Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva

Ombudsman UNICEF-ə müraciət etdi

32
Ermənistanın insanlığa sığmayan bu kimi hərbi cinayətləri əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükədir və bu təcavüz aktları beynəlxalq təşkilatları narahat etməli, işğalçı Ermənistan Respublikasına qarşı hüquqi məsuliyyət müəyyən edən tədbirlər görülməlidir

BAKI, 14 oktyabr — Sputnik. Ombudsman Səbinə Əliyeva Ermənistanın Azərbaycan ərazilərinə və mülki əhaliyə hərbi təcavüzü ilə bağlı UNICEF-in regional direktoruna çağırış edib.

Sputnik Azərbaycan Ombudsman Aparatının məlumatına istinadla xəbər verir ki, 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, təhsil, sosial, mədəni və strateji əhəmiyyətli obyektlər ağır artilleriya qurğularından, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulmaqda davam edir. Nəticədə mülki əhali arasında çoxsaylı ölüm və yaralanma halları baş verib, yaşayış məntəqələrinə, tarixi və mədəni abidələrə, inzibati binalara, ictimai və digər sosial obyektlərə ciddi ziyan dəyib.

Bu məqsədlə Ombudsman Səbinə Əliyeva BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Əfşan Xana müraciət ünvanlayıb. Müraciətdə Ermənistanın hərbi təcavüzünün insan tələfatı ilə nəticələndiyi, ölən və yaralananlar arasında uşaqların və qadınların da sayının çox olduğu vurğulanıb.

Ombudsman: Azərbaycana qarşı törədilənlər terrordur
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov

Təəssüf hissi ilə bildirilib ki, cəbhə bölgəsindən kənarda yerləşən və mülki əhalinin sıx yaşadığı ərazilərə atılan mərmilər nəticəsində 3 uşaq həlak olub, 23 uşaq isə yaralanıb.

11 oktyabr tarixində növbəti dəfə Gəncə şəhərinin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 10-u məktəbli uşaq olmaqla 34 nəfərin yaralandığı, 3 uşağın hər iki valideynini itirdiyi qeyd olunub.

Ombudsman çoxsaylı təhsil müəssisələrinin də Ermənistan silahlı qüvvələri tərəfindən dağıdıldığını qeyd edib. Bu isə o deməkdir ki, əgər COVID-19 pandemiyası ilə bağlı həmin məktəblərdə distant təhsil tətbiq olunmasaydı, minlərlə uşağın həyat və sağlamlığına ciddi təhlükə yaranmaqla böyük insan təlafatı baş verəcəkdi.

Müraciətdə Ermənistan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrin, xüsusilə də BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası"nın müddəalarını kobud şəkildə pozduğu bildirilməklə BMT-nin Uşaq Hüquqları Komitəsi çərçivəsində Ermənistana qarşı xüsusi prosedurun başlanması tələb olunub.

Ombudsman Səbinə Əliyeva UNICEF-lə səmərəli əməkdaşlığına diqqəti yönəldərək, regional direktoru Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən əziyyət çəkən uşaqların ən ümdə maraqlarının və pozulmuş fundamental hüquqlarının təmini məqsədilə BMT-nin Uşaq Hüquqları Komitəsi və UNICEF səviyyəsində qətiyyətli addımlar atmağa çağırıb.

Qeyd olunmalıdır ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünün və mülki əhaliyə yönəlmiş terror aktlarının qarşısının alınması ilə bağlı konkret hüquqi məsuliyyət müəyyən edən təsirli tədbirlər hələ də görülməyib.

Ermənistanın insanlığa sığmayan bu kimi hərbi cinayətləri əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükədir və bu təcavüz aktları beynəlxalq təşkilatları narahat etməli, işğalçı Ermənistan Respublikasına qarşı hüquqi məsuliyyət müəyyən edən tədbirlər görülməlidir.

32
Teqlər:
dinc sakinlər, mülki əhali, erməni təcavüzü, erməni təxribatı, müraciət, UNICEF, ombudsman
Əlaqədar
Tərtər orta məktəbinin həyətinə bomba atıldı
Hikmət Hacıyev: "Ermənistan çalışır ki, üçüncü tərəfləri münaqişəyə cəlb etsin"
Prezidentin köməkçisi: "Tərtər - erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır"
Gəncə və Mingəçeviri hədəf alan Ermənistanın ballistik raket kompleksi sıradan çıxarılıb
MN: "Ermənistanın yaydığı yalanların məqsədi öz xalqını sakitləşdirməkdir"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan yenə Azərbaycana dəstək verdi: Bizə uzadılan hər bir əli kəsirik kəsəcəyik!

0
(Yenilənib 22:01 20.10.2020)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdi və verəcək.

BAKI, 20 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə keçirilən növbəti iclasdan sonra verdiyi açıqlamasında Azərbaycana yenə də dəstək mesajı ünvanlayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdi və verəcək.

O, həmçinin, vurğulayıb ki, Balkanlardan Qafqaza, Asiyadan Afrikaya qədər Türkiyəyə dəstək üçün üz tutan hər kəsə kömək əli uzadılıb və bu, davam edəcək:

"Ölkəmizin də daxil olduğu coğrafiyada yaşananlara baxdığımızda Türkiyənin uzun illərdən bəri mübarizələrə ev sahibliyi etdiyini görürük. Türkiyə sülh, əmin-amanlıq istəsə də, ölkəmizi regionumuzdakı bütün münaqişələrə cəlb etmək istəyirlər. Buna nail olmayacaqlar. Vətənimizə uzadılan hər bir əli kəsirik və kəsəcəyik".

0
Əlaqədar
Ərdoğan: ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həllini uzatmağa çalışır
Ərdoğan afrikalılara müraciət etdi: "Azərbaycanın yanında olacağınızı düşünürəm"
Putin və Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ərdoğan: Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik
Ərdoğan nazirləri toplayır, Qarabağdakı durum müzakirə olunacaq
Moskvada Gəncənin atəşə tutulması nəticəsində həlak olanlara xatirə lövhəsi

Erməni terrorunun qurbanları dünyanın dörd bir yanında anıldı

9
(Yenilənib 21:54 20.10.2020)
Dünyanın bir çox ölkələrində Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Dünyanın bir çox ölkələrində Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, "Çex Respublikasında Azərbaycan İcması" təşkilatının təşəbbüsü ilə Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib. Çexiya ictimaiyyətinin diqqətini vandalizm aktlarına yönəltmək üçün soydaşlarımız təsirli bir vasitədən - rəmzi məna daşıyan sahibsiz ayaqqabılardan və oyuncaqlardan istifadə ediblər. Soydaşlarımız hər bir insanı Azərbaycanın haqq səsini eşitməyə və vandalizm aktlarına biganə qalmamağa səsləyiblər. Soydaşlarımızın təşkil etdikləri aksiyada Praqa sakinləri azərbaycanlı şəhid uşaqların "sahibsiz ayaqqabıları"na şahidlik ediblər. Bundan başqa, "Sarı gəlin" mahnısının sədaları altında yekunlaşan aksiyanın sonunda soydaşlarımız meydanı tərk edib, meydanda sahibsiz ayaqqabılar, yanan şamlar və gəlinciklər qalıb.

Yunanıstanda da oktyabr ayının 16-dan 17-nə keçən gecə Gəncədə baş vermiş terrorun qurbanları anılıb.

Estoniyanın Tallin şəhərində Azərbaycan Evinin binası önündə Gəncə hadisələrini əks etdirən xatirə guşəsi yaradılıb.

İspaniyanın Madrid şəhərində, Macarıstanın Budapeşt şəhərində, Özbəkistanın Daşkənd şəhərində, Misirin Qahirə şəhərində, Rusiyanın Moskva şəhərində, İsveçrənin Bern şəhərində, Tacikistanın Düşənbə şəhərində, Litvanın Vilnüs şəhəridə, Böyük Britaniyanın London şəhərində, Çinin paytaxtı Pekində də dəhşətli gecənin qurbanları anılıb.

9
Əlaqədar
“Qızımın vəziyyətinin necə olduğunu hələ də bilmirəm” – Gəncə faciəsinin qurbanı
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Dünya azərbaycanlıları Gəncə terroru barədə dünyaya car çəkib
Gəncə terrorunda gözlərini itirən Pərvin - "O, bir daha balalarını görə bilməyəcək"
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi