Hikmət Hacıyev Ərdoğanın sözçüsü ilə danışdı

37
(Yenilənib 08:39 14.10.2020)
Prezidentin köməkçisi Hikmət Hacıyev İbrahim Kalınla telefon danışığından bəhs etdi: "ATƏT və Minsk Qrupunun üzvü və regionda aparıcı ölkə kimi Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesindəki vacib rolunu bir daha ifadə etdik."

BAKI, 14 oktyabr - Sputnik. Mütəmadi təmasda olduğum yaxın dostum İbrahim Kalınla telefon danışığından məmnun oldum. ATƏT və Minsk Qrupunun üzvü və regionda aparıcı ölkə kimi Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesindəki vacib rolunu bir daha ifadə etdik".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində bildirib.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayanlaq telefon söhbətində Ermənistanın Azərbaycana qarşı hücumlarından bəhs edib.

Söhbət zamanı Azərbaycanla Ermənistan arasında humanitar prinsiplərlə elan edilən atəşkəsə dəstək ifadə edilib. Lakin tərəflər qeyd ediblər ki, problemin biryolluq həlli ancaq Ermənistan Dağlıq Qarabağ və işğal etdiyi ətraf rayonlardan çəkiləndən sonra mümkündür. 

Türkiyə və ABŞ prezidentlərinin nümayəndələri söhbət əsnasında onu da vurğulayıblar ki, Ermənistanın mülki əhalini hədəfə alan hücumları beynəlxalq hüquqa ziddir və qəbul edilə bilməz. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmaqla BMT TŞ-nin və ATƏT-in qətnamələri çərçivəsində beynəlxalq ictimaiyyətin konkret addımlar atmasının vacibliyi qeyd olunub. 

Kalınla O'Brayan Şərqi Anadolu, Liviya münaqişələrini də müzakirə ediblər. Görüşdə Türkiyə və ABŞ arasında iqtisadi əlaqələrin canlandırılması və müdafiə sənayesi sahəsində işbirliyinin inkişafı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

37
Əlaqədar
Rəsmi Bakı: Azərbaycan xalqı bu riyakar siyasəti heç vaxt unutmayacaq
Türkiyə artıq masadadır - Prezidentin köməkçisi
"Azərbaycan tək deyil" - Türkiyədən erməni təxribatlarına reaksiya
Ərdoğanın sözçüsü: "Azərbaycan ərazilərinin işğalına son qoyulmalıdır, bu qədər sadə"
Ərdoğan və Trampın rəsmi nümayəndələri: Ermənistan Azərbaycan ərazilərindən çıxmalıdır
(2:08 / 17.65Mb / просмотров видео: 403)

Ermənistan silahlı qüvvələrinin ələ keçirilən növbəti hərbi texnikalarının görüntüsü

82
Ermənistan silahlı qüvvələrinin hissə və bölmələri geri çəkildikləri mövqelərdə hərbi texnikaları atıblar.

Azərbaycan Müdafiə Nazirliyi düşmənin ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüsünü yayıb.

Bu gün səhər Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib.

Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub.
Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıblar.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.
Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.
Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.
Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.
Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.

 

82
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Bakıda üzərində Qarabağ Azərbaycandır! yazısı olan avtobus

BNA Azərbaycan əsgərinə dəstək şüarları hazırladı

12
Sərnişinlərimizin rəğbətinə səbəb olan digər bir maraqlı məqam isə "BakuBus"a məxsus iki avtobusun vətənpərvərlik mövzusuna aid tərtibatda xəttə çıxarılmasıdır.

BAKI, 22 oktyabr — Sputnik. Ali Baş Komandanın rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr endirərək xalqımıza qələbə sevinci bəxş edən şanlı Ordumuza dəstək məqsədilə paytaxtın ictimai nəqliyyat vasitələri və infrastrukturu da vətənpərvərlik ruhunda bəzədilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev məlumat verib.

O bildirib ki, küçə və prospektlərdəki elektron lövhələrdə dövlət başçısının tarixə düşən ifadəsi "Qarabağ Azərbaycandır!" sözləri, həmçinin Bakıdan hazırda işğalda olan, eləcə də rəşadətli Ordumuzun azad etdiyi şəhər və rayonlara olan məsafəni bildirən məlumatlar əks olunub: "Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarındakı elektron tablolarda da "Qarabağ Azərbaycandır!" və "Qələbə bizimlədir!" şüarları yazılıb. Vətənpərvərlik əhval ruhiyyəsi "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində daha aydın hiss olunmaqdadır. Bayraqlarla bəzədilən mərkəzin "Qarabağ" gözləmə zalının üzərində ölkəmizin xəritəsi və "Qarabağ Azərbaycandır!" sözləri qeyd olunub. Buradakı monitorlarda isə Müdafiə Nazirliyinin Ordumuzun düşmənə endirdiyi sarsıdıcı zərbələrlə bağlı təqdim etdiyi videoçarx nümayiş olunur".

Sərnişinlərimizin rəğbətinə səbəb olan digər bir maraqlı məqam isə "BakuBus"a məxsus iki avtobusun vətənpərvərlik mövzusuna aid tərtibatda xəttə çıxarılmasıdır.

12
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
S-400 kompleksləri, arxiv şəkli

Türkiyə S-400 zenit-raket kompleksini sınaqdan keçirdiyini təsdiqlədi

0
"Sınaqlar – satınalma proqramının bir hissəsidir və tamamilə texniki fəaliyyətdir ", – deyə rəsmi Ankara məsələyə münasibət bildirib.

BAKI, 22 oktyabr — Sputnik. Türkiyə Rusiya istehsalı S-400 zenit-raket kompleksinin Qara dəniz bölgəsindəki Sinop şəhərində sınaqdan keçirildiyini təsdiqləyib. Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar məlumat verib. Nazir bildirib ki, sınaqlar plana uyğun şəkildə həyata keçirilib.

"Müdafiə sənayesi məhsullarının alınması bağlı bütün müqavilələrə onların sınaqdan keçirilməsi də daxildir. Bunlar satınalma proqramının bir hissəsidir və tamamilə texniki fəaliyyətdir", – deyə rəsmi Ankara məsələyə münasibət bildirib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl türk mediası Sinop şəhərində S-400 zenit-raket kompleksinin sınaqdan keçirilməsi ilə bağlı video yaymış, Türkiyə hakimiyyəti isə bu barədə rəsmi açıqlama verməsə də, beynəlxalq NAVTEX bildirişində oktyabrın 13-dən 17-nə kimi Qara dəniz bölgəsindəki Sinop şəhərində artilleriya təlimlərinin keçiriləcəyini bəyan etmişdi.

Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı S-400 hava müdafiə sistemlərinin tədarükü 2019-cu ilin iyul ayından başlayıb. Bundan sonra Vaşinqton ABŞ-ın "F-35" qırıcı-təyyarələrinin Türkiyəyə satışını təxirə salacağını bəyan edib. ABŞ Türkiyəni sanksiyalar tətbiq etməklə hədələyərək Rusiya ilə sazişdən imtina etməsini və bunun əvəzində Amerikadan "Patriot" sistemlərinin alınmasını istəyib. Türkiyə tərəfi isə Rusiyadan S-400 zenit-raket kompleksinin növbəti partiyasının alınması ilə bağlı danışıqları davam etdirib.

0