Gəncədə vəziyyət

Gəncənin raket atəşinə tutulması ilə bağlı hesabat hazırlandı

37
(Yenilənib 00:33 14.10.2020)
"Azərbaycanın işğal altında olan bütün ərazilərinin işğalına qeyd-şərtsiz son qoymağı tələb etməyə və təcavüzkar Ermənistana münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən təcili tədbirlər görməyə çağırırıq" - Ombudsman Aparatı

BAKI, 13 oktyabr — Sputnik. Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və mülki əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutması nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla əlaqədar həyata keçirilmiş faktaraşdırıcı missiyaya dair hesabat hazırlayıb.

Sputnik Azərbaycan Ombudsman Aparatının məlumatına istinadla xəbər verir ki, hesabatda Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması zamanı dinc əhaliyə dəyən zərərlər və s. yer alıb.

Bildirilib ki, hadisə nəticəsində 3 uşaq hər iki valideynini itirib:

"Bununla da Ermənistan Respublikası iştirakçısı olduğu beynəlxalq müqavilələrin, xüsusilə də BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası"nın tələblərini kobud şəkildə pozub. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncədəki yaşayış məntəqələrini yenidən Ermənistan ərazisindən raket atəşinə tutması nəticəsinə baş verən insan tələfatları və dağıntılar Ermənistan Respublikasının öz təcavüzkar siyasətindən əl çəkmədiyini və növbəti dəfə yeni ərazilərimizi işğal etmək istədiyini bir daha aydın şəkildə sübut edir.

Baş Prokurorluq
© Sputnik / Anar Mustafaev

Ermənistanın insanlığa sığmayan bu kimi hərbi cinayətləri əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükədir və bu təcavüz aktı beynəlxalq təşkilatları, dünya dövlətlərini, milli insan hüquqları təsisatlarını düşündürməli, narahat etməli və işğalçı Ermənistan Respublikasına qarşı hüquqi sanksiyaların tətbiq edilməsi ilə bağlı konkret tədbirlərin görülməsi üzrə səylər göstərməyə vadar etməlidir".

Hesabatda həmçinini qeyd olunur ki, Azərbaycanın dinc əhalisinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan Ermənistanın ölkəmizə qarşı bu hərbi təxribatları, insanların təkcə fiziki və maddi cəhətdən deyil, mənəvi-psixoloji baxımdan da ağır və riskli vəziyyətdə qalmalarına, yaşamaq, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq və digər fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olur:

"Buna görə də beynəlxalq təşkilatları və nüfuzlu dünya dövlətlərini ədalətli sülhün əldə olunması səylərinə zərbə vuran Ermənistan Respublikasından müharibə cinayətlərinə, mülki əhalinin hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olan cinayətkar əməllərinə, Azərbaycanın işğal altında olan bütün ərazilərinin işğalına qeyd-şərtsiz son qoymağı tələb etməyə və təcavüzkar Ermənistana münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən təcili tədbirlər görməyə çağırırıq".

37
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (808)

Diplomatik korpusların nümayəndələri Bərdə Tərtərə gedir

4
(Yenilənib 09:47 29.10.2020)
Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 29 oktyabr - Sputnik. “Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq media və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Bizim diplomatik korpusumuza canı yanma üçün təşəkkür edirik!”

Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

4
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Füzuli, Xocavənd Qubadlıda Ermənistan ordusunun hücum cəhdlərinin qarşısı alınıb

64
(Yenilənib 08:04 29.10.2020)
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

BAKI, 29 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

64
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (808)