cinayət işi başlanıb

39
(Yenilənib 17:20 14.10.2020)
Araşdırmalarla həmin şəxslərin qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələrinə şübhələr üçün əsaslar müəyyən edilib

BAKI, 14 oktyabr — Sputnik. Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, Azərbaycan Respublikasının Baş prokurorluğunda “ASALA” terror təşkilatının üzvü, dəfələrlə terrorçuluq fəaliyyətinə görə məhkum edilmiş Fransa Respublikasının vətəndaşı Gilbert Minasyan və onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət hərbi təcrübəyə malik dəstənin Azərbaycan Respublikasının ərazisində törətdikləri cinayət əməllərinə dair yerli və xarici kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumatlar əsasında araşdırma aparılıb.

Araşdırmalarla terror təşkilatının üzvü Fransa vətəndaşı Gilbert Minasyan və onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət hərbi təcrübəyə malik dəstənin digər üzvləri birlikdə Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik tərkibində birləşərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun və Miqrasiya Məcəlləsinin tələblərinə zidd olaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı, 29 iyul 1993-cü il tarixli 853 saylı, 14 oktyabr 1993-cü il tarixli 874 saylı, 12 noyabr 1993-cü il tarixli 884 saylı qətnamələrinə əsasən, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələrinə, “Dağlıq Qarabağ Respublikası” adı altında fəaliyyət göstərən qanunsuz rejimin dəstəklənməsi məqsədilə, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və anti-terror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsinə yönələn təcavüzkar müharibədə Ermənistan Respublikasının siyasi-hərbi rejimi tərəfindən hərbi münaqişədə muzdlu kimi istifadə edilmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, araşdırmalarla həmin şəxslərin qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələrinə şübhələr üçün əsaslar müəyyən edilib.

Həmçinin, düşmən geri çəkildikcə işğaldan azad olunmuş ərazilərdə prokurorluq əməkdaşları tərəfindən aparılan istintaq hərəkətləri ilə toplanmış sübutlarla xarici ölkə ətəndaşları olan muzdluların qeyri-qanuni yollarla gətirdikləri silah-sursatdan Azərbaycan Ordusuna qarşı istifadə etmələri öz təsdiqini tapıb.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 214.2.3 (terrorçuluq), 279.3-cü  (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Baş Prokurorluq tərəfindən qeyd edilən şəxslərin vətəndaşı olduqları ölkənin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğular göndərilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əvvəllər xəbər verildiyi kimi, eyniməzmunlu cinayət əməllərinə yol vermiş Fransa Respublikasının vətəndaşı Artur Oqanisyan və Gürcüstan vətəndaşı Vaaqn Çaxalyanın barəsində başlanmış cinayət işi üzrə də istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən bəyan edilir ki, işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejim tərəfindən muzdluların və terrorçulardan istifadənin qanuniləşdirilməsi məqsədilə “qəbul olunmuş hər hansı qanun” beynəlxalq hüququn normalarına zidd olmaqla bu tipli əməllərə yol vermiş şəxsləri cinayət məsuliyyətindən azad etmir.

39
Teqlər:
erməni terror təşkilatı ASALA, muzdlu, erməni təcavüzü, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (561)
Əlaqədar
Ağdamın kəndləri darmadağın edilir: Qaradağlı və Rzalı kəndlərində son vəziyyət – VİDEO
DTX Qarabağda döyüşən kürd terrorçuların səs yazısını ələ keçirib
Paşinyan erməni xalqına müraciətində etiraf etdi: "Geri çəkilmişik"
Prezident İlham Əliyev: "Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılacaq
Azərbaycan Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq
Moskvada Gəncənin atəşə tutulması nəticəsində həlak olanlara xatirə lövhəsi

Erməni terrorunun qurbanları dünyanın dörd bir yanında anıldı

9
(Yenilənib 21:54 20.10.2020)
Dünyanın bir çox ölkələrində Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Dünyanın bir çox ölkələrində Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, "Çex Respublikasında Azərbaycan İcması" təşkilatının təşəbbüsü ilə Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib. Çexiya ictimaiyyətinin diqqətini vandalizm aktlarına yönəltmək üçün soydaşlarımız təsirli bir vasitədən - rəmzi məna daşıyan sahibsiz ayaqqabılardan və oyuncaqlardan istifadə ediblər. Soydaşlarımız hər bir insanı Azərbaycanın haqq səsini eşitməyə və vandalizm aktlarına biganə qalmamağa səsləyiblər. Soydaşlarımızın təşkil etdikləri aksiyada Praqa sakinləri azərbaycanlı şəhid uşaqların "sahibsiz ayaqqabıları"na şahidlik ediblər. Bundan başqa, "Sarı gəlin" mahnısının sədaları altında yekunlaşan aksiyanın sonunda soydaşlarımız meydanı tərk edib, meydanda sahibsiz ayaqqabılar, yanan şamlar və gəlinciklər qalıb.

Yunanıstanda da oktyabr ayının 16-dan 17-nə keçən gecə Gəncədə baş vermiş terrorun qurbanları anılıb.

Estoniyanın Tallin şəhərində Azərbaycan Evinin binası önündə Gəncə hadisələrini əks etdirən xatirə guşəsi yaradılıb.

İspaniyanın Madrid şəhərində, Macarıstanın Budapeşt şəhərində, Özbəkistanın Daşkənd şəhərində, Misirin Qahirə şəhərində, Rusiyanın Moskva şəhərində, İsveçrənin Bern şəhərində, Tacikistanın Düşənbə şəhərində, Litvanın Vilnüs şəhəridə, Böyük Britaniyanın London şəhərində, Çinin paytaxtı Pekində də dəhşətli gecənin qurbanları anılıb.

9
Əlaqədar
“Qızımın vəziyyətinin necə olduğunu hələ də bilmirəm” – Gəncə faciəsinin qurbanı
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Dünya azərbaycanlıları Gəncə terroru barədə dünyaya car çəkib
Gəncə terrorunda gözlərini itirən Pərvin - "O, bir daha balalarını görə bilməyəcək"
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi
Zəngilan rayonu

Zəngilan şəhəri 27 il sonra - quş uçuşundan

19
(Yenilənib 21:30 20.10.2020)
Azərkosmos" işğaldan azad edilən Zəngilan şəhərinin peyk görüntüsünü paylaşıb: Zəngilanın təbiəti, tarixi abidələri ermənilər tərəfindən məhv edilib.

BAKI, 20 oktyabr — Sputnik. "Azərkosmos" işğaldan azad edilən Zəngilan şəhərinin peyk görüntüsünü paylaşıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüntü peyk operatorunun Facebook səhifəsində dərc olunub. "Azərkosmos" bu barədə yazıb:

"Ali Baş Komandan İlham Əliyev bu gün yeni zəfər müjdəsi verdi. Zəngilan şəhəri 27 ildən sonra düşmənin işğalından azad olundu. Zəngilan şəhərinin "Azersky" peykindən bu gün çəkilmiş təsvirini sizinlə bölüşürük. Zəngilan rayonunda dünyanın nadir təbiət incilərindən olan çinar ağacları ilə zəngin Bəsitçay Dövlət təbiət qoruğu bu illər ərzində ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb və talan edilib. İşğalçıların ekologiyaya etdiyi dağıdıcı təsir nəticəsində bölgənin flora və faunasına ciddi ziyan dəyib".

"Azərkosmos" həmçinin qeyd edib ki, Zəngilan rayonunun ərazisində orta əsrlərə aid və öz memarlıq üslubuna görə seçilən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi də təəssüf ki, işğalçıların dağıtdığı tarixi mədəniyyət abidələrimiz sırasındadır. Bu gün ölkəmizin uğurlu siyasəti və qüdrətli ordusu illərdir səbirsizliklə gözlədiyimiz torpaqlarımızın azad olunması xəbərləri ilə xalqımızı sevindirir, tezliklə tam qələbə çalmağımıza inamımızı daha da artırır.

Biz zəfər çalacağıq! Biz qalib gələcəyik! Qarabağ Azərbaycandır!

19
Yerevan mənzərəsi, arxiv şəkli

Ermənistanda demoqrafik çöküş: Müharibədən sonra daha da azalacaqlar

8
(Yenilənib 21:39 20.10.2020)
Torpaqlarımız uğrunda Azərbayanla müharibəni davam etdirən Ermənistanda gənclər arasında işsizlik də yüksək səviyyədədir. Əhalinin artım tempi isə azalmaqdadır.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr - Sputnik. 1990-cı ildən etibarən Ermənistanda demoqrafik çöküş davam edir. Hazırda ölkə əhalisi rəsmi rəqəmlərə görə, 2 milyon 964 min 633-dür. Hansı ki, 1990-cı ildə bu rəqəm 3 milyon 538 min 171 olub. 1950-1990-cı illərdə ölkədə demoqrafik vəziyyət qismən yüksələn xətlə davam etsə də, 1990-cı ildən sonra doğumların aşağı olması ilə əhali sayında azalmalar qeydə alınıb. 2004-cü ildən etibarən əhalinin sayı 3 milyondan da aşağı düşüb.

Bu gedişlə Ermənistanı nə gözləyir?

Politoloq İlqar Vəlizadənin Sputnik Azərbaycan-a dediyinə görə, Ermənistanın rəsmi statistikası və ekspertlər də qeyd edir ki, son illərdə bu ölkədə demoqrafik balans kəskin pisləşib:

"Bəzi regionlarda, xüsusi ilə də Ermənistanın Luri regionunda ötən il tarixdə ilk dəfə olaraq depopulyasiya qeydə alınıb. Yəni, əhali sayı kəskin şəkildə azalıb. Ölkədə sosial-iqtisadi vəziyyət də mürəkkəbləşir və bütün bunların fonunda ölkədən böyük köç davam edir. İllik olaraq 35-40 min insan Ermənistanı tərk edir. Bəzi illərdə isə bu rəqəm daha da yüksək olur. Bu şəxslər Ermənistanı daimi əsaslarla tərk edənlərdir. Real olaraq Ermənistanda yaşayanlar isə 2 milyon və hətta bundan bir qədər də azdır".

"Bu şəxslər daimi olaraq xaricdə qalırlar. Sadəcə olaraq erməni vətəndaşlığını da saxlayırlar. Yəni, bu şəxslərin sayı bu gün rəsmi olaraq Ermənistan əhalisinin sayına daxil edilir", - deyə politoloq bildirib.

Dənizkənarı bulvar
© Sputnik / Murad Orujov

İ.Vəlizadə deyir ki, hərbi hissədə qeydiyyatda dayanan şəxslərin də real sayı azdır: "Səfərbərlik qəflətən elan olundu. Bu səbəbdən ölkənin kənarında olan şəxsləri hərbiyə cəlb etmək elə də asan deyil. Düşünmürəm ki, xaricdən könüllü olaraq gəlmək istəyənlərin sayı çox olsun".

Ekspertin sözlərinə görə, getdikcə əhalisinin sayı azalmaqda olan Ermənistanı bununla daha böyük faciə gözləyir:

"Müharibə üçün uyğun yaşda olan, reproduktiv hesab edilən insanların cəbhədə ölmə ehtimalı nəzərə alınsa, deyə bilərik ki, qarşıdakı illərdə Ermənistanın artım tempi daha da aşağı düşəcək. Təcrübə göstərir ki, 80-cı illərdə Ermənistanda əhali artımı ilə 90-cı illərdə qeydə alınan artımı müqayisə etdikdə, rəqəmlər 90-larda 40 faiz azalıb. Bilavasitə olaraq Qarabağ münaqişəsi də bu rəqəmlərə təsir göstərib. Bu isə o deməkdir ki, Qarabağ münaqişəsinin yenidən alovlanması növbəti onilliklərdə əhali sayının 2010-cu illə müqayisədə kəskin şəkildə azalacağını gözləyə bilərik".

Ermənistanda əhalinin illik artım sürətinə nəzər salaq: 1958-ci ildə illik olaraq bu rəqəm 3.72 faiz olubsa, sonrakı illərdə rəqəmlərdə enmə qeydə alınıb. Belə ki, 1966-cı ildə bu rəqəm 2.93, 1983-cü ildə 1.41 faiz olub. 1987-ci ildən isə əhali artımında daha kəskin azalmalar qeydə alınıb. Belə ki, 1987-ci ildən bu rəqəmlər 1.76-dan daha da aşağı enərək 1993-cü ildə 2.32 faizə çatıb. 1994-cü ildən əhali artımında cüzi dinamika qeydə alınsa da, 2014-cü ildən yenidən azalmalar olub. Belə ki, 2014-cü ildən bu yana 2020-ci il ən az əhali artımı olan il kimi qeydə alınıb. Cari ildə əhali artımı 0.19 faiz olub.

Beləliklə, Ermənistan bütün dünya əhalisinin 0.4 faizini təşkil edib. Bununla da Ermənistan əhali sayına görə dünya ölkələri sırasında 137-ci yerdə qərarlaşıb. 1975-ci ildə isə Ermənistan bu siyahıda 118-ci yerdə idi. Gələcək illərdə əhalinin sayı ilə bağlı proqnozlar isə heç də bu ölkə üçün ürəkaçan deyil. Qarşıdakı onilliklərdə Ermənistanda əhali sayının daha da azalacağı, 2050-ci ildə 2 milyon 816 min 112 olacağı proqnozlaşdırılır.

2020-ci ildə Ermənistanda kişilər arasında gözlənilən ömür yaşı 71.8, qadınlar arasında isə 78.9 olub.

Qeyd edək ki, bu rəqəmlər https://www.worldometers.info-da yerləşdirilib və mənbə olaraq BMT, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar göstərilib.

Dünya Bankının məlumatına görə, Ermənistanda bəzi sahələrdə qadınların aktivliyi kişilərlə müqayisədə daha yüksəkdir. Məsələn, ötən il kənd təsərrüfatında çalışanların 32.8 faizini qadınlar, 26.9 faizini isə kişilər təşkil edib. Xidmət sahələrində çalışanların 58.2 faizini qadınlar, 48.9 faizini isə kişilər təşkil edib.

Bu ölkədə qadınların sayı kişilərlə müqayisədə daha yüksəkdir. Belə ki, 2015-ci ilə aid olan rəqəmlərə görə, Ermənistanda qadınların sayı 1 566 461, kişilərin sayı isə 1 391 270 olub.

2018-ci ildə Ermənistanda 0-14 yaşlılar əhalinin 20.63 faizini, 15-64 yaşlılar 68.11 faizini, 65 yaş və daha yuxarı olanlar isə ümumi əhalinin 11.25 faizini təşkil edib. 2012-ci ildə isə Ermənistanda 15-64 yaşlı əhali ümumi əhalinin 69.68 faizini təşkil edib. Doğulanlar arasında kişilərin sayı isə 75 min 160 olub. Həmin ildə qadınlar arasında təbii artım 40 min 29, doöulanların sayı isə 66 min 19 olub.

Torpaqlarımız uğrunda Azərbayanla müharibəni davam etdirən Ermənistanda gənclər arasında işsizlik də yüksək səviyyədədir. Belə ki, 2007-ci ildə gənclər arasında işsizlik 11.62 faiz təşkil edibsə, həmin ildən sonra bu rəqəm durmadan artıb. Gənclər arasında işsizlik həddi 2009-cu ildən 39.87 faizi keçib. Hazırda gənclər arasında işsizlik 35.49 faiz olub.

Ümumilikdə, öncəki illərlə müqayisədə Ermənistanda ölüm statistikası da artıb.

Azərbaycana gəldikdə isə rəqəmlərdə sadəcə olaraq onu qeyd etmək olar ki, 2019-cu ildə ölkəmizdə təbii artım 85 min 263 olub. Doğumların sayı isə 141 min 179 olub. Beləliklə qeyd olunan ildə əhalinin hər min nəfərinə düşən təbii artım 8.7, hər min nəfərə düşən doğum sayı isə 14.3 olub. 2019-cu ildə doğulan kişilər arasında təbii artım 45 min 234 olub.

Azərbaycan əhalisinin 2,4 milyon nəfərini və ya 24,5 faizini gənclər təşkil edir. Bu isə elə Ermənistanın demək olar ki, bütün yaş kateqoriyaları üzrə əhalisinin sayına bərabərdir. 2018-ci ildə ölkədə nikaha daxil olanların 77,0 faizini gənclər təşkil etməsi də müsbət tendensiyalardan biridir.

8