Tərtərdə erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

Tərtər atəşə tutuldu, bir nəfər dinc sakin həlak oldu

47
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir

BAKI, 14 oktyabr — Sputnik. Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, 14.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 09 radələrində Tərtər rayonu, Narlı qəsəbəsində yaşayan, 1969-cu il təvəllüdlü Axundov Ədavət Zahid oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində həlak olub, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

47
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (690)
Əlaqədar
Ermənistan SQ ordumuzun mövqelərinə basqın edib və geri oturdulub - Müdafiə Nazirliyi
Azərbaycanın mülki əhalisini hədəfə almış hərbi hədəflər zərərsizləşdirilib
Baxçalı: "Ermənistan qeyd-şərtsiz öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır"
Minsk qrupu gəlib hesabat versin görək, münaqişə niyə həllini tapmayıb - Türkiyə XİN
Ermənistanın təcavüzü nəticəsində daha bir məktəbli həlak olub
Erməni hərbçisinin çəkməsi, arxiv şəkli

Hikmət Hacıyev: Ermənistanda uşaqlardan əsgər kimi istifadə humanitar qanunlara ziddir

17
Prezidentin köməkçisi Ermənistanda uşaqlardan əsgər kimi istifadənin beynəlxalq humanitar qanunlara zidd olduğunu bildirib.

BAKI, 24 oktyabr — Sputnik. “Video Ermənistanda uşaq əsgərlərin olduğunu əks etdirir. Bu araşdırılmalıdır. 15 yaşınadək uşaqların əsgər kimi götürülməsi və istifadəsi beynəlxalq humanitar hüquq - müqavilə və qaydaya görə qadağandır və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müharibə cinayəti kimi təyin olunur. UNICEF, ICRC”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev tvitter hesabında paylaşıb.

17
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (690)

Ermənistan ordusunun döyüş texnikaları məhv edilib VİDEO

119
(Yenilənib 23:01 24.10.2020)
Rəşadətli Azərbaycan Ordusu tərəfindən işğalçıların döyüş texnikalarının məhv edilməsi davam etdirilir.

Ermənistan silahlı qüvvələrinin döyüş texnikaları məhv edilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən bildirilib.

Həmin görüntüləri təqdim edirik.

119
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (690)
Ginnesin Rekordlar kitabının sertifikatı, arxiv şəkli

Çinli iki metr yarıma yaxın boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək istəyir - VİDEO

0
14 yaşlı Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

BAKI, 24 oktyabr — Sputnik. Çində yaşayan 14 yaşlı Keyu Ren 2 metr 21 santimetr boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək üçün müraciət edib.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. 14 yaşlı Reni yaşıdlarından fərqləndirən ən vacib xüsusiyyət 2 metr 21 santimetr uzunluğunda olmasıdır. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

Ren 13-18 yaş kateqoriyasında 2 metr 21 santimetr hündürlüyündə Rekordlar Kitabına namizəd kimi göstərilib. Ren müsbət cavab alacağını gözləyir.

Qeyd edək ki, indiyədək dünyada ən uzun yeniyetmə kimi 2015-ci ildə 2 metr 15 santimetr boyu ilə ABŞ-dan olan Kevin Bradford Rekordlar Kitabına düşüb.

0