Türkiyə və ABŞ bayraqları

Ərdoğan Trampın rəsmi nümayəndələri: Ermənistan Azərbaycan ərazilərindən çıxmalıdır

120
(Yenilənib 23:51 13.10.2020)
Türkiyə və ABŞ prezidentlərinin nümayəndələri söhbət əsnasında onu da vurğulayıblar ki, Ermənistanın mülki əhalini hədəfə alan hücumları beynəlxalq hüquqa ziddir və qəbul edilə bilməz.

BAKI, 14 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalınla ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayan telefon söhbətində Ermənistanın Azərbaycana qarşı hücumlarına da toxunulub. 

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, söhbət zamanı Azərbaycanla Ermənistan arasında humanitar prinsiplərlə elan edilən atəşkəsə dəstək ifadə edilib. Lakin tərəflər qeyd ediblər ki, problemin biryolluq həlli ancaq Ermənistan Dağlıq Qarabağ və işğal etdiyi ətraf rayonlardan çəkiləndən sonra mümkündür. 

Türkiyə və ABŞ prezidentlərinin nümayəndələri söhbət əsnasında onu da vurğulayıblar ki, Ermənistanın mülki əhalini hədəfə alan hücumları beynəlxalq hüquqa ziddir və qəbul edilə bilməz. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmaqla BMT TŞ-nin və ATƏT-in qətnamələri çərçivəsində beynəlxalq ictimaiyyətin konkret addımlar atmasının vacibliyi qeyd olunub. 

Kalınla O'Brayan Şərqi Anadolu, Liviya münaqişələrini də müzakirə ediblər. Görüşdə Türkiyə və ABŞ arasında iqtisadi əlaqələrin canlandırılması və müdafiə sənayesi sahəsində işbirliyinin inkişafı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

120
Əlaqədar
Ərdoğanın sözçüsü: "Azərbaycan ərazilərinin işğalına son qoyulmalıdır, bu qədər sadə"
"Azərbaycan tək deyil" - Türkiyədən erməni təxribatlarına reaksiya
(2:07 / 16.42Mb / просмотров видео: 1)

Bir ay cəbhədə: Bakılılar əsgərlərimizə arzulamaq istədilər video

0
Artıq düz bir aydır ki, əsgərlərimiz ön cəbhədə əks-hücum əməliyyatlarını davam edir, torpaqlarımızı qarış-qarış qan-tərlə azad edirlər. Bakılıların cəbhədə vuruşan əsgərlərimizə nə arzu etmək istədiklərini videomuzda izləyin.

Artıq bir aydır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qızğın döyüşlər gedir. Əsgərlərimizin bizə yaşatdığı hər qələbə bizi sevindirir. Hal-hazırda bütün Azərbaycan xalqının duaları onların yanındadır.

Sputnik Azərbaycan bakılılara əsgərlərimizə öz ürək-dirək sözlərini çatdırmaq imkanı yaratmaq istəyib. Daha ətraflı – videomuzda izləyin.

Qeyd edək ki, 10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Azərbaycan hərbçiləri, arxiv şəkli

Azərbaycan qarşı tərəfin törətdiyi təxribatlara təmkinlə yanaşaraq adekvat tədbir görür

45
Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmə hüququna malikdir.

BAKI, 27 oktyabr — Sputnik. Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür.

Bu barədə Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə bəyanatında deyilir.

Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır.

Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir.

Bu baxımdan Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmə hüququna malikdir.

45
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə