Partlayış, arxiv şəkli

Gəncə Mingəçeviri hədəf alan Ermənistanın ballistik raket kompleksi sıradan çıxarılıb

379
(Yenilənib 09:46 14.10.2020)
Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılmışdır.

BAKI, 14 oktyabr - Sputnik. Oktyabrın 14-ü saat 08:36 radələrində Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələri növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilmişdir.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənmişdi.
Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılmışdır.
Bundan əvvəl saat 01:00 radələrində həmin istiqamət üzrə start vəziyyətinə gətirilmiş əməliyyat-taktiki raket kompleksi də dəqiq zərbə ilə məhv edilmişdi.
Raketlərin atəş vəziyyətinə gətirildiyi məntəqələrdə hər hansı mülki infrastruktur və obyektlər olmamışdır.

379
Teqlər:
Mingəçevir, Gəncə, ballistik raket, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Ermənistan SQ ordumuzun mövqelərinə basqın edib və geri oturdulub - Müdafiə Nazirliyi
Azərbaycanın mülki əhalisini hədəfə almış hərbi hədəflər zərərsizləşdirilib
MN: "Ermənistanın yaydığı yalanların məqsədi öz xalqını sakitləşdirməkdir"
Cəbhəboyu ərazilərdə mərmi qalıqları aşkarlandı
Gəncənin raket atəşinə tutulması ilə bağlı hesabat hazırlandı

Azad edilmiş Göyərçinveysəlli kəndindən VİDEO

1
(Yenilənib 11:00 27.01.2021)
Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 19-da Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndi işğalçılardan azad edib.

BAKI, 27 yanvar - Sputnik. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndinin videogörüntülərini yayıb.

Göyərçinveysəlli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 19-da kəndi işğalçılardan azad edib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

1
Teqlər:
Azərbaycan ordusu, Ermənistan, Cəbrayıl
Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar

Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır - VİDEO

191
(Yenilənib 10:46 27.01.2021)
Hazırlıq çərçivəsində hərbçilər Birgə Mərkəzin strukturunu, vəzifələrini, məqsəd və funksiyalarını, mərkəzin işinin təşkilini, həmçinin ərazilərində tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər.

BAKI, 27 yanvar — Sputnik. Dağlıq Qarabağda bütün hərbi əməliyyatlara və atəşkəsı nəzarət üzrə Rusiya – Türkiyə Birgə Monitorinq Mərkəzinin tərkibində fəaliyyət göstərəcək Rusiya sülhməramlıları atəşkəs rejiminə nəzarəti birgə şəkildə yerinə yetirmək üçün təlim keçir və Azərbaycan Respublikası ərazisinə getməyə hazırlaşırlar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Hazırlıq çərçivəsində hərbçilər Birgə Mərkəzin strukturunu, vəzifələrini, məqsəd və funksiyalarını, mərkəzin işinin təşkilini, həmçinin ərazilərində tapşırıqları yerinə yetirməli olduqları ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər", - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, Rusiya və Türkiyənin bərabər əsasda təmsil olunduğu Birgə Monitorinq Mərkəzinin heyəti vəziyyətin monitorinqi, həmçinin atəşkəsə PUA vasitəsilə nəzarəti yerinə yetirəcək.

Xatırladaq ki, Rusiya – Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdam şəhərində yerləşəcək.

  • Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar
    © Photo: Russia Defense Ministry
  • Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar
    © Photo: Russia Defense Ministry
  • Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar
    © Photo: Russia Defense Ministry
1 / 3
© Photo: Russia Defense Ministry
Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

191