Bakıda Azərbaycan XİN-nin binası, arxiv şəkli

Mnatsakanyanın Moskvada danışdığı yalan ifşa edildi

78
(Yenilənib 00:37 14.10.2020)
Suveren bir dövlət olaraq, Azərbaycan Respublikası, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququ çərçivəsində müvafiq addımlar atıb. Nəticədə bir sıra Azərbaycan əraziləri Ermənistanın işğalından azad edilib.

BAKI, 13 oktyabr — Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti departamenti Ermənistan xarici işlər nazirinin Moskvadakı brifinq zamanı verdiyi açıqlamasını şərh edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, XİN-in şərhində bu barədə deyilir:

"Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində verdiyi açıqlamada ənənəvi olaraq bir sıra həqiqətə uyğun olmayan məqamlar əksini tapır. Bu məqamlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti yanlış təqdim etmək və beləliklə beynəlxalq ictimaiyyəti yayındırmaq məqsədini güdür.

Bununla əlaqədar olaraq, Azərbaycan XİN-i xatırladır ki, Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyi son 2 ildə münaqişə ətrafında vəziyyəti gərginləşdirmək üçün məqsədyönlü şəkildə addımlar atır. Bu addımlar danışıqlar prosesinə ciddi xələl gətirən və onu çıxılmaz vəziyyətə salan təxribat xarakterli bəyanatlar və digər tədbirlərdən ibarətdir. Bunlar arasında Ermənistanın Azərbaycana qarşı təcavüzünün qanunsuz nəticələrini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin davamlı hərbi işğalını möhkəmləndirmək üçün çoxsaylı praktik addımlar yer alır. Bunun ən bariz nümunələri "Qarabağ Ermənistandır, nöqtə" ifadəsi, "yeni ərazilər üçün yeni müharibə" hərbi konsepsiyası, 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi təxribat, işğal olunmuş ərazilərdə Livan ermənilərinin məskunlaşdırılması fəaliyyətidir.

Ermənistanın silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycana qarşı başlanılan hücum gərginliyin artırılması üçün həyata keçirilən dağıdıcı siyasətin növbəti addımıdır. Suveren bir dövlət olaraq, Azərbaycan Respublikası, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququ çərçivəsində müvafiq addımlar atıb. Nəticədə bir sıra Azərbaycan əraziləri Ermənistanın işğalından azad edilib. Təəssüf ki, erməni tərəfi ənənəvi olaraq terror taktikasına əl ataraq münaqişə zonasından uzaq məsafədə yerləşən məntəqələr və insanlar də daxil olmaqla, Azərbaycanın dinc əhalisini və mülki infrastrukturunu intensiv atəşə tutur. 27 sentyabrdan etibarən, Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 42 azərbaycanlı mülki şəxs öldü və 206 nəfər yaralandı, 1479 ev, 66 coxmənzilli yaşayış binası və 241 infrastruktur obyekti dağıdıldı.

Xoşməramlı niyyətini nümayiş etdirən Azərbaycan tərəfi Rusiya Federasiyasının müraciətlərinə müsbət reaksiya göstərdi, üç nazirin Moskva görüşünə qatıldı və orada konstruktiv şəkildə danışıqlar apardı. Azərbaycan tərəfi iclasda razılaşdırılmış humanitar atəşkəsə sadiqliyini elan etdi və silahlı qüvvələrinə müvafiq təlimat verdi.

Lakin Ermənistan tərəfi çox fərqli bir yol seçdi. Onun silahlı qüvvələri Azərbaycanın Tərtər rayonu, Suqovuşan ərazisi yaxınlığında erməni hərbçilərinin cəsədlərini toplayan Azərbaycan həkim qrupuna minaatandan atəş açdı. Nəticədə bir Azərbaycan tibbi personalı ağır yaralandı. Bundan əlavə, 11 sentyabr tarixində gecə saat 2-də Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raket atdı. Raket çoxmərtəbəli yaşayış binasını yerlə yeksan etdi. 10 mülki şəxs həyatını itirdi və uşaqlar da daxil olmaqla çox sayda xəsarət alanlar oldu.

Ermənistanın Moskva görüşündən sonrakı diplomatik hərəkətləri də göz qarşısındadır. Moskva görüşünün yekun bəyanatı mövcud danışıqlar formatına sadiqliyi bir daha təsdiqləyir və təməl prinsiplər əsasında mahiyyət üzrə danışıqların başlanılmasını ehtiva edir. Azərbaycan tərəfi ən qısa zamanda danışıqlara başlamağa hazır olduğunu bəyan etdi. Ermənistan tərəfi, öz növbəsində dərhal Moskva görüşünün bəyanatının birtərəfli və qeyri-dəqiq təfsir edən, öz müqəddəratını təyinetmə və Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qanunsuz rejimin tanınması şüarlarını əks etdirən bəyanatlar verməyə başladı.

Azərbaycan tərəfi beynəlxalq hüququn norma və prinsiplərinin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, ATƏT qərarlarının, eləcə də Moskva görüşü bəyanatının müddəalarını pozduğu üçün bu cür yanaşmanı tamamilə qeyri-konstruktiv hesab edir".

Ermənistan silahlı qüvvələrinin 27 sentyabr təxribatı

Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Humanitar atəşkəs

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

 

78
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (608)
(2:08 / 17.65Mb / просмотров видео: 314)

Ermənistan silahlı qüvvələrinin ələ keçirilən növbəti hərbi texnikalarının görüntüsü

50
Ermənistan silahlı qüvvələrinin hissə və bölmələri geri çəkildikləri mövqelərdə hərbi texnikaları atıblar.

Azərbaycan Müdafiə Nazirliyi düşmənin ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüsünü yayıb.

Bu gün səhər Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib.

Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub.
Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıblar.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.
Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.
Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.
Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.
Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.

 

50
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (608)
Bakıda üzərində Qarabağ Azərbaycandır! yazısı olan avtobus

BNA Azərbaycan əsgərinə dəstək şüarları hazırladı

11
Sərnişinlərimizin rəğbətinə səbəb olan digər bir maraqlı məqam isə "BakuBus"a məxsus iki avtobusun vətənpərvərlik mövzusuna aid tərtibatda xəttə çıxarılmasıdır.

BAKI, 22 oktyabr — Sputnik. Ali Baş Komandanın rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr endirərək xalqımıza qələbə sevinci bəxş edən şanlı Ordumuza dəstək məqsədilə paytaxtın ictimai nəqliyyat vasitələri və infrastrukturu da vətənpərvərlik ruhunda bəzədilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev məlumat verib.

O bildirib ki, küçə və prospektlərdəki elektron lövhələrdə dövlət başçısının tarixə düşən ifadəsi "Qarabağ Azərbaycandır!" sözləri, həmçinin Bakıdan hazırda işğalda olan, eləcə də rəşadətli Ordumuzun azad etdiyi şəhər və rayonlara olan məsafəni bildirən məlumatlar əks olunub: "Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarındakı elektron tablolarda da "Qarabağ Azərbaycandır!" və "Qələbə bizimlədir!" şüarları yazılıb. Vətənpərvərlik əhval ruhiyyəsi "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində daha aydın hiss olunmaqdadır. Bayraqlarla bəzədilən mərkəzin "Qarabağ" gözləmə zalının üzərində ölkəmizin xəritəsi və "Qarabağ Azərbaycandır!" sözləri qeyd olunub. Buradakı monitorlarda isə Müdafiə Nazirliyinin Ordumuzun düşmənə endirdiyi sarsıdıcı zərbələrlə bağlı təqdim etdiyi videoçarx nümayiş olunur".

Sərnişinlərimizin rəğbətinə səbəb olan digər bir maraqlı məqam isə "BakuBus"a məxsus iki avtobusun vətənpərvərlik mövzusuna aid tərtibatda xəttə çıxarılmasıdır.

11
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (608)
Kommunarkada karantin mərkəzi, arxiv şəkli

Rusiyada koronavirusdan ölənlərin sayı daha bir psixoloji göstəricisini keçdi

0
(Yenilənib 13:58 22.10.2020)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,2 milyonu keçib, 1,13 mindən çox adam isə virus səbəbilə ölüb.

BAKI, 22 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15971 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 290 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1463306-ya çatıb. Rusiyada pandemiya yayılandan 25242 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1107988-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,2 milyonu keçib, 1,13 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0